Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 16:1—16

MÜNDƏRİCAT

  • Həcər və İsmayıl (1—16)

16  İbramın arvadı Sarayın uşağı olmurdu.+ Onun Həcər+ adında misirli bir kənizi var idi.  Saray İbrama dedi: «Yehova məni övlad üzünə həsrət qoyub. Gəl sən mənim kənizimlə yaxınlıq et. Bəlkə, heç olmasa bu yolla uşağım olar».+ İbram Sarayla razılaşdı.  Beləcə, Saray kənizi misirli Həcəri İbrama verdi ki, ona arvad olsun. Bu hadisə baş verəndə İbram artıq on il idi ki, Kənan torpağında yaşayırdı.  İbram Həcərlə yaxınlıq etdi və o hamilə qaldı. Həcər hamilə olduğunu biləndə öz xanımına həqarətlə baxmağa başladı.  Saray İbrama dedi: «Gör mən nələr çəkirəm, hamısı da sənin üstündə. Öz əlimlə kənizimi sənin qoynuna verdim, o isə hamilə olduğunu bilib mənə həqarətlə baxır. Qoy Yehova səninlə mənim aramda hakim olsun, kimin haqq, kimin nahaq olduğunu Özü göstərsin».  Belə olanda İbram dedi: «Kənizin sənin ixtiyarındadır, necə bilirsən, elə də et». Onda Saray Həcərlə sərt davranmağa başladı, Həcər də evdən qaçdı.  Bir qədər sonra Yehovanın mələyi onu səhrada, Şur+ yolundakı bulağın başında tapdı.  Mələk onu çağırıb dedi: «Ey Həcər, Sarayın kənizi, haradan gəlib, hara gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın əlindən qaçıram».  Onda Yehovanın mələyi ona dedi: «Qayıt xanımının yanına və ona tabe ol». 10  Sonra Yehovanın mələyi dedi: «Sənin övladlarını o qədər çoxaldacağam ki, sayıb qurtarmaq olmayacaq».+ 11  Yehovanın mələyi sözünə əlavə etdi: «Bax, sən hamiləsən. Bir oğlun olacaq. Adını İsmayıl* qoyarsan, çünki Yehova fəryadını eşitdi. 12  O, vəhşi eşşək kimi, ipə-sapa yatmayan adam olacaq. O, hamıya, hamı da ona qarşı olacaq. Bütün qardaşları ilə üzbəüz yaşayacaq*». 13  Həcər onunla danışan Yehovanın adını çağırıb dedi: «Sən hər şeyi görən Allahsan!»+ O, öz-özünə fikirləşirdi: «Doğrudanmı, məni Görəni görmüşəm?» 14  Buna görə də həmin bulağa Biir-Lahay-Roy* adı verildi. (O, Qədislə Bərəd arasında yerləşir.) 15  Bir müddət sonra Həcər İbrama oğul doğdu. İbram oğlunun adını İsmayıl qoydu.+ 16  Həcər İsmayılı dünyaya gətirəndə İbramın səksən altı yaşı var idi.

Haşiyələr

Mənası: Allah eşidir.
Digər variant: bütün qardaşları ilə ədavətdə yaşayacaq.
Mənası: məni görən Var Olanın bulağı.