Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 10:1—42

MÜNDƏRİCAT

  • Çoban və qoyun ağılı (1—21)

    • İsa yaxşı çobandır (11—15)

    • Başqa qoyunlar (16)

  • Həsr etmə bayramında (22—39)

    • Yəhudilər inanmır (24—26)

    •  Mənim qoyunlarım səsimə qulaq asırlar (27)

    • Oğul Ata ilə vəhdətdədir (30, 38)

  • İordanın o tayındakılar iman gətirir (40—42)

10  İsa sözünə davam etdi: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və soyğunçudur.+  Qapıdan girən isə qoyunların çobanıdır.+  Qapıçı onun üçün qapını açır+ və qoyunlar onun səsinə qulaq asır.+ Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır.  O, qoyunlarının hamısını çıxardandan sonra onların qabağınca gedir, qoyunlar da onun dalınca. Çünki onlar çobanın səsini tanıyırlar.  Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar».  İsa bu məsəli onlar üçün çəkdi. Ancaq onlar bu sözlərin mənasını başa düşmədilər.  İsa sözünə davam etdi: «Bunu bilin, mən qoyunlar üçün qapıyam.+  Əsil çoban adı ilə gələnlər oğru və soyğunçudurlar. Qoyunlar onlara qulaq asmırlar.  Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq.+ 10  Oğru ancaq çapıb-talamaq, məhv etmək və dağıtmaq məqsədilə gəlir.+ Mən isə gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. 11  Mən yaxşı çobanam.+ Yaxşı çoban qoyunları uğrunda həyatını verir.+ 12  Qoyunların yiyəsi olmayan muzdur, əslində, çoban deyil. O, görəndə ki, canavar gəlir, qoyunları qoyub qaçır. Canavar da onları qapıb pərən-pərən edir. 13  O, muzdla işlədiyi üçün qoyunların qeydinə qalmır. 14  Mən isə yaxşı çobanam və öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır.+ 15  Necə ki Atam məni tanıyır, mən də Atamı tanıyıram.+ Mən qoyunlarım uğrunda həyatımı fəda edirəm.+ 16  Bu ağıldan olmayan başqa qoyunlarım da var.+ Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq.+ 17  Atam məni sevir,+ çünki mən həyatımı fəda edirəm,+ sonra onu geri alacağam. 18  Heç kəs həyatımı əlimdən almır, onu özüm verirəm. Onu verməyə və sonra geri almağa haqqım var.+ Atam mənə belə buyurub». 19  Bu sözlərə görə yəhudilərin arasında yenə fikirayrılığı yarandı.+ 20  Onlardan bir çoxu deyirdi: «Onda cin var, onun başına hava gəlib! Nə üçün ona qulaq asırsınız?» 21  Digərləri isə deyirdi: «İçinə cin girmiş adam bu cür danışa bilməz. Heç cin də korun gözünü aça bilər?» 22  O vaxt qış idi, Yerusəlimdə Həsr etmə bayramı* keçirilirdi. 23  İsa məbəddə, Süleyman sütunları adlanan yerdə+ gəzişirdi. 24  Bu zaman yəhudilər onu dövrəyə alıb dedilər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de». 25  İsa cavab verdi: «Mən sizə demişəm, siz isə inanmırsınız. Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir.+ 26  Siz isə inanmırsınız, çünki mənim qoyunlarımdan deyilsiniz.+ 27  Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər.+ 28  Mən onlara əbədi həyat+ verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar. Heç kəs onları əlimdən dartıb ala bilməz.+ 29  Atamın mənə verdikləri hər şeydən qiymətlidir və heç kim onları Atamın əlindən ala bilməz.+ 30  Atamla mən vəhdətdəyik».+ 31  Yəhudilər yenə də daş götürüb onu daşlamaq istədilər. 32  İsa onlara dedi: «Mən Atamın buyruğu ilə sizə çoxlu yaxşı işlər göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?» 33  Yəhudilər cavab verdilər: «Biz səni yaxşı işlərinə görə yox, küfr danışdığın üçün+ daşlamaq istəyirik. Çünki sən insan olduğun halda, özünü Allah yerinə qoyursan». 34  İsa onlara dedi: «Məgər sizin Qanunda yazılmayıb: “Demişəm: “Siz ilahlarsınız*”?+ 35  Əgər Allah məhkum etdiyi adamları Öz kəlamında “ilah”+ adlandırırsa və Müqəddəs Yazılarda yazılan silinə bilməz, 36  nəyə görə siz “Mən Allahın Oğluyam*+ dediyim üçün mənə, Atanın seçib* dünyaya göndərdiyi adama “sən küfr danışırsan” deyirsiniz? 37  Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. 38  Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın+ ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu dərk edib biləsiniz».+ 39  Onlar yenə də İsanı tutmaq istədilər, ancaq İsa onların əlindən qurtuldu. 40  İsa İordan çayının o tayına, Yəhyanın vəftiz etməyə başladığı yerə+ getdi və orada qaldı. 41  Onun yanına çoxlu adam gəldi. Onlar deyirdilər: «Yəhya heç bir möcüzə göstərməsə də, onun bu adam haqqında dediyi hər söz doğru çıxdı».+ 42  Orada bir çoxları İsaya iman gətirdi.

Haşiyələr

İbr. Hanukka. Yəhudilərin Suriya-Yunan hökmranlığından azad olmaları və Yerusəlim məbədinin yenidən Yehovaya həsr edilməsi münasibətilə keçirilən bayram.
Yaxud allah kimisiniz.
Yaxud müqəddəs edib.