Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 28:1—22

MÜNDƏRİCAT

  • İshaq Yaqubu Fəddan-Arama göndərir (1—9)

  • Yaqubun Beyteldə gördüyü yuxu (10—22)

    • Allah Yaquba vəd verir (13—15)

28  Axırda İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və tapşırdı: «Kənan qızlarından özünə arvad alma.+  Fəddan-Arama, ananın atası Bətuilin evinə get, oradan, dayın Labanın qızlarından+ arvad al.  Qadir Allah səni mübarək qılacaq, oğul-uşaq sahibi edəcək, nəslini çoxaldacaq. Səndən çoxlu tayfalar əmələ gələcək.+  Allahın İbrahimə vəd etdiyi nemətlər+ sənə və övladına* nəsib olacaq, İbrahimə verdiyi torpağa — qərib kimi yaşadığın bu torpağa sahib olacaqsan».+  Beləliklə, İshaq Yaqubu Fəddan-Arama göndərdi. Yaqub arami Bətuilin oğlu+ Labanın yanına getmək üçün yola düşdü. Laban Yaqubla Eysin anası Rəfəqənin qardaşı+ idi.  Eys gördü ki, İshaq Yaquba xeyir-dua verib arvad almaq üçün Fəddan-Arama göndərdi, özü də ona xeyir-dua verəndə Kənan qızlarından almamağı tapşırdı,+  Yaqub da ata-anasının sözü ilə Fəddan-Arama getdi.+  Onda Eys bildi ki, atası İshaqın Kənan qızlarından xoşu gəlmir.+  Odur ki, İsmayılın* yanına gedib, arvadlarının üstünə İbrahimin İsmayıldan olan nəvəsi, Nəbayütün bacısı Məhaləti aldı.+ 10  Yaqub yola düzəlib Biir-Səbadan Harrana tərəf getdi.+ 11  Xeyli getdikdən sonra gəlib bir yerə çıxdı. Gün artıq batdığından gecəni orada keçirmək qərarına gəldi. Oradakı daşlardan birini götürüb başının altına qoydu və uzanıb yatdı.+ 12  Gecə bir yuxu gördü. Gördü ki, yerdən başı göyə dirənən bir pilləkən qalxır. Allahın mələkləri bu pilləkənlə çıxıb-düşürlər.+ 13  Pilləkənin başında isə Yehova durub. O deyirdi: «Mən baban İbrahimin və atan İshaqın Allahıyam.+ Üstündə uzandığın torpağı sənə və övladlarına* verəcəyəm.+ 14  Övladların qum dənələri kimi çox olacaq.+ Şaxələnib qərbə, şərqə, şimala və cənuba yayılacaqsan. Sənin və övladın* vasitəsilə yerin bütün xalqları mübarək olacaq.+ 15  Mən səninləyəm; getdiyin hər yerdə səni qoruyacağam və qaytarıb bu diyara gətirəcəyəm.+ Səni tərk etməyəcəyəm, verdiyim sözü mütləq yerinə yetirəcəyəm».+ 16  Yaqub yuxudan oyanıb öz-özünə dedi: «İşə bir bax, Yehovanın Özü buradadır, mən isə bilməmişəm». 17  O qorxuya düşüb dedi: «Bura nə vahiməli yerdir belə! Yox, bura Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».+ 18  Yaqub sübh tezdən qalxdı, başının altına qoyduğu daşı qaldırıb dikinə qoydu və üstünə yağ tökdü.+ 19  Həmin yerin adını Beytel* qoydu; şəhərin əvvəlki adı isə Luz idi.+ 20  Sonra Yaqub nəzir edib dedi: «Əgər Allah həmişə mənimlə olsa, getdiyim yolda məni qorusa, yeməyə çörəyimi, geyinməyə paltarımı yetirsə, 21  sağ-salamat atamın evinə qayıtsam, onda biləcəyəm ki, Yehova, həqiqətən, mənim Allahımdır*. 22  Qoyduğum bu daş Allahın evi+ olacaq və mənə verdiyi hər şeyin onda birini Ona verəcəyəm».

Haşiyələr

Hərfən: toxumuna.
Yəni ismayıllıların. Həmin vaxt İsmayıl artıq ölmüşdü, Eysin təxminən 77 yaşı var idi. 25:17, 26 ayələrinə bax.
Hərfən: toxumuna.
Hərfən: toxumun.
Mənası: Allahın evi.
Yaxud onda Yehova, həqiqətən də, mənim Allahım olduğunu göstərmiş olacaq.