Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 3:1—24

MÜNDƏRİCAT

  • İnsan günaha batır (1—13)

    • İlk yalan (4, 5)

  • Yehova asilərə hökm çıxarır (14—24)

    • Qadının övladı barədə peyğəmbərlik (15)

    • Ədəndən qovulma (23, 24)

3  İlan+ Yehova Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı* idi. O, qadından soruşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?»+  Qadın ilana cavab verib dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik.+  Ancaq bağın ortasındakı ağac+ haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”».  İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.+  Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».+  Qadın gördü ki, ağacın meyvəsi yaxşıdır və gözə xoş görünür, ağaca baxdıqca baxmaq istəyirsən. Beləcə, onun meyvəsindən götürüb yedi.+ Sonra əri yanında olanda ona da verdi və o da yedi.+  Bu zaman hər ikisinin gözləri açıldı və çılpaq olduqlarını başa düşdülər. Buna görə də əncir yarpaqlarını bir-birinə tikib özləri üçün fitə düzəltdilər.+  Sonra insan ilə arvadı günün sərin vaxtında bağda gəzən Yehova Allahın səsini eşitdilər və bağdakı ağacların arasına girib Yehova Allahdan gizləndilər.  Yehova Allah: «Haradasan?» — deyə səsləyib insanı çağırırdı. 10  Nəhayət, o dilləndi: «Bağda Sənin səsini eşitdim, ancaq çılpaq olduğum üçün qorxub gizləndim». 11  Onda Allah soruşdu: «Çılpaq+ olduğunu sənə kim dedi? Meyvəsini yeməməyi əmr etdiyim ağacdan yemisən?»+ 12  İnsan cavab verib dedi: «Sənin mənə verdiyin qadın — o, mənə ağacın meyvəsindən verdi, mən də yedim». 13  Yehova Allah qadına dedi: «Neyləmisən?!» Qadın cavabında dedi: «İlan məni aldatdı, mən də yedim».+ 14  Onda Yehova Allah ilana+ dedi: «Bunu etdiyin üçün bütün ev heyvanlarının və bütün vəhşi heyvanların içində lənət sahibi olursan. Qarnın üstə sürünəcəksən və bütün ömrün boyu torpaq yeyəcəksən. 15  Səninlə+ qadın+ arasına, sənin övladınla*+ onun övladı*+ arasına düşmənçilik+ qoyacağam. O*, sənin başını əzəcək,+ sən isə onu dabanından çalacaqsan».+ 16  Qadına dedi: «Hamiləlik ağrılarını artırdıqca artıracağam, ağrı içində uşaq doğacaqsan. Ərinə böyük ehtiyacın olacaq, o da sənə ağalıq edəcək». 17  Adəmə* isə dedi: «Arvadının sözünə qulaq asdığın, meyvəsindən yeməməyi tapşırdığım+ ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir.+ Bütün ömrün boyu əzab-əziyyətlə+ ondan məhsul götürəcəksən. 18  Torpaq sənə tikan və qanqal bitirəcək, çöldəki bitkilərlə qidalanacaqsan. 19  Alın tərinlə çörək yeyib axırda torpağa qayıdacaqsan, çünki ondan yaradılmısan.+ Torpaqsan, torpağa da qayıdacaqsan».+ 20  Bundan sonra Adəm arvadının adını Həvva* qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası olacaqdı.+ 21  Yehova Allah Adəmlə arvadı üçün dəridən uzun paltar düzəltdi ki, əyinlərinə geyinsinlər.+ 22  Sonra Yehova Allah dedi: «İnsan xeyirlə şəri bilməkdə bizim kimi oldu.+ İndi isə əl uzadıb həyat ağacının+ meyvəsindən də dərib yeməsin və əbədi yaşamasın deyə...» 23  Bu sözlərlə Yehova Allah onu Ədən+ bağından qovdu ki, yaradıldığı torpağı+ əkib-becərsin. 24  Beləliklə, O, insanı qovdu və həyat ağacına gedən yolu qorumaq üçün Ədən bağının şərqində kərrublar*+ və aramsız fırlanan yanar qılınc qoydu.

Haşiyələr

Yaxud ağıllısı; bici.
Hərfən: toxumunla.
Hərfən: toxumu.
Yəni qadının övladı.
Mənası: adam, insan.
Mənası: yaşayan.