Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhuda 1:1—25

MÜNDƏRİCAT

  • Salamlar (1, 2)

  • Saxta müəllimlərə çıxarılmış hökm mütləq yerinə yetəcək (3—16)

    • Mikayılın İblislə mübahisəsi (9)

    • Hənuqun peyğəmbərliyi (14, 15)

  • Allahın məhəbbətindən ayrılmayın (17—23)

  • Allaha alqış olsun (24, 25)

 İsa Məsihin qulu, Yaqubun+ qardaşı Yəhudadan Atamız Allah tərəfindən sevilən və İsa Məsih üçün qorunub saxlanılan+ çağırılmışlara+ məktub.  Qoy sizə bağışlanmış mərhəmət, sülh və məhəbbət daha da artsın.  Əzizlərim, çox istəyirdim ki, sizə ümumi xilasımız barəsində yazım,+ amma bu məktubumda sizi müqəddəslərə həmişəlik verilmiş iman uğrunda ciddi mübarizə aparmağa+ təşviq etməyi lazım bildim.  Çünki aranıza Müqəddəs Yazılar tərəfindən hökmü çoxdan kəsilmiş bəzi adamlar giriblər. Bunlar azğınlıq*+ etmək üçün Allahımızın lütfünü bəhanəyə çevirən, həmçinin yeganə sahibimiz və Ağamız İsa Məsihə qarşı xəyanət edən allahsız adamlardır.+  Bütün bunları yaxşı bildiyinizə baxmayaraq, sizə xatırlatmaq istəyirəm ki, Yehova xalqını Misirdən+ qurtarsa da, sonradan imansızlıq edənləri məhv etdi.+  Həmçinin əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk edən mələkləri+ böyük günün məhkəməsi üçün qatı zülmət içində əbədi buxovlarda saxlayır.+  Sədum, Əmurə və ətraf şəhərlər də acgözlüklə əxlaqsızlıq edib qeyri-təbii şəhvətlərinin dalınca düşürdülər.+ Onlar sönməz atəş cəzası çəkməklə bizə bir ibrət nümunəsi olmuşlar.+  Bütün bunlardan sonra bu adamlar da xülyalara uyaraq cismi murdarlayır, hakimiyyəti saymır, şərəf sahiblərindən təhqirlə danışırlar.+  Hətta baş mələk+ Mikayıl+ Musanın cəsədi+ barəsində İblislə mübahisə edəndə onu təhqiramiz sözlərlə ittiham etməyə cürət etmədi,+ sadəcə dedi: «Qoy Yehova səni məhkum etsin».+ 10  Amma bu adamlar başa düşmədikləri şeylər haqqında təhqirlə danışır+ və şüursuz heyvanlar kimi sövqi-təbii anladıqları şeylərlə+ özlərini pozğunlaşdırırlar. 11  Vay onların halına! Onlar Qabilin+ yolu ilə getdilər, qazanc uğrunda Bələmin+ yanlış yolunu tutdular, Qarun+ kimi, üsyankar nitqlərində məhv oldular.+ 12  Onlar dostluq məclislərinizdə sizinlə yeyib-içərkən sualtı qayalar kimidirlər.+ Onlar qorxu bilmədən qarın otaran çobanlar,+ küləyin ora-bura apardığı boş buludlar,+ barsız, qup-quru qurumuş, kökündən qoparılmış payız ağaclarıdırlar. 13  Öz abırsızlıqları ilə köpüklənən coşqun dəniz dalğalarına,+ sərgərdan ulduzlara bənzəyirlər. Onlar üçün qatı zülmət əbədi olaraq hazır durur.+ 14  Adəmdən sonra yeddinci nəsildə doğulmuş Hənuq+ onlar haqqında peyğəmbərlik etmişdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi+ ki, 15  hamı üzərində hökmünü icra etsin+ və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin».+ 16  Bunlar deyingən,+ daima talelərindən narazı, öz nəfsləri dalınca düşən adamlardır.+ Onların dilindən lovğalıq tökülür, mənfəət xatirinə başqalarına yaltaqlanırlar.+ 17  Siz isə, əzizlərim, Ağamız İsa Məsihin həvarilərinin əvvəlcədən dedikləri sözləri yadınıza salın. 18  Onlar sizə deyirdilər: «Zamanın sonunda öz bəd nəfslərinin dalınca düşən rişxəndçilər peyda olacaq».+ 19  Bunlar araya nifaq salan,+ nəfsani, ruhanilikdən* məhrum adamlardır. 20  Siz isə, əziz qardaşlar, özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə və müqəddəs ruhla dua etməklə,+ 21  Ağamız İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərkən+ Allahın məhəbbətindən ayrılmayın.+ 22  Bundan əlavə, şübhələri olanlara+ qarşı mərhəmət göstərin;+ 23  onları alovdan qapıb çıxararaq xilas edin.+ Digərlərinə mərhəmət göstərin, eyni zamanda bədənin murdarladığı paltara ikrah edin və özünüzdən muğayat olun.+ 24  Sizi yıxılmaqdan qoruya bilən və Öz şərəfli hüzuruna böyük sevinclə, ləkəsiz+ gətirə bilən Xilaskarımıza, tək Allaha eşq olsun! 25  Calal, əzəmət, qüdrət və hakimiyyət Ağamız İsa Məsih vasitəsilə əzəldən əbədiyyətə qədər Onun olsun. Amin.

Haşiyələr

Yaxud abırsızlıq. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
Hərfən: ruhdan.