Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 37:1—36

MÜNDƏRİCAT

  • Yusifin yuxuları (1—11)

  • Yusif və paxıl qardaşları (12—24)

  • Yusif köləliyə satılır (25—36)

37  Yaqub atasının qərib kimi yaşadığı Kənan torpağında qalıb orada yaşayırdı.+  Yaqubun tarixçəsi belədir. On yeddi yaşlı Yusif+ atasının arvadları Bəlhə və Zülfənin oğlanları+ ilə birlikdə sürü otarırdı.+ Yusif onların pis əməllərini atasına xəbər verdi.  Yusif İsrailin ixtiyar çağında dünyaya gəldiyinə görə İsrail onu bütün oğullarından+ çox istəyirdi. Ona gözəl libas tikdirmişdi.  Qardaşları görəndə ki, ataları Yusifi onlardan çox istəyir, ondan zəhlələri getdi və daha onunla mehriban danışa bilmədilər.  Bir gün Yusif yuxu gördü və gedib onu qardaşlarına danışdı.+ Bundan sonra onların ürəyində Yusifə qarşı əməlli-başlı nifrət baş qaldırdı.  Yusif onlara belə demişdi: «Görün nə yuxu görmüşəm.  Yuxuda gördüm ki, biz tarlada dərz bağlayırıq. Mənim dərzim qalxıb dik durur, sizinkilərsə onu dövrəyə alıb təzim edir».+  Qardaşları demişdi: «İndi demək istəyirsən ki, bizim üstümüzdə padşah olacaqsan? Bizə ağalıq edəcəksən?»+ Beləliklə, gördüyü yuxuya və dediyi sözlərə görə qardaşları Yusifə nifrət etməyə başlamışdı.  Bundan sonra o, başqa bir yuxu gördü və onu qardaşlarına danışdı: «Bir yuxu da görmüşəm: bu dəfə günəş, ay və on bir ulduz mənə təzim edirdi».+ 10  Yuxunu həm qardaşlarına, həm də atasına danışdı. Atası onu danlayıb dedi: «Bu nə yuxudur görmüsən? İndi demək istəyirsən ki, mən də, anan da, qardaşların da gəlib sənin önündə səcdə qılacağıq?» 11  Qardaşlarının ona paxıllığı tutdu,+ atası isə onun sözlərini yadında saxladı. 12  Bir dəfə Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Sihamın+ yaxınlığına getdilər. 13  Onlar gedəndən bir müddət sonra İsrail Yusifə dedi: «Qardaşların Siham yaxınlığında sürüləri otarır. Gəl səni onların yanına göndərim». O: «Mən hazır», — dedi. 14  «Get gör qardaşların necədir, sürü nə vəziyyətdədir. Sonra mənə bir xəbər gətir». Belə deyib Yaqub onu Həbrun+ dərəsindən Sihama göndərdi. 15  Yusif çöldə dolaşarkən bir kişiyə rast gəldi. Kişi ondan soruşdu: «Nə axtarırsan?» 16  «Qardaşlarımı axtarıram. Bilmirsən onlar sürünü harada otarırlar?» 17  «Onlar buradan gediblər, eşitdim, deyirdilər: “Dufana gedək”». Yusif qardaşlarının dalınca Dufana gedib onları orada tapdı. 18  Qardaşları uzaqdan Yusifi gördülər. Yusif onlara tərəf gələndə onu öldürmək üçün tədbir tökməyə başladılar. 19  Bir-birilərinə dedilər: «Budur, yuxu görənimiz gəlir.+ 20  Gəlin onu öldürüb quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan parçalayıb. Onda görərik, yuxuları necə çin çıxır». 21  Rubən+ bunu eşidəndə Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Ona qıymayın.+ 22  Gəlin qan tökməyək.+ Onu bu biyabandakı quyuya ataq, qoy əlimiz qardaş qanına bulaşmasın».+ Rubənin məqsədi onu qardaşlarının əlindən qurtarıb atasına qaytarmaq idi. 23  Yusif qardaşlarının yanına çatar-çatmaz onun gözəl paltarını dartıb əynindən çıxardılar.+ 24  Sonra onu götürüb quyuya atdılar. Həmin vaxt quyu boş, susuz idi. 25  Sonra yemək yeməyə oturdular. Başlarını qaldırıb baxanda gördülər ki, Giladdan ismayıllıların+ karvanı gəlir. Onlar dəvələrinə ladan qatranı, balzam, qatranlı ağac qabığı+ yükləyib Misirə aparırdılar. 26  Onda Yəhuda qardaşlarına dedi: «Qardaşımızı öldürüb işin üstünü ört-basdır etməklə nə əldə edəcəyik?+ 27  Gəlin onu ismayıllılara sataq.+ Ona əl qaldırmayaq, axı o, bizim qardaşımızdır, eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. 28  Mədyəni+ tacirlər onların yanından keçəndə onlar Yusifi quyudan çıxardılar və onu iyirmi gümüşə ismayıllılara satdılar.+ Onlar da Yusifi Misirə apardılar. 29  Üstündən bir az keçəndən sonra Rubən quyunun yanına qayıtdı və baxıb gördü ki, Yusif quyuda yoxdur. Onda o əl atıb yaxasını cırdı. 30  Qardaşlarının yanına gəlib: «Uşaq yoxa çıxıb! İndi mən neyləyəcəyəm?» — deyə nalə çəkdi. 31  Onlar bir təkə kəsdilər, sonra Yusifin paltarını götürüb onun qanına buladılar. 32  Bundan sonra həmin libası atalarına yolladılar. «Gör nə tapmışıq. Bax gör oğlunun paltarıdır?» — deyə paltarı aparanlarla xəbər göndərdilər.+ 33  Yaqub paltara baxıb fəryad qopardı: «Oğlumun paltarıdır! Yəqin Yusifi vəhşi heyvan yeyib! Balamı tikə-tikə eləyib!» 34  Yaqub belə deyib yaxasını cırdı, belinə çul bağlayıb günlərlə oğlunu ağladı. 35  Bütün oğulları, qızları ona təsəlli verməyə çalışırdı, o isə sakitləşmək bilməyib: «Oğlumu ağlaya-ağlaya Məzara*+ gedəcəyəm!» — deyirdi. Beləcə, atası oturub-durub Yusifə görə ağlayırdı. 36  Mədyənilər isə Misirdə Yusifi fironun saray əyanına, keşikçibaşı Fitfirə satdılar.+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.