Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 12:1—20

MÜNDƏRİCAT

  • İbram Harrandan çıxıb Kənana gedir (1—9)

    • Allah İbrama vəd verir (7)

  • İbram Sarayla Misirdə (10—20)

12  Yehova İbrama dedi: «Öz torpağını, qohumlarını, ata evini qoyub çıx, sənə göstərəcəyim torpağa get.+  Səndən böyük bir xalq törəyəcək. Bunu Mən edəcəyəm. Səni mübarək qılacağam, adını ucaldacağam, sən bir nemət olacaqsan.+  Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, səni lənətləyənləri isə lənətləyəcəyəm.+ Yer üzünün bütün xalqları sənin vasitənlə mübarək olacaq».+   İbram Yehovanın dediyinə əməl edib yola çıxdı. Lut da onunla getdi. Harrandan çıxanda İbram yetmiş beş yaşında idi.+  Beləliklə, İbram arvadı Sarayı,+ qardaşı oğlu Lutu,+ topladıqları bütün mal-dövləti+ və Harranda aldıqları qulları götürüb Kənan+ torpağına yola düşdü. Kənan torpağına çatanda  İbram yoluna davam edib Möhrənin böyük ağaclarının+ yaxınlığına, Siham+ deyilən yerə gəlib çıxdı. Həmin vaxt o torpaqda kənanilər yaşayırdı.  Yehova İbrama görünüb dedi: «Bu torpağı sənin övladlarına*+ verəcəyəm».+ İbram orada ona görünən Yehovanın adına bir qurbangah düzəltdi.  Bir müddət sonra İbram oradan Beyteldən+ şərqdə yerləşən dağlıq bölgəyə gəlib orada çadır qurdu; Beytel ondan qərbdə, Ay+ şəhəri isə şərqdə idi. Sonra o, həmin yerdə Yehovanın adına qurbangah düzəldib+ Yehovanın adını çağırmağa* başladı.+  Bundan sonra İbram yığışıb yola düşdü və düşərgə sala-sala Negev*+ tərəfə irəlilədi. 10  Bu torpaqda aclıq baş qaldırdı. İbram müvəqqəti yaşamaq üçün Misirə köçdü,+ çünki aclıq çox güclü idi.+ 11  Misirə çataçatda o, arvadı Saraya dedi: «Qulaq as, gör nə deyirəm. Sən gözəl qadınsan.+ 12  Misirlilər səni görüb “bu, onun arvadıdır” deyəcəklər. Onda məni öldürəcək, səni isə sağ saxlayacaqlar. 13  Bəlkə, sən deyəsən ki, mənim bacımsan, onda sənin sayəndə başım salamat olar, sağ qalaram».+ 14  İbram Misirə ayaq basar-basmaz arvadının gözəlliyi misirlilərin diqqətini cəlb elədi. 15  Fironun əyanları da qadını gördülər və gedib onu firona tərifləməyə başladılar. Qadını fironun sarayına apardılar. 16  Onun xatirinə firon İbramla yaxşı rəftar etdi, İbram çoxlu qoyun-keçi, mal-qara, eşşək, dəvə, qul-qarabaş sahibi oldu.+ 17  Ancaq Yehova İbramın arvadı Saraya+ görə fironun və onun evindəkilərin başına böyük bəlalar gətirdi. 18  Belə olanda, firon İbramı çağırıb dedi: «Bu nə işdir mənim başıma açmısan? Niyə demirdin ki, o, sənin arvadındır? 19  Nə üçün deyirdin ki, bacındır?+ Az qala onu özümə arvad etmişdim. Al, bu arvadın, bu da sən. Götür, çıx get!» 20  Sonra firon adamlarına İbram barədə göstəriş verdi. İbram arvadını, qullarını və sahib olduğu hər şeyi götürüb fironun adamlarının müşayiətilə ölkədən çıxdı.+

Haşiyələr

Hərfən: toxumuna.
Yaxud bəyan etməyə. Çx 34:5 ayəsinə bax.
Yaxud cənub. Yəni vəd olunmuş diyarın cənubu.