Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 46:1—34

MÜNDƏRİCAT

  • Yaqub külfəti ilə Misirə köçür (1—7)

  • Misirə köçənlərin siyahısı (8—27)

  • Yusif Yaqubla Qoşendə görüşür (28—34)

46  İsrail nəyi varsa* yığıb yola düşdü. O, Biir-Səbaya+ çatanda atası İshaqın Allahına qurban gətirdi.+  Gecə Allah vəhydə İsraili çağırıb dedi: «Yaqub, Yaqub!» O: «Bəli», — deyə cavab verdi.  Allah dedi: «Mən var olan Allaham, atanın Allahıyam.+ Misirə getməyə qorxma, çünki orada səndən böyük bir xalq yaradacağam.+  Mən Özüm səninlə Misirə gedəcəyəm, elə Özüm də səni oradan çıxaracağam.+ Sənin gözlərini Yusif bağlayacaq».+  Bundan sonra Yaqub Biir-Səbadan getdi. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun ataları üçün göndərdiyi arabalarda aparırdılar.  Onlar mal-qaralarını, eləcə də Kənan torpağında əldə etdikləri hər şeyi özləri ilə götürmüşdülər. Beləliklə, Yaqub övladları ilə birlikdə gəlib Misirə çatdı.  O, Misirə bütün nəslini, oğullarını, qızlarını və nəvələrini gətirmişdi.  İsrailin, yəni Yaqubun Misirə gələn oğulları bunlar idi:+ Yaqubun ilki Rubən.+  Rubənin oğulları: Hənuq, Fəllu, Həsrun və Qarmi.+ 10  Şəmunun+ oğulları: Yəmuil, Yəmin, Əhəd, Yakin, Zohar və kənani qadından doğulan Şaul+. 11  Lavinin+ oğulları: Hirsən, Kəhat və Merar.+ 12  Yəhudanın+ oğulları: Əir, Onan, Saleh+, Farəs+ və Zarah+. Əir ilə Onan Kənan diyarında ölmüşdülər.+ Farəsin oğulları: Həsrun və Həmül.+ 13  Yəsakirin oğulları: Tohla, Fuva, Yub və Şimrun.+ 14  Zəbulunun+ oğulları: Sərad, İlun və Yəhlail.+ 15  Bunlar Yaqubun Ləyadan doğulan övladlarıdır. Ləya onları və qızı Dinəni+ Fəddan-Aramda doğmuşdu. Onun oğul və qızlarının sayı cəmi otuz üç nəfər idi. 16  Cadın+ oğulları: Sifyun, Həqqi, Şuni, Əzbun, Eyri, Arud və Ərili.+ 17  Aşirin+ oğulları: İmnah, İşva, Yişvi, Bərya. Bacılarının adı Səra idi. Bəryanın oğulları: Habir və Məlkiil.+ 18  Bunlar Labanın qızı Ləyaya qulluqçu verdiyi Zülfədən+ doğulan oğullar idi. Yaqubun Zülfədən on altı övladı olmuşdu. 19  Yaqubun arvadı Rəhilədən doğulan oğulları: Yusif+ və Binyamin+. 20  Yusifin Misirdə On şəhərinin kahini Fitfirahın qızı Əsnatdan+ Mənəssə+ və Əfraim+ adında oğlu olmuşdu. 21  Binyaminin oğulları:+ Bələh, Bəkir, Əşbil, Qirah+, Neman, Əhi, Ruş, Muffim, Huffim+ və Ard.+ 22  Bunlar Yaqubun Rəhilədən doğulan oğullarıdır. Yaqubun Rəhilədən on dörd övladı olmuşdu. 23  Danın+ oğlu*: Huşim.+ 24  Niftalının+ oğulları: Yəsail, Quni, Yasir və Şəlim.+ 25  Bunlar Labanın qızı Rəhiləyə qulluqçu verdiyi Bəlhədən doğulan oğullar idi. Yaqubun Bəlhədən yeddi oğlu olmuşdu. 26  Yaqubdan törəyən və onunla Misirə gələnlərin sayı, gəlinlərindən savayı, altmış altı nəfər idi.+ 27  Yusifin Misirdə iki oğlu olmuşdu. Yaqubun Misirə köçən ailəsi yetmiş nəfərdən ibarət idi.+ 28  Yaqub Yəhudanı+ özündən qabaq göndərdi ki, Qoşenə getdiyini Yusifə xəbər versin. Nəhayət, onlar gəlib Qoşenə çatdılar.+ 29  Yusif arabasını hazırlayıb Qoşenə, atası İsraili qarşılamağa getdi. Onu görən kimi boynuna sarılıb xeyli ağladı. 30  İsrail Yusifə dedi: «İndi ki səni sağ-salamat gördüm daha ölsəm də, dərdim olmaz». 31  Yusif qardaşlarına və atasının ev əhlinə dedi: «Gedim firona xəbər verim,+ Kənanda yaşayan qardaşlarım və atamın ev əhli yanıma gəlib.+ 32  Onlar mal-heyvan saxlayır, çobanlıq edirlər.+ Bütün sürülərini və nələri varsa özləri ilə gətiriblər.+ 33  Firon sizi çağırıb soruşanda ki, nə işlə məşğulsunuz, 34  deyərsiniz: “Qulların ata-babaları kimi uşaqlıqdan mal-heyvan saxlayır”.+ Belə deyin ki, yaşamaq üçün sizə Qoşen+ torpağını versin. Çünki qoyun otaran hər kəs misirlilərin gözündə iyrəncdir».+

Haşiyələr

Yaxud bütün adamlarını.
Hərfən: oğulları.