Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 47:1—31

MÜNDƏRİCAT

  • Yaqub fironla görüşür (1—12)

  • Yusifin müdrik idarəçiliyi (13—26)

  • İsrail Qoşendə yurd salır (27—31)

47  Yusif gəlib firona xəbər verdi:+ «Atam da, qardaşlarım da Kənan torpağından çıxıb gəliblər. Onlar qoyun-quzularını, mal-qaralarını və nələri varsa, hər şeyi özləri ilə gətiriblər. İndi Qoşendədirlər+».  Sonra qardaşlarından beşini fironun hüzuruna gətirib ona təqdim etdi.+  Firon Yusifin qardaşlarından soruşdu: «Nə işlə məşğulsunuz?» Onlar: «Qulların ata-babaları kimi uşaqlıqdan qoyun otarmaqla məşğuldur», — deyə cavab verdilər.+  Sonra firona dedilər: «Biz gəlmişik ki, müvəqqəti bu torpaqda yaşayaq.+ Çünki Kənan diyarında aclıq elə güclüdür ki, qulların sürülərini otarmağa otlaq tapa bilmirlər.+ Ona görə də xahiş edirik, qullarına Qoşen torpağında yaşamağa icazə ver».+  Onda firon Yusifə dedi: «Atan və qardaşların təşrif buyurub bura, sənin yanına gəliblər.  Misir sənin ixtiyarındadır. Ölkənin ən yaxşı yerini atana və qardaşlarına ver.+ Qoy onlar Qoşen diyarında yaşasınlar. Həm də aralarından bacarıqlı bildiyin adama mənim sürülərimə baxmağı tapşır».  Sonra Yusif atasını gətirib firona təqdim etdi. Yaqub firona alqış etdi.  Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?»  Yaqub firona dedi: «Yüz otuz ildir ki, qürbət ellərdə ömür sürürəm. Qısa və keşməkeşli həyatım+ atalarımın qürbət ellərdə keçirdiyi ömür qədər uzun deyil».+ 10  Bundan sonra Yaqub firona alqış edib onun hüzurundan çıxdı. 11  Yusif atasını və qardaşlarını Misir torpağında yerləşdirib, fironun əmr etdiyi kimi, Ramses torpağının ən yaxşı yerində onlara mülk verdi.+ 12  O, atasını, qardaşlarını və atasının bütün ev əhlini uşaqların sayına görə ərzaqla təmin edirdi. 13  Bütün ölkədə ərzaq qıtlığı idi, çünki aclıq çox şiddətli idi. Aclıq Misir və Kənan ölkələrini çapıb-talamışdı.+ 14  Yusif taxılı satıb Misir və Kənan ölkələrinin bütün pulunu toplayır, onları fironun evinə çatdırırdı.+ 15  Bir qədər keçəndən sonra Misirdə və Kənanda pul qurtardı. Bütün misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver! Pulumuz yoxdur deyə, göz görə-görə ölək?» 16  Onda Yusif dedi: «Əgər pulunuz yoxdursa, onda mal-qaranızı gətirin. Mən də əvəzində sizə çörək verərəm». 17  Beləliklə, onlar mal-heyvanlarını Yusifin yanına gətirirdilər, Yusif də atların, qoyun-quzu, mal-qara və eşşəklərin əvəzində onlara ərzaq verirdi. Həmin il o, mal-heyvanın müqabilində xalqı ərzaqla təmin etdi. 18  İl başa çatdı. Növbəti il camaat Yusifin yanına gəlib dedi: «Ağamızdan nə gizlədək, heç nəyimiz qalmayıb. Pulumuzu da, mal-qaramızı da ağamıza vermişik. Bir quru canımız qalıb, bir də torpağımız. 19  Biz ölsək, torpağımızı becərən olmasa, bunun kimə faydası olacaq? Bizi də, torpağımızı da al, əvəzində bizə ərzaq ver. Torpağımız fironun mülkiyyətinə keçsin, özümüz də ona qul olaq. Bizə toxum ver ki, sağ qalıb ölməyək, torpağımız boş qalmasın». 20  Yusif misirlilərin bütün torpaqlarını firon üçün aldı, çünki aclıq şiddətli olduğundan misirlilərin hamısı öz torpağını satırdı. Beləliklə, torpaqlar fironun oldu. 21  Sonra o, Misirin bir ucundan o biri ucunadək bütün əhalini şəhərlərə köçürdü.+ 22  Təkcə kahinlərin torpaqlarını almadı,+ çünki onları firon özü ərzaqla təmin edirdi. Onlar fironun verdiyi ərzaqla dolanırdılar, buna görə də torpaqlarını satmadılar. 23  Onda Yusif camaata dedi: «Artıq siz torpaqlarınızla birlikdə firona məxsussunuz. İndi alın, bu da toxum, aparın əkin. 24  Yığdığınız məhsulun beşdə biri fironun olacaq,+ qalan dörd hissəsini isə özünüzə götürərsiniz. Ondan həm toxumluq kimi istifadə edərsiniz, həm də özünüzü, uşaqlarınızı və bütün evinizdə olanları dolandırarsınız». 25  Onlar cavab verdilər: «Sən bizi xilas elədin.+ Biz firona qul olarıq, təki sən lütfünü bizdən əsirgəmə».+ 26  Yusif məhsulun beşdə birinin firona verilməsi barədə qanun çıxardı. Bu qanun bütün Misir ölkəsində bugünkü günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları fironun mülkiyyətinə keçmədi.+ 27  İsrail Misirdə, Qoşen diyarında yaşayırdı.+ Onlar orada kök saldılar, doğub-törəyərək çoxaldılar.+ 28  Yaqub Misirdə on yeddi il yaşadı. Beləliklə, o, yüz qırx yeddi il ömür sürdü.+ 29  Ölümünə az qalmış İsrail+ oğlu Yusifi çağırıb dedi: «Mənə yaxşılıq etmək istəyirsənsə, əlini budumun altına qoyub and iç ki, mənə xeyirxahlıq və sədaqət göstərəcəksən. Xahiş edirəm, məni Misirdə dəfn etmə.+ 30  Mən öləndə məni Misirdən çıxarıb ata-babalarımın yanında dəfn edərsən».+ Yusif dedi: «Necə istəyirsən, elə də edəcəyəm». 31  Onda o dedi: «And iç». Yusif and içdi.+ İsrail yatağının başında, oturduğu yerdə əyilib səcdə etdi.+

Haşiyələr