Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 9:1—41

MÜNDƏRİCAT

  • İsa anadangəlmə koru sağaldır (1—12)

  • Fərisilər sağalmış kişini sorğu-suala çəkirlər (13—34)

  • Fərisilər kordurlar (35—41)

9  İsa yolla gedərkən anadangəlmə bir kor gördü.  Şagirdlər ondan soruşdular: «Rabbi*+, bu adam niyə kor doğulub? Bu, onun öz günahına görədir, yoxsa valideynlərinin?»  İsa cavab verdi: «Nə öz günahına görədir, nə də valideynlərinin. Bu ondan ötrüdür ki, onun bu halında insanlar Allahın işlərinin şahidi olsunlar.+  Hələ ki, gündüzdür, məni göndərənin işlərini görməliyik.+ Gecə yaxınlaşır. Gecə heç kəs iş görə bilməz.  Nə qədər ki dünyadayam, mən dünya üçün nuram».+  Sonra o, yerə tüpürdü, tüpürcəyi ilə torpağı qarışdırıb palçıq düzəltdi və kor adamın gözlərinə yaxdı.+  Sonra ona dedi: «Get Şilam hovuzunda üzünü yu». (Şilam «axar su» deməkdir.) O gedib üz-gözünü yuyan kimi gözləri açıldı və geri qayıtdı.+  Onda qonşular və onun bu vaxta qədər dilənçi olduğunu görənlər dedilər: «Bu, əvvəllər oturub dilənçilik edən adam deyil?»  Bəziləri deyirdi: «Hə, bu həmin dilənçidir». Digərləri: «Yox, bu o deyil, sadəcə ona oxşayır», — deyirdilər. O isə deyirdi: «Bu, mənəm». 10  Ondan soruşdular: «Bəs gözlərin necə açıldı?» 11  O cavab verdi: «İsa adında bir adam palçıq düzəldib gözlərimə yaxdı, sonra da dedi ki, gedib Şilamda üz-gözümü yuyum.+ Mən gedib orada üzümü yudum və gözlərim açıldı». 12  Onlar soruşdular: «O dediyin adam haradadır?» O cavab verdi: «Nə bilim». 13  Onlar əvvəllər kor olmuş adamı fərisilərin yanına gətirdilər. 14  İş orasında idi ki, İsanın palçıq düzəldib bu adamın gözlərini açdığı+ gün şənbə günü idi.+ 15  İndi də fərisilər ondan gözlərinin necə açıldığını soruşmağa başladılar. O cavab verdi: «O adam gözlərimə palçıq yaxdı, mən gözlərimi yudum və görməyə başladım». 16  Fərisilərdən bəziləri dedilər: «O adam Allahdan deyil, çünki o, şənbəni+ pozur». Digərləri isə dedilər: «Günahlı adam bu cür möcüzələri necə göstərə bilər?»+ Bu səbəbdən onların arasında fikirayrılığı yarandı.+ 17  Onlar yenə də kordan soruşdular: «İndi ki o, sənin gözlərini açıb, onun barəsində nə deyə bilərsən?» O cavab verdi: «O adam peyğəmbərdir». 18  Yəhudilər bu adamın valideynlərini çağırtdırmayınca onun əvvəllər kor olduğuna və sonradan sağaldığına inanmadılar. 19  Onlar onun ata-anasından soruşdular: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs necə oldu ki, indi görür?» 20  Onun valideynləri dedilər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. 21  Amma gözləri necə açılıb, bunu kim edib, xəbərimiz yoxdur. Özündən soruşun, yekə kişidir. Qoy özü desin». 22  Onun ata-anası yəhudilərdən qorxduqları üçün+ belə dedilər. Çünki yəhudilər söz qoymuşdular ki, İsanı Məsih kimi qəbul edənləri sinaqoqdan qovsunlar.+ 23  Valideynləri buna görə dedilər: «Yekə kişidir, özündən soruşun». 24  Belə olduqda onlar əvvəllər kor olmuş adamı təkrarən çağırıb dedilər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir». 25  O cavab verdi: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm. Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm». 26  Onlar soruşdular: «O, sənə nə etdi? Gözlərini necə açdı?» 27  O adam cavab verdi: «Mən sizə dedim, sizsə heç qulaq asmadınız. Niyə yenə soruşursunuz? Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?» 28  Onlar kinayə ilə dedilər: «Özünsən onun şagirdi! Biz Musanın şagirdiyik. 29  Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik». 30  O dedi: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb. 31  Biz bilirik ki, Allah günahlı adamları dinləmir,+ lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir.+ 32  Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın. 33  Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi».+ 34  Onlar: «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» — deyib onu bayıra atdılar.+ 35  İsa yəhudilərin onu bayıra atdığını eşidəndə onu tapıb dedi: «İnsan Oğluna iman edirsən?» 36  O cavab verdi: «O kimdir, ağa? Söylə, ona iman edim». 37  İsa dedi: «Sən onu görmüsən və o, indi səninlə danışır». 38  Onda həmin adam: «Ağa, inanıram», — deyib ona təzim etdi. 39  İsa dedi: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər,+ görənlər isə kor olsunlar».+ 40  Orada duran fərisilər bunu eşidəndə dedilər: «Yəni biz koruq?» 41  İsa onlara dedi: «Siz kor olsaydınız, günahınız olmazdı. İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır».+

Haşiyələr

Yəhudi ruhanilərinə verilən şərəfli ad.