Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 11:1—32

MÜNDƏRİCAT

  • Babil qülləsi (1—4)

  • Yehova dilləri qarışdırır (5—9)

  • Samdan İbrama qədər (10—32)

    • Tarixin ailəsi (27)

    • İbram Urdan çıxır (31)

11  Bütün yer üzündə bir dildə danışır, eyni sözlər işlədirdilər.  İnsanlar Şərqə tərəf köç edəndə gəlib Şinar+ diyarında bir ovalıq tapdılar və orada məskən saldılar.  Onlar bir-birlərinə dedilər: «Gəlin kərpic kəsib bişirək». Beləliklə, kərpic onlar üçün daşı, qatran isə palçığı əvəz edirdi.  Sonra dedilər: «Gəlin şəhər salaq və başı göylərə çatan qüllə tikib özümüzə ad qazanaq, daha yer üzünə yayılmayaq».+  Yehova yerə nəzər salıb* insan oğullarının saldığı şəhəri və tikdiyi qülləni gördü.  Onda Yehova dedi: «Bir xalqdırlar, dilləri də eynidir+ deyə, gör nə etməyə başlayıblar. Artıq onlar üçün ağıllarına gələni etməyə heç bir əngəl yoxdur; istədiklərini edəcəklər.  Gəl+ onların dilini qarışdıraq* ki, biri o birinin nə dediyini başa düşməsin».  Yehova onları oradan bütün yer üzünə səpələdi+ və onlar yavaş-yavaş şəhərin inşasını dayandırdılar.  Buna görə də o yerin adı Babil*+ qaldı, çünki Yehova orada bütün dünyanın dilini qarışdırdı və Yehova oradan insanları bütün yer üzünə səpələdi. 10  Samın+ tarixçəsi belədir. Daşqından iki il sonra, Samın 100 yaşı olanda Ərfəhsad+ adında oğlu oldu. 11  Ərfəhsad doğulandan sonra Sam 500 il yaşadı. Onun başqa oğul və qızları da oldu.+ 12  Ərfəhsad 35 yaşında olanda onun Saleh+ adında oğlu oldu. 13  Saleh doğulandan sonra Ərfəhsad 403 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 14  Saleh 30 yaşında olanda onun Abir+ adında oğlu oldu. 15  Abir doğulandan sonra Saleh 403 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 16  Abir 34 yaşında olanda onun Faliq+ adında oğlu oldu. 17  Faliq doğulandan sonra Abir 430 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 18  Faliq 30 yaşında olanda onun Rəhu+ adında oğlu oldu. 19  Rəhu doğulandan sonra Faliq 209 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 20  Rəhu 32 yaşında olanda onun Səruc adında oğlu oldu. 21  Səruc doğulandan sonra Rəhu 207 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 22  Səruc 30 yaşında olanda onun Nahur adında oğlu oldu. 23  Nahur doğulandan sonra Səruc 200 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 24  Nahur 29 yaşında olanda onun Tarix+ adında oğlu oldu. 25  Tarix doğulandan sonra Nahur 119 il yaşadı. Onun başqa oğul və qızları da oldu. 26  Tarixin 70 yaşdan sonra İbram+, Nahur+ və Haran adında oğulları oldu. 27  Tarixin tarixçəsi belədir. Tarixin İbram, Nahur və Haran adında oğulları oldu. Haranın Lut+ adında oğlu oldu. 28  Hələ atası Tarix sağ ikən Haran doğulduğu ölkədə — kəldanilərin+ Ur+ şəhərində öldü. 29  İbramla Nahur özlərinə arvad aldılar. İbramın arvadının adı Saray+ idi, Nahurun arvadı isə Haranın qızı Milqə+ idi. Haran Milqə ilə İskənin atası idi. 30  Saray sonsuz idi,+ onun uşağı olmurdu. 31  Bundan sonra Tarix oğlu İbramı, Haranın oğlu, nəvəsi Lutu,+ İbramın arvadı gəlini Sarayı götürüb kəldanilərin Ur şəhərindən Kənan+ diyarına üz tutdu. Bir qədər sonra onlar Harrana+ çatdılar və orada məskən saldılar. 32  Tarix 205 il ömür sürüb Harranda öldü.

Haşiyələr

Hərfən: aşağı enib.
Hərfən: yerə enib onların dilini qarışdıraq.
Mənası: qarışdırma.