Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 15:1—27

MÜNDƏRİCAT

  • Həqiqi meynə məsəli (1—10)

  • Məsih kimi sevmək (11—17)

    • Ən üstün məhəbbət (13)

  • Dünya İsanın şagirdlərinə nifrət edəcək (18—27)

15  Mən həqiqi meynəyəm, Atam isə bağbandır.  O, məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır* ki, onlar daha çox bar gətirsin.+  Sizə dediyim sözlərin sayəsində siz artıq təmizsiniz.+  Mənimlə vəhdətdə qalın, mən də sizinlə vəhdətdə qalacağam. Necə ki budaq meynənin üstündə olmasa, öz-özündən bar verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız,+ bar gətirə bilməzsiniz.  Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız. Mənimlə vəhdətdə qalan və mənim də vəhdətdə olduğum adam çoxlu bar gətirir.+ Siz məndən ayrı heç nə edə bilməzsiniz.  Mənimlə vəhdətdə qalmayan kəs budaq kimi kəsilib atılır və quruyur. Belə budaqları yığıb oda atır və yandırırlar.  Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək.+  Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şərəflənir.+  Atam məni sevdiyi kimi,+ mən də sizi sevirəm. Sizə olan məhəbbətimi itirməyin. 10  Mən Atamın əmrlərini yerinə yetirərək Onun mənə olan məhəbbətini qoruduğum kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim sizə olan məhəbbətimi qoruyub-saxlayacaqsınız. 11  Bunları sizə ona görə deyirəm ki, qəlbimdəki sevinci siz də tam duyasınız.+ 12  Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin.+ 13  Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur.+ 14  Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız.+ 15  Mən artıq sizə qul demirəm, çünki qul ağasının işlərindən bixəbər olur. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim. 16  Siz məni seçmədiniz, mən sizi seçdim ki, daima bar gətirəsiniz və gətirdiyiniz bar həmişə qalsın, Atam mənim adımla dilədiyiniz hər şeyi sizə versin.+ 17  Bunları sizə ona görə buyururam ki, bir-birinizi sevəsiniz.+ 18  Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib.+ 19  Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi. Mən sizi seçdiyim üçün siz dünyaya məxsus deyilsiniz.+ Buna görə də dünya sizə nifrət edir.+ 20  Sizə dediyim sözü yaddan çıxarmayın. Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər.+ Mənim sözümə əməl ediblərsə, sizin də sözünüzə əməl edəcəklər. 21  Mənim adıma görə bütün bunları başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar.+ 22  Mən gəlib onlara danışmasaydım, günahsız olardılar.+ Ancaq indi günahlarına görə üzrlü sayıla bilməzlər.+ 23  Mənə nifrət edən Atama da nifrət edir.+ 24  Onların arasında misli görünməmiş işləri görməsəydim, günahsız olardılar.+ Ancaq məni gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər. 25  Lakin beləcə onların Tövratında* yazılmış bu sözlər yerinə yetdi: “Mənə nahaqdan nifrət etdilər”.+ 26  Atamdan sizə göndərəcəyim köməkçi, yəni Atamdan olan həqiqət ruhu+ gələndə mənim haqqımda şəhadət verəcək.+ 27  Siz də mənim haqqımda şəhadət verməlisiniz,+ çünki əvvəldən mənimlə olmusunuz.

Haşiyələr

Hərfən: təmizləyir.