Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 33:1—20

MÜNDƏRİCAT

  • Yaqubun Eyslə görüşü (1—16)

  • Yaqub Sihama gedir (17—20)

33  Yaqub bir də baxıb gördü ki, Eys gəlir, yanında da dörd yüz nəfər adam.+ Onda o, Ləyanın, Rəhilənin və iki kənizin uşaqlarını ayırdı.+  Kənizləri uşaqları ilə birlikdə qabağa,+ Ləya ilə uşaqlarını onlardan sonra,+ ən axırda isə Rəhilə+ ilə Yusifi qoydu.  Özü isə qabağa keçdi və qardaşına yaxınlaşanadək yeddi dəfə təzim etdi.  Eys isə onun qabağına qaçdı, boynuna sarılıb öpdü. İkisi də zülüm-zülüm ağladı.  Eys başını qaldırıb qadınları və uşaqları görəndə soruşdu: «Bunlar kimdir?» Yaqub dedi: «Allahın sənin quluna bəxş etdiyi övladlardır».+  Onda kənizlər uşaqları ilə irəli çıxıb təzim etdilər.  Ləya da uşaqları ilə qabağa çıxıb təzim etdi. Ən axırda Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər.+  Eys soruşdu: «Qabağıma çıxan o adamlar, sürülər nə idi belə?»+ Yaqub: «Sənin iltifatını qazanmaq istəyirdim, ağam»,+ — deyə cavab verdi.  Onda Eys dedi: «Mənim bəs deyincə malım-mülküm var, qardaş.+ Qoy sənin malın özünə qalsın». 10  Yaqub isə xahiş etdi: «İltifat eylə, ağa, hədiyyələri qəbul et. Sən ki məni mehribanlıqla qarşıladın, sənin üzünü görəndə, elə bil, Allahın üzünü görmüş oldum.+ 11  Bu hədiyyələrsə sənə bəslədiyim xoş arzuların izharıdır.+ Nə olar, onları götür, çünki Allahın lütfü sayəsində hər şeyim var».+ Yaqub o qədər təkid etdi ki, axırda Eys hədiyyələri götürdü. 12  Sonra Eys dedi: «Gəl yola düşək. Mən sizin qabağınızca gedərəm». 13  Yaqub isə dedi: «Ağam, görürsən uşaqlar balacadır.+ Üstəlik, mal-qaranın içərisində yanıbalalıları var. Sürüləri bir gün bərk qovsalar, hamısı qırılar. 14  Qoy ağam getsin, biz isə yavaş-yavaş sürünün, uşaqların ayağı ilə yeriyib Sairə, ağamın yanına gələrik».+ 15  Eys dedi: «Onda qoy adamlarımdan bir neçəsi sənin yanında qalsın». Yaqub isə cavab verdi: «Buna nə gərək var? Sən ki mənə iltifat göstərdin, bu, mənim bəsimdir». 16  Beləliklə, Eys həmin gün Sairə qayıtdı. 17  Yaqub Suqquta+ getdi. Orada özünə ev, sürüləri üçün çardaqlar tikdi. Buna görə də o yerin adını Suqqut* qoydu. 18  Fəddan-Aramdan+ çıxdıqdan sonra Yaqub sağ-salamat Kənan+ diyarındakı Siham+ şəhərinə gəlib çıxdı. Orada şəhərin yaxınlığında çadırlarını qurdu. 19  O, Sihamın atası Hamurun oğullarına yüz qesitah* verib çadırlarını qurduğu torpağın bir hissəsini aldı.+ 20  Sonra orada bir qurbangah düzəldib ona İl-İlah-İsrail* adını verdi.+

Haşiyələr

Mənası: çardaqlar.
Dəyəri məlum olmayan pul vahidi.
Mənası: Allah İsrailin Allahı.