Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 22:1—24

MÜNDƏRİCAT

  • İbrahimə İshaqı qurban gətirmək buyrulur (1—19)

    • İbrahimin övladı vasitəsilə xeyir-bərəkət (15—18)

  • Rəfəqənin ailəsi (20—24)

22  Bu əhvalatın üstündən bir müddət keçəndən sonra Allah İbrahimin imanını sınağa çəkdi.+ O: «Ey İbrahim!» — deyə çağırdı. İbrahim cavab verdi: «Bəli, ya Rəbb!»  Allah dedi: «Canın qədər sevdiyin yeganə oğlun+ İshaqı+ götür, Muriyyə+ torpağına get. Orada sənə göstərəcəyim dağda oğlunu qurban gətir*».  İbrahim səhər sübhdən qalxıb ulağını palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. Yandırma qurbanı üçün odun yardı və durub Allahın dediyi yerə yollandı.  Üçüncü gün başını qaldıranda uzaqdan həmin yeri gördü.  İbrahim nökərlərinə dedi: «Siz ulaqla burada qalın, oğlumla mən isə ora gedək, ibadət edib qayıdacağıq».  İbrahim yandırma qurbanı üçün götürdüyü odunu oğlu İshaqın kürəyinə şələlədi. Özü isə odu və bıçağı götürdü və birlikdə getdilər.  Yolda İshaq İbrahimi çağırdı: «Ata!» O: «Eşidirəm, oğlum», — deyə cavab verdi. «Odumuz da var, odunumuz da, bəs yandırma qurbanı üçün qoyun hanı?»  İbrahim dedi: «Yandırma qurbanı üçün qoyunu Allah Özü yetirəcək,+ oğlum». Onlar yollarına davam etdilər.  Nəhayət, Allahın göstərdiyi yerə gəlib çıxdılar. İbrahim orada qurbangah düzəldib odunları üstünə yığdı və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə uzatdı.+ 10  Sonra əl atıb bıçağı götürdü ki, oğlunu qurban gətirsin.+ 11  Amma Yehovanın mələyi göydən onu çağırdı: «İbrahim, İbrahim!» O: «Bəli!» — deyə səsləndi. 12  «Uşağa heç nə eləmə. İndi bildim ki, sən Allahdan qorxursan, çünki öz yeganə oğlunu Məndən əsirgəmədin».+ 13  Onda İbrahim baxıb arxada buynuzları kola ilişmiş bir qoç gördü. Gedib qoçu gətirdi və oğlunun əvəzinə yandırma qurbanı kimi təqdim etdi. 14  İbrahim o yerin adını Yehova-Yire* qoydu. Buna görə də indiyəcən belə deyirlər: «Yehova Öz dağında yetirəcək».+ 15  Yehovanın mələyi göydən ikinci dəfə səslənib İbrahimə dedi: 16  «Yehova belə deyir: “Varlığıma and içirəm+ ki, yeganə oğlunu əsirgəmədiyin+ üçün 17  səni mübarək qılacağam, övladlarını* göydəki ulduzlar, dəniz sahilindəki qum dənələri qədər çoxaldacağam.+ Sənin övladların düşmən şəhərlərini* zəbt edəcək.+ 18  Yer üzünün bütün xalqları sənin övladın*+ vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın”».+ 19  Bundan sonra İbrahim nökərlərinin yanına qayıtdı. Onlar qalxıb birlikdə Biir-Səbaya geri döndülər. İbrahim Biir-Səbada+ yaşadı. 20  Bir müddət sonra İbrahimə xəbər çatdırdılar ki, qardaşı Nahurun+ da Milqədən oğulları olub: 21  ilki Uz, onun qardaşı Buz, Aramın atası Qamuil, 22  Xəsəd, Xəzuh, Fildəş, Yədləf və Bətuil+. 23  Bətuil Rəfəqənin+ atası idi. İbrahimin qardaşı Nahurun Milqədən bu səkkiz oğlu dünyaya gəlmişdi. 24  Cariyəsi Rümahdan da onun Təbah, Qaham, Tahaş və Məkah adında oğulları olmuşdu.

Haşiyələr

Hərfən: yandırma qurbanı kimi təqdim et.
Mənası: Yehova yetirəcək, Yehova tədbir görəcək.
Hərfən: toxumunu.
Hərfən: darvazalarını.
Hərfən: toxumun.