Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 25:1—34

MÜNDƏRİCAT

  • İbrahim təzə arvad alır (1—6)

  • İbrahim vəfat edir (7—11)

  • İsmayılın oğulları (12—18)

  • Yaqubla Eys doğulur (19-26)

  • Eys ilk oğulluq haqqını satır (27—34)

25  İbrahim başqa bir arvad aldı. Onun adı Qəturə idi.  İbrahimin Qəturədən Zimran, Yöqşən, Mədan, Mədyən+, İşbaq və Şuah+ adında oğulları oldu.  Yöqşənin Səba və Didan adında oğulları oldu. Didanın oğulları bunlar idi: Aşşur, Latuş və Laum*.  Mədyənin oğulları bunlar idi: İfah, İfər, Hənuq, Əbida və Əldah. Bunların hamısı Qəturənin övladları idi.  İbrahim nəyi var idisə, hamısını oğlu İshaqa verdi.+  Cariyələrdən doğulan oğullarına da hədiyyələr verdi. Hələ sağlığında onları İshaqdan uzağa, Şərqə göndərdi.+  İbrahim yüz yetmiş beş il yaşadı.  Beləliklə, uzun ömür sürəndən sonra həyatdan doymuş halda dünyadan köçdü və ata-babalarına qovuşdu*.  Oğulları İshaqla İsmayıl onu het Zoharın oğlu Əfrunun Mamre qarşısında yerləşən sahəsindəki Məxfilə mağarasında dəfn etdilər.+ 10  O sahəni İbrahim hetlərdən satın almışdı. İbrahimi orada arvadının yanında dəfn etdilər.+ 11  İbrahim öləndən sonra da Allahın əli onun oğlu İshaqın üstündə idi.+ İshaq Biir-Lahay-Royun+ yaxınlığında yaşayırdı. 12  Saranın kənizi misirli Həcərin+ İbrahimə doğduğu oğlu İsmayılın+ tarixçəsi belədir. 13  İsmayılın sonrakı nəsilləri onun bu oğullarından törəmişdi: İsmayılın ilki Nəbayüt+, ondan sonra Qədar+, Ədbiil, Mibşam,+ 14  Mişma, Dumah, Massa, 15  Hədad, Təma, Yətur, Nafiş və Qədma. 16  Bunlar İsmayılın oğulları, on iki tayfa başçısıdır.+ Yaşadıqları kənd və obalar onların adını daşıyırdı. 17  İsmayıl yüz otuz yeddi il yaşadıqdan sonra dünyadan köçüb ata-babalarına qovuşdu. 18  Onların məskən saldığı ərazi Misir tərəfdə yerləşən Şurun+ yaxınlığındakı Həvilədən+ tutmuş Aşşura qədər uzanırdı. Onlar bütün qardaşlarına yaxın yaşayırdılar*.+ 19  İbrahimin oğlu İshaqın tarixçəsi belədir.+ İshaq İbrahimin oğlu idi. 20  İshaq qırx yaşı olanda Fəddan-Aramdan arami Bətuilin qızı+, arami Labanın bacısı Rəfəqəni aldı. 21  Ancaq o, sonsuz idi. İshaq ondan ötrü Yehovaya yalvarırdı. Yehova da onun yalvarışına cavab verdi və arvadı Rəfəqə hamilə qaldı. 22  Onun bətnində körpələr bir-birilə çarpışmağa başladı.+ Onda Rəfəqə: «Əgər belədirsə, daha mən niyə yaşayıram?» — deyib Yehovadan bunun nə demək olduğunu soruşdu. 23  Yehova ona cavab verib dedi: «Sənin bətnində iki xalq var,+ səndən iki ayrı-ayrı xalq törəyəcək.+ Biri o birindən güclü olacaq+ və böyük kiçiyə xidmət edəcək».+ 24  Rəfəqənin doğmaq vaxtı gələndə bəlli oldu ki, doğrudan da, bətnində əkiz uşaq var. 25  Birinci doğulan uşaq qırmızı idi, özü də elə tüklü+ idi ki, elə bil, əyninə kürk geyinmişdi. Buna görə də onun adını Eys*+ qoydular. 26  Ardınca Eysin qardaşı çıxdı, o, əli ilə Eysin dabanından tutmuşdu+. Buna görə də onun adını Yaqub* qoydular.+ Uşaqlar doğulanda İshaq altmış yaşında idi. 27  Uşaqlar böyüyüb boya-başa çatdılar. Eys mahir ovçu oldu.+ O, çöl adamı idi. Yaqub isə vaxtının çoxunu evdə* keçirirdi.+ O, dinc* adam idi. 28  İshaq daha çox Eysi istəyirdi, çünki Eys onun üçün heyvan ovlayıb gətirirdi. Rəfəqə isə Yaqubu çox istəyirdi.+ 29  Bir gün Yaqub şorba bişirirdi. Bu zaman Eys yorğun-arğın çöldən gəldi. 30  O, Yaquba dedi: «Nə olar, tez mənə bişirdiyin o qırmızı xörəkdən bir az ver yeyim, lap əldən düşmüşəm». Buna görə də ona Ədum*+ adı verildi. 31  Yaqub ona dedi: «Onda sən də ilk oğulluq haqqını mənə sat».+ 32  «Əşi, indi yıxılıb öləcəyəm. Öləndən sonra ilk oğulluq haqqı nəyimə gərəkdir?» — deyə Eys cavab verdi. 33  Yaqub dedi: «Əvvəlcə and iç!» Eys and içdi, bununla da ilk oğulluq haqqını Yaquba satdı.+ 34  Yaqub Eysə çörək və mərci şorbası verdi. Eys yeyib-içdi və qalxıb getdi. Beləcə, Eys ilk oğulluq haqqının qədrini bilmədi.

Haşiyələr

Aşşur, Latuş, Laum. İbrani mətninin yazılış qaydasından belə qənaətə də gəlmək olar ki, bu adlar həmin insanların övladlarına da aid ola bilər.
İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.
Digər variant: bütün qardaşları ilə ədavətdə yaşayırdılar.
Mənası: tüklü.
Mənası: dabandan yapışan; qəsbkar.
Hərfən: çadırlarda.
Yaxud pak.
Mənası: qırmızı.