Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 15:1—21

MÜNDƏRİCAT

  • Allah İbramla əhd bağlayır (1—21)

    • 400 illik zülm barədə peyğəmbərlik (13)

    • Allah İbrama vədini təkrarlayır (18—21)

15  Bütün bunlardan sonra İbrama Yehovanın sözü nazil oldu: «Qorxma+, İbram, sənin qalxanın+ Mənəm. Sənin mükafatın çox böyük olacaq».+  İbram Ona cavab verib dedi: «Ey Külli-İxtiyar Yehova! Övladım olmayandan sonra hansı mükafatdan söz gedə bilər? Budur, nəyim varsa bu dəməşqliyə, Əlyəzərə+ qalacaq».  Sonra əlavə etdi: «Sən mənə övlad*+ verməmisən, varisim nökərim* olacaq».  Onda Yehovanın bu sözü nazil oldu: «Sənin varisin bu adam yox, öz belindən gələn oğlun olacaq».+  Allah onu bayıra çıxarıb dedi: «Başını qaldırıb bir göyə bax, ulduzları say, gör saya bilirsən». Sonra dedi: «Bax, övladların* o qədər olacaq».+  İbram Yehovaya iman gətirdi,+ O da bunu salehliyə yazdı.+  Allah sözünə davam etdi: «Mən Yehovayam, bu torpağı sənə vermək üçün səni kəldanilərin Ur şəhərindən çıxaran Allaham».+  İbram soruşdu: «Ey Külli-İxtiyar Yehova, nədən bilə bilərəm ki, bu torpaq mənim olacaq?»  Allah cavab verib dedi: «Bir üçillik düyə, üçillik keçi, üçillik qoç, bir qumru və bir göyərçin balası götür». 10  O, bütün bu heyvanları götürüb şaqqaladı, bir hissəsini o birisinin qarşısına qoydu. Quşları isə parçalamadı. 11  Cəmdəklərin üstünə yırtıcı quşlar uçub gəlirdi, İbram isə onları qovurdu. 12  Gün qüruba enəndə İbram dərin yuxuya getdi. O zaman onun üstünə vahiməli qatı zülmət çökdü. 13  Sonra Allah İbrama dedi: «Bunu bil ki, övladların* qürbətdə yaşayacaq, oranın xalqı onları kölə edib dörd yüz il onlara zülm edəcək.+ 14  Amma Mən onların köləlik etdiyi xalqı cəzalandıracağam.+ Bundan sonra onlar oradan əlidolu çıxacaqlar.+ 15  Sən isə əmin-amanlıq içində ata-babalarına qovuşacaq, həyatdan doyaraq bu dünyadan köçəcəksən.+ 16  Sənin övladlarının dördüncü nəsli bura qayıdacaq,+ çünki onda amorilərin günah kasası dolmuş olacaq*».+ 17  Günəş batıb zülmət qaranlıq düşəndə tüstülənən bir soba peyda oldu və heyvanların parçalanmış cəsədləri arasından yanar məşəl keçdi. 18  Həmin gün Yehova İbramla əhd bağlayıb+ dedi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına+ qədər olan bu torpağı sənin övladlarına* verəcəyəm.+ 19  Qənilərin+, qənazilərin, qədmunilərin, 20  hetlərin+, fərizilərin+, rəfaların+, 21  amorilərin, kənanilərin, girqaşilərin, yəbusilərin torpağı sənin nəslinə məxsus olacaq».+

Haşiyələr

Hərfən: toxum.
Hərfən: ev əhlimin oğlu.
Hərfən: toxumun.
Hərfən: toxumun.
Hərfən: çünki amorilərin günah kasası hələ dolmayıb.
Hərfən: toxumuna.