Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 12:1—50

MÜNDƏRİCAT

  • Məryəm İsanın ayağına yağ tökür (1—11)

  • İsanın təntənəli girişi (12—19)

  • İsa öləcəyini xəbər verir (20—37)

  • Yəhudilərin imansızlığı ilə peyğəmbərlik yerinə yetir (38—43)

  • İsa dünyanı xilas etməyə gəlib (44—50)

12  Pasxa bayramına altı gün qalmış İsa diriltdiyi İlazərin+ yaşadığı kəndə, Beytaniyyəyə gəldi.  Axşam orada onun üçün süfrə açdılar. Marta onların qulluğunda durmuşdu,+ İlazər də İsa ilə bir süfrədə əyləşənlərin arasında idi.  Məryəm çəkisi təxminən üç yüz qram* olan bahalı, ətirli yağ, xalis nard* götürüb İsanın ayaqlarına sürtdü və saçı ilə onun ayaqlarını quruladı. Yağın ətri bütün evi bürüdü.+  Şagirdlərdən biri,+ İsanı satmaq istəyən Yəhuda İskəryut dedi:  «Nə üçün bu ətirli yağı üç yüz dinara* satıb pulunu kasıblara paylamadıq?!»  Yəhuda bunu kasıbların qeydinə qaldığı üçün yox, oğru olduğu üçün dedi. Pul qutusu onda olurdu və o, qutuya atılan pullardan oğurlayırdı.  Onda İsa dedi: «Qızla işiniz olmasın. Qoyun o, bu adəti icra edib məni dəfn gününə hazırlasın.+  Kasıblar həmişə yanınızdadır,+ mən isə həmişə yanınızda olmayacağam».+  Bu vaxt xeyli yəhudi İsanın orada olduğundan xəbər tutub ora gəldi. Onlar təkcə İsanı yox, onun diriltdiyi İlazəri də görmək istəyirdilər.+ 10  Onda böyük kahinlər İlazəri də öldürmək qərarına gəldilər, 11  çünki İlazərə görə çoxlu yəhudi ora gəlir və İsaya iman gətirirdi.+ 12  Ertəsi gün bayrama gəlmiş xeyli adam İsanın Yerusəlimə yaxınlaşdığını eşidəndə 13  əllərində xurma budaqları onu qarşılamağa çıxdılar. Onlar ucadan deyirdilər: «Yalvarırıq, qurtar! Yehovanın adı ilə gələnə,+ İsrail Padşahına eşq olsun!»+ 14  İsa bir qoduq tapıb ona mindi.+ Bu haqda belə yazılıb: 15  «Ey Sion qızı, qorxma! Bax! Sənin padşahın qoduğun belinə minib gəlir».+ 16  Şagirdlər əvvəlcə bunu başa düşmədilər, amma İsa şərəfli mövqeyinə yüksələndə+ onların yadına düşdü ki, bunlar onun haqqında yazılıb və hər şey yazıldığı kimi olub.+ 17  İsanın sərdabədə+ olan İlazəri səsləyib diriltməsini görmüş adamlar durmadan İsa haqqında şəhadət edirdilər.+ 18  Camaat həm də bu möcüzə barədə eşitdiyindən onun qabağına çıxmışdı. 19  Fərisilər bir-birilərinə dedilər: «Görürsünüz, heç nə alınmır. Bütün dünya onun ardınca gedir!»+ 20  İbadət üçün bayrama gələnlər arasında yunanlar da vardı. 21  Onlar Cəlilənin Beytsəyda şəhərindən olan Filipə+ yaxınlaşıb xahiş etdilər: «Ağa, biz İsanı görmək istəyirik». 22  Filip gedib bunu Andreasa dedi. Andreasla Filip birlikdə gəlib məsələni İsaya danışdılar. 23  İsa onlara cavab verdi: «İnsan Oğlunun şərəflənmək vaxtı gəldi.+ 24  Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölməyincə necə var elə qalır. Öləndə+ isə çoxlu bar verir. 25  Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən+ isə onu əbədi həyat üçün qoruyacaq.+ 26  Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq.+ Mənə xidmət edən adamı Allah şərəfləndirəcək. 27  Ürəyim sıxılır.+ Nə deyim? Ata, məni bu sınaqdan* qurtar.+ Hərçənd mən elə bu gün üçün gəlmişəm. 28  Ata, Öz adını ucalt». Bu vaxt göydən bir səs+ gəldi: «Ucaltmışam, yenə də ucaldacağam».+ 29  Orada duranlar bunu eşitdi. Bəziləri dedi ki, ildırım çaxdı. Digərləri isə onunla mələk danışdığını dedilər. 30  İsa dedi: «Bu səs mənim üçün yox, sizin üçün idi. 31  Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı+ devriləcək.+ 32  Mən isə yuxarı qaldırılanda+ hər cür insanı özümə cəlb edəcəyəm». 33  İsa bu sözlərlə necə öləcəyinə işarə edirdi.+ 34  Camaat ona dedi: «Biz Tövratdan* eşitmişik ki, Məsih əbədi qalmalıdır.+ Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır?+ Axı bu insan Oğlu kimdir?» 35  İsa onlara dedi: «Nur bir az da aranızda olacaq. Nə qədər ki nur sizinlədir, yeriyin, yoxsa zülmət sizi üstələyər. Zülmətdə yeriyən hara getdiyini bilmir.+ 36  Nə qədər ki nur sizinlədir, nurun övladları olmaq üçün nura iman gətirin».+ İsa bunları deyəndən sonra çıxıb getdi və onlardan gizləndi. 37  İsa onların gözü qabağında çoxlu möcüzə göstərsə də, onlar İsaya inanmırdılar. 38  Beləliklə, Əşiya peyğəmbərin bu sözləri yerinə yetdi: «Yehova, kim bizdən eşitdiyinə iman gətirdi?+ Yehova gücünü* kimə göstərdi?»+ 39  Onların imansızlığının səbəbini isə Əşiya belə göstərmişdi: 40  «O, onların gözünü kor etdi, ürəyini hissiyyatsız etdi ki, gözləri ilə görməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, onlara şəfa verim».+ 41  Əşiya onun calalını gördüyü üçün onun haqqında bunları demişdi.+ 42  Yenə də rəhbərlərin içindən çoxları ona iman etdi,+ amma fərisilərin qorxusundan bunu büruzə vermədilər, çünki sinaqoqdan qovulmaq istəmirdilər.+ 43  Onlar insanların yanında qazandıqları izzəti Allahın verdiyi izzətdən daha çox sevirdilər.+ 44  İsa ucadan dedi: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman edir.+ 45  Məni görən məni göndərəni də görür.+ 46  Mən bir nuram, bu dünyaya gəlmişəm.+ Mənə inanan adam zülmətdə qalmayacaq.+ 47  Mən sözlərimi eşidib onlara əməl etməyəni mühakimə etmirəm. Mən dünyanı mühakimə etməyə yox, xilas etməyə gəlmişəm.+ 48  Məni vecinə almayan və sözlərimi qəbul etməyən üçün hakim var. Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək. 49  Çünki mən özümdən danışmıram, məni göndərən Ata mənə nə haqda danışmağı, nə deməyi buyurub.+ 50  Mən bilirəm ki, Onun buyruğu əbədi həyata aparır.+ Atam mənə nə deyibsə, mən də onu danışıram».+

Haşiyələr

Hərfən: bir litran. Təxminən 327 q ağırlığı olan çəki vahidi. B14 əlavəsinə bax.
Hərfən: saatdan.
Hərfən: qolunu.