Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 32:1—32

MÜNDƏRİCAT

  • Mələklər Yaqubun qarşısına çıxır (1, 2)

  • Yaqub Eyslə görüşə hazırlaşır (3—23)

  • Yaqub mələklə güləşir (24—32)

    • Yaquba İsrail adı verilir (28)

32  Yaqub yoluna davam etdi. Yolda onun qarşısına Allahın mələkləri çıxdı.  Yaqub onları görəndə dedi: «Bura Allahın ordugahıdır!» Buna görə də o yerin adını Mahanayim* qoydu.  Sonra Yaqub Ədum+ torpağındakı Sair diyarına,+ qardaşı Eysin yanına qabağınca adamlar göndərdi.  Yaqub onlara tapşırdı: «Ağam Eysə çatdırın ki, qulu Yaqub belə deyir: “Uzun illərdir Labanın yanında yaşayırdım.+  Çoxlu öküz, eşşək, qoyun, qul-qarabaş sahibi olmuşam.+ Ağama bu xəbəri göndərirəm ki, iltifatını qazanım”».  Adamlar qayıdıb Yaquba xəbər gətirdilər: «Qardaşın Eyslə görüşdük. İndi o, səni görməyə gəlir, yanında da dörd yüz nəfər var».+  Yaqubu qorxu bürüdü.+ O təşvişə düşdü və adamlarını, sürülərini, mal-qarasını, dəvələrini iki hissəyə ayırdı.  Fikirləşirdi ki, Eys bir tərəfə hücum etsə, o birisi qaçıb qurtula bilsin.  Sonra Yaqub dedi: «Ey babam İbrahimin, atam İshaqın Allahı Yehova, Sən Özün mənə demişdin: “Yurduna, doğmalarının yanına qayıt. Lütfümü səndən əsirgəməyəcəyəm”.+ 10  Qulun göstərdiyin məhəbbətə, sədaqətə layiq deyil.+ Tək bir çomaqla İordanı keçdim, indi isə iki dəstə köçüm var.+ 11  Yalvarıram+, Sən Özün məni qardaşım Eysdən qoru, çünki qorxuram gəlib mənə, uşaqlara və analarına hücum edər.+ 12  Axı Sən Özün demişdin ki, mənə lütf göstərəcəksən, övladlarım* sahildəki qum dənələritək saysız-hesabsız olacaq».+ 13  Yaqub gecəni orada keçirdi. Sonra qardaşı Eys üçün pay olaraq bunları ayırdı:+ 14  200 keçi, 20 təkə, 200 qoyun, 20 qoç, 15  balaları ilə birlikdə 30 balaəmizdirən dəvə, 40 inək, 10 öküz, 20 dişi eşşək və 10 erkək eşşək.+ 16  O, sürüləri bir-bir qullarına tapşırıb dedi: «Məndən qabaq çayı keçin. Sürüləri bir-birindən aralı aparın». 17  Sonra birinci qula tapşırdı: «Qardaşım Eys rastına çıxanda soruşsa ki, kimin qulusan, hara gedirsən, bu sürülər kimindir, 18  onda deyərsən: “Qulun Yaqubun. Bunlar ağam Eysə hədiyyədir.+ Budur, özü də arxadan gəlir”». 19  İkinciyə də, üçüncüyə də, sürüləri aparan bütün qullara əmr edib dedi: «Siz də Eyslə rastlaşanda ona belə deyərsiniz. 20  Həm də “qulun Yaqub da arxamızca gəlir” deyin». O, öz-özünə fikirləşirdi: «Qabağımca hədiyyə göndərib könlünü alsam,+ üz-üzə gələndə, bəlkə, məni xoş üzlə qarşılayar». 21  Beləcə, hədiyyələri qabağınca çayın o tayına göndərdi, özü isə gecəni çadırlarını qurduğu yerdə qaldı. 22  Gecə qalxıb iki arvadını,+ iki kənizini+ və on bir oğlunu götürüb Yəbbuq+ çayının dayaz yerindən keçdi. 23  Beləcə, onları və nəyi vardısa, hər şeyi çayın* o tayına keçirdi. 24  Nəhayət Yaqub tək qalanda bir nəfər dan yeri sökülənə qədər onunla güləşdi.+ 25  Görəndə ki, Yaquba üstün gələ bilmir, onun bud oynağına toxundu; beləcə, güləşən vaxt Yaqubun budu yerindən oynadı.+ 26  Bundan sonra o dedi: «Burax gedim, hava artıq işıqlaşır». Yaqub isə: «Mənə xeyir-dua verməyincə buraxmaram»,+ — dedi. 27  Onda o soruşdu: «Adın nədir?» «Yaqub», — deyə cavab verdi. 28  «Bundan sonra adın Yaqub yox, İsrail*+ olacaq, çünki sən Allahla və insanlarla çarpışdın,+ axırda üstün gəldin». 29  Yaqub ondan soruşdu: «Bəs sənin adın nədir?» O isə cavabında: «Adım nəyinə gərəkdir?»+ — dedi və orada ona xeyir-dua verdi. 30  Yaqub: «Allahın üzünü görsəm də, sağ qaldım»,+ — deyərək həmin yerin adını Fəniil*+ qoydu. 31  Yaqub Fənuili* keçəndə gün doğurdu. Budu zədələndiyindən o axsayırdı.+ 32  Odur ki, İsrail oğulları indiyə qədər bud oynağının üstündəki vətərləri yemirlər, çünki güləşdiyi şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.

Haşiyələr

Mənası: iki ordugah.
Hərfən: toxumum.
Yaxud dərənin, vadinin.
Mənası: Allahla çarpışan, yaxud Allah çarpışır.
Mənası: Allahın siması.
Fəniil adının digər forması.