Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 35:1—29

MÜNDƏRİCAT

  • Yaqub yad allahların bütlərini torpağa basdırır (1—4)

  • Yaqub Beytelə qayıdır (5—15)

  • Binyamin doğulur; Rəhilə vəfat edir (16—20)

  • İsrailin on iki oğlu (21—26)

  • İshaq vəfat edir (27—29)

35  Bütün bunlardan sonra Allah Yaquba dedi: «Qalx, Beytelə+ get, orada yaşa. Qardaşın Eysdən qaçanda sənə görünən Allaha orada qurbangah düzəlt».+  Onda Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Sizdə olan yad allahların bütlərini atın,+ paklanın, paltarlarınızı dəyişin.  Yığışıb Beytelə köçürük. Orada dar günümdə mənə hay verən, ta bu günədək mənə dayaq olan Allaha qurbangah düzəldəcəyəm».+  Onlar özlərində olan bütün bütləri və qulaqlarındakı sırğaları Yaquba verdilər, Yaqub da onları Sihamın yaxınlığında bitən böyük ağacın altında basdırdı.  Bundan sonra onlar yola düşdülər. Ətraf şəhərləri Allahın vəhmi basmışdı, buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər.  Axırda Yaqubgil gəlib Kənan torpağındakı Luz+ şəhərinə, yəni Beytelə çıxdılar.  Yaqub orada qurbangah düzəltdi və həmin yerin adını İl-Beytel* qoydu, çünki qardaşından qaçanda Allah orada ona görünmüşdü.+  Bir müddət sonra Rəfəqənin dayəsi Dəburə+ öldü. Onu Beytelin yaxınlığında, bir palıdın altında dəfn etdilər. Bu səbəbdən Yaqub ağacın adını Allun-Bakut* qoydu.  Yaqub Fəddan-Aramdan köç edən vaxt Allah yenə də ona göründü. Ona xeyir-dua verib 10  dedi: «Sənin adın Yaqubdur+, amma bundan sonra adın Yaqub yox, İsrail olacaq». Beləliklə, Allah ona İsrail adını verdi.+ 11  Allah sözünə davam edib dedi: «Mən Qadir Allaham.+ Sənin nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar, çoxlu xalqlar törəyəcək.+ Nəslindən padşahlar çıxacaq*.+ 12  İbrahimə və İshaqa verdiyim torpağa gəlincə, onu sənə, səndən sonra isə övladlarına verəcəyəm».+ 13  Bundan sonra Allah Yaqubla danışdığı yerdən getdi. 14  Yaqub Allahın onunla danışdığı yerdə dikinə bir daş qoydu, üstünə şərab təqdiməsi* və yağ tökdü.+ 15  O, Allahın onunla danışdığı həmin bu yerin adını yenə də Beytel deyib çağırdı.+ 16  Sonra Yaqubgil Beyteldən çıxıb yola düşdülər. Əfrata hələ xeyli qalmış Rəhiləni doğuş sancısı tutdu. Doğuş çox ağır keçirdi. 17  Uşaq gələndə mamaça ona dedi: «Qorxma, bu da oğlandır».+ 18  Rəhilə can üstə olanda oğlunun adını Bənuni* qoydu. Atası isə ona Binyamin*+ adını verdi. 19  Rəhilə öldü və Əfrata (Beytləhm)+ gedən yolda dəfn edildi. 20  Yaqub onun qəbrinin üstünə bir daş qoydu. Bu başdaşı bu günə kimi Rəhilənin qəbri üstündədir. 21  İsrail yola davam edib Ədər qülləsinin o biri tərəfində çadır qurdu. 22  Bir gün, İsrail hələ o diyarda yaşayan vaxt, Rubən atasının kənizi Bəlhə ilə yaxınlıq etdi.+ Bu, İsrailin qulağına çatdı. Yaqubun on iki oğlu var idi. 23  Ləyadan doğulan oğulları: ilki Rubən,+ Şəmun, Lavi, Yəhuda, Yəsakir, Zəbulun; 24  Rəhilədən doğulan oğulları: Yusif və Binyamin; 25  Rəhilənin kənizi Bəlhədən doğulan oğulları: Dan və Niftalı; 26  Ləyanın kənizi Zülfədən doğulan oğulları: Cad və Aşir. Bunlar Yaqubun Fəddan-Aramda doğulan oğulları idi. 27  Yaqub İbrahimlə İshaqın qərib+ kimi yaşadığı Kiryat-Arba (Həbrun) yaxınlığındakı Mamreyə+, atası İshaqın yanına gəldi. 28  İshaq yüz səksən il yaşadı.+ 29  O, uzun ömür sürdükdən sonra həyatdan doymuş halda dünyadan köçdü və ata-babalarına qovuşdu*. Oğlanları Eyslə Yaqub onu dəfn etdilər.+

Haşiyələr

Mənası: Beytelin Allahı.
Mənası: ağlaşma palıdı.
Hərfən: belindən padşahlar gələcək.
Yaxud maye təqdiməsi. Təqdimə — təqdim olunan şey; bəxşiş, sovqat.
Mənası: kədərimin oğlu.
Mənası: sağ əlimin oğlu.
İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.