Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 14:1—24

MÜNDƏRİCAT

  • İbram Lutu xilas edir (1—16)

  • Məliksadiq İbrama xeyir-dua verir (17—24)

14  Bir gün Şinar+ padşahı Əmrafil, Əlləsar padşahı Əryux, Elam+ padşahı Kədirlumər+ və Guyim padşahı Tidal  Sədum+ padşahı Baraya, Əmurə+ padşahı Birşaya, Adma padşahı Şinaba, Səbuyim+ padşahı Şimibara və Bələh (Sohar) padşahına qarşı müharibəyə başladı.  Bu padşahlar* indiki Şor dənizin*+ yerində olan Siddim dərəsində+ öz qoşunlarını birləşdirdilər.  Onlar on iki il Kədirlumərin tabeliyində olmuş, on üçüncü ildə isə üsyan etmişdilər.  On dördüncü il Kədirlumər və onunla müttəfiq olan padşahlar gəlib Əştərut-Qarnayimdə rəfaları, Hamda zuzları, Şəva-Kiryataimdə emləri+  və çöl kənarındakı İl-Fərana qədər uzanan Sair+ dağlarında yaşayan xuriləri+ darmadağın etdilər.  Sonra geri qayıdıb Eyn-Mişpata, yəni Qədisə+ getdilər və əmaliqələrin+, eləcə də Hasun-Tamarda+ yaşayan amorilərin+ bütün torpaqlarını tutdular.  Belə olanda Sədum padşahı, həmçinin Əmurə, Adma, Səbuyim, Bələh (Sohar) padşahları yürüş edib Siddim dərəsində  Elam padşahı Kədirlumərə, Guyim padşahı Tidala, Şinar padşahı Əmrafilə, Əlləsar padşahı Əryuxa qarşı döyüşə çıxdılar:+ dörd padşah beş padşaha qarşı. 10  Siddim dərəsində qatranla dolu çoxlu çuxurlar var idi. Sədum və Əmurə padşahları canlarını qurtarmaq üçün qaçanda bu çuxurlara düşdülər, qalanları isə dağlara üz qoydular. 11  Qaliblər Sədum və Əmurəni talan edib, bütün azuqəsini ələ keçirib yollarına davam etdilər.+ 12  Onlar həmçinin İbramın Sədumda yaşayan qardaşı oğlu Lutu+ da qarət etdilər, özünü isə əsir apardılar. 13  Onlardan qaçıb canını qurtaran bir nəfər gəlib ibrani İbrama hadisəni xəbər verdi. Həmin vaxt İbram Əşqulun və Anerin qardaşı amori Mamrenin+ böyük ağacları olan yerdə məskunlaşmışdı.+ Bu adamlar İbramın müttəfiqləri idi. 14  İbram qohumunun*+ əsir aparıldığından xəbər tutanda döyüşməyi bacaran, evində doğulmuş üç yüz on səkkiz nəfər qulunu götürüb Dana+ qədər onları təqib etdi. 15  Gecə adamlarını dəstələrə bölüb hücuma keçdi və onları məğlub edərək Dəməşqdən şimalda yerləşən Hobaha qədər qovdu. 16  İbram qarət olunmuş bütün əmlakı, qohumu Lutu və onun əmlakını, qadınları və qalan camaatı geri qaytardı. 17  İbram Kədirluməri və onunla olan padşahları məğlub edib qayıdanda Sədum padşahı Şəvada, yəni Padşah dərəsində+ onun pişvazına çıxdı. 18  Onda Səlim padşahı+ Məliksadiq+ çörək və şərab gətirdi; o, Allah-Taalanın* kahini idi.+ 19  Məliksadiq İbrama xeyir-dua verib dedi: «Yeri-göyü yaradan Allah-Taala İbramı mübarək qılsın. 20  Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun!» İbram da hər şeyin onda birini ona verdi.+ 21  Bundan sonra Sədum padşahı İbrama dedi: «Adamları mənə ver, qalan hər şey sənin olsun». 22  Ancaq İbram Sədum padşahına dedi: «Əlimi yeri-göyü yaradan Allah-Taala Yehovanın dərgahına qaldırıb and içirəm: 23  səndən heç bir şey, bir çöp də* götürmərəm, sonra qayıdıb deməyəsən ki, İbram mənim sayəmdə varlanıb. 24  Təkcə bu cavanların yediklərini halal elə. Mənimlə gedən adamlara — Anerə, Əşqula və Mamreyə+ gəlincə isə, qoy onlar öz paylarına düşəni götürsünlər».

Haşiyələr

Görünür, söhbət 1-ci ayədə adı çəkilən padşahlardan gedir.
Ölü dəniz.
Hərfən: qardaşının.
Fövqəluca Allah.
Hərfən: bir sap, bir səndəl bağı.