Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 5:1—47

MÜNDƏRİCAT

  • Beytzatada xəstə sağalır (1—18)

  • İsa Atasından səlahiyyət alır (19—24)

  • Ölülər İsanın səsini eşidəcək (25—30)

  • İsa haqda şəhadət edən (31—47)

5  Bundan sonra yəhudilərin bir bayramı+ olacaqdı. İsa Yerusəlimə getdi.  Yerusəlimdə, Qoyun darvazası+ yaxınlığında sütunlarla əhatə olunmuş, ibranicə Beytzata adlanan bir hovuz var idi.  Orada çoxlu xəstə, kor, şikəst, əl-ayağı qurumuş adam uzanmışdı.  *——  Onların arasında otuz səkkiz il idi ki, xəstə olan bir adam da var idi.  Bu adamın uzun müddət xəstə olduğunu bilən İsa onun orada uzandığını görəndə ona dedi: «Sağalmaq istəyirsən?»+  Xəstə cavab verdi: «Ağa, bir adamım yoxdur ki, su çalxalananda məni hovuza salsın. Mən çatanacan başqası məndən əvvəl suya girir».  İsa ona dedi: «Dur, xərəyini də götür, get».+  O, dərhal sağaldı, xərəyini götürdü və gəzməyə başladı. O gün şənbə günü idi. 10  Yəhudilər sağalmış kişiyə dedilər: «Bu gün şənbə günüdür, xərək daşımaq olmaz».+ 11  O cavab verdi: «Məni sağaldan belə dedi: “Xərəyini götür, get”». 12  Onlar soruşdular: «Bu sözü sənə kim dedi?» 13  Sağalmış adam bilmirdi onu kim sağaldıb, çünki İsa camaatın arasında gözdən itmişdi. 14  Sonra İsa məbəddə olarkən o adamı tapıb dedi: «Sən indi sapsağlamsan. Bax, indən belə günah işləmə, yoxsa daha betər bəlaya düçar olarsan». 15  O adam gedib yəhudilərə söylədi ki, ona İsa şəfa verib. 16  İsa bu işləri şənbə günü gördüyü üçün yəhudilər onu təqib edirdilər. 17  Ancaq İsa onlara dedi: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm».+ 18  Bunu eşidən yəhudilər onu öldürmək üçün daha çox fürsət axtarmağa başladılar, çünki onların fikrincə, İsa nəinki şənbəni pozur, hətta Allahı öz Atası adlandırır+ və özünü Allaha tay tuturdu.+ 19  İsa onlara cavab verdi: «Bilin və agah olun, Oğul özündən bir şey edə bilməz, o, yalnız Atasından gördüyü şeyləri edə bilər.+ Ata nə edirsə, Oğul da onu edir. 20  Ata Oğulu sevir+ və etdiyi hər şeyi ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz məəttəl qalasınız.+ 21  Ata ölüləri dirildib onlara həyat verdiyi kimi,+ Oğul da ürəyi istədiyi adamlara həyat verir.+ 22  Ata heç kəsi mühakimə etmir, O, bu səlahiyyəti Oğula verib+ ki, 23  hamı Ataya ehtiram bəslədiyi kimi, Oğula da ehtiram bəsləsin. Oğula hörmət etməyən onu göndərmiş Ataya da hörmət etmir.+ 24  Bunu bilin, mənim sözlərimi eşidib məni göndərənə iman edən əbədi həyata qovuşacaq.+ O məhkum edilməyəcək, ölümdən həyata keçəcək.+ 25  Bunu bilin, elə bir saat gələcək ki və artıq gəlib də, ölülər Allahın Oğlunun səsini eşidəcək və onun sözünə qulaq asanlar yaşayacaq. 26  Ata həyat mənbəyi+ olduğu üçün Oğula da insanlara həyat bəxş etmək ixtiyarı verib.+ 27  Ata Oğula hökm kəsmək səlahiyyəti də vermişdir,+ çünki o, insan Oğludur.+ 28  Buna heyrət etməyin, çünki elə bir vaxt* gələcək ki, qəbirlərdə* olanların hamısı onun səsini eşidəcək,+ 29  yaxşı iş görənlər həyata qovuşmaq üçün, pis iş görənlərsə hökmə düçar olmaq üçün diriləcəklər.+ 30  Mən özbaşına heç bir şey edə bilmərəm. Atam necə deyirsə, elə də hökm edirəm. Çıxardığım hökm ədalətlidir,+ çünki mən öz istəyimi yox, məni göndərənin iradəsini həyata keçirməyə çalışıram.+ 31  Əgər özüm haqda yalnız özüm şahidlik etsəydim, şəhadətim düz olmazdı.+ 32  Mənim haqqımda başqası da şəhadət edir və mən bilirəm ki, onun mənim haqqımda verdiyi şəhadət doğrudur.+ 33  Siz Yəhyanın yanına adam göndərmişdiniz, o, həqiqət barəsində şəhadət etdi.+ 34  Mən insanların şəhadətinə ehtiyac duymuram, bunları xilas olmağınız üçün deyirəm. 35  O adam işıq saçan, yanar bir çıraq idi, amma siz qısa müddət onun işığında şadlanmaq istədiniz.+ 36  Ancaq mənim haqqımda Yəhyanın verdiyi şəhadətdən daha böyük şəhadət var, çünki Atamın mənə verdiyi bu tapşırıq, gördüyüm bu işlər mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir.+ 37  Məni göndərən Ata mənim haqqımda Özü şahidlik edib.+ Siz nə Onun səsini eşitmisiniz, nə də üzünü görmüsünüz.+ 38  Onun sözü sizin qəlbinizdə yaşamır, çünki Onun göndərdiyi adama inanmırsınız. 39  Siz Müqəddəs Yazıları araşdırırsınız,+ elə bilirsiniz ki, bunların sayəsində əbədi həyata qovuşacaqsınız. Halbuki elə Müqəddəs Yazıların özü mənim haqqımda şəhadət edir.+ 40  Ancaq siz yanıma gəlib həyata qovuşmaq istəmirsiniz.+ 41  Mən insanlardan tərif gözləmirəm. 42  Yaxşı bilirəm ki, sizin qəlbinizdə Allaha məhəbbət yoxdur. 43  Mən Atamın adından gəlmişəm, siz isə məni qəbul etmirsiniz. Əgər başqası öz adından gəlsəydi, onu qəbul edərdiniz. 44  Siz bir-birinizi tərifləyirsiniz, lakin tək olan Allahın tərifini qazanmağa çalışmırsınız. Belə halda, mənə necə inana bilərsiniz?+ 45  Elə bilməyin ki, mən sizi Atamın qarşısında təqsirləndirəcəyəm. Onsuz da sizi təqsirləndirən var, o da güvəndiyiniz Musadır+. 46  Əgər siz Musaya inansaydınız, mənə də inanardınız, çünki o, mənim haqqımda yazmışdı.+ 47  Amma əgər onun yazdıqlarına inanmırsınızsa, mənim sözlərimə necə inanacaqsınız?»

Haşiyələr

Hərfən: saat.
Hərfən: xatirə sərdabələrində.