Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 8:1—13

MÜNDƏRİCAT

  • Yeddinci möhür açılır (1—6)

  • İlk dörd kərənay çalınır (7—12)

  • Üç vay xəbəri (13)

8  Quzu+ yeddinci möhürü açanda+ göyə təxminən yarım saatlıq sükut çökdü.  Mən Allahın qarşısında duran yeddi mələyi+ gördüm. Onlara yeddi kərənay verildi.  Sonra başqa bir mələk gəlib qurbangahın+ yanında durdu. Onun əlində qızıl buxurdan+ vardı. Ona çoxlu buxur verildi və o, bu buxuru bütün müqəddəslərin duaları ilə birlikdə taxtın qarşısındakı qızıl qurbangahda+ təqdim etməli idi.  Mələyin əlindəki buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə+ Allahın hüzuruna yüksəldi.  Bundan dərhal sonra mələk buxurdanı qurbangahdakı odla doldurub yer üzünə atdı. Birdən göy guruldadı, şimşəklər çaxdı,+ səslər gəldi və zəlzələ oldu.  Yeddi mələk kərənayları+ çalmağa hazırlaşdı.  Birinci mələk kərənayını çaldı. Bu zaman qan qarışıq dolu və alov əmələ gəlib yer üzünə yağdı.+ Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl bitkilər yandı.+  Sonra ikinci mələk kərənayını çaldı. Birdən nəhəng dağa oxşar bir şey alov içində dənizə+ atıldı. Dənizin üçdə biri qana döndü,+  dənizdə yaşayan canlıların üçdə biri öldü,+ gəmilərin üçdə biri parçalandı. 10  Sonra üçüncü mələk kərənayını çaldı. Göydən çıraqtək yanan böyük bir ulduz çayların və bulaqların üçdə birinə düşdü.+ 11  O ulduzun adı Yovşandır. Suların üçdə biri yovşan kimi acılaşdı+ və buna görə xeyli adam öldü. 12  Sonra dördüncü mələk kərənayını çaldı. Günəşin, ayın və ulduzların üçdə birinə zərbə vuruldu+ ki, onların üçdə biri qaralsın,+ gündüzün də, gecənin də üçdə biri qaranlıqda qalsın. 13  Sonra mən göy üzündə uçan bir qartal gördüm və onun ucadan dediyi bu sözləri eşitdim: «Qalan üç mələyin çalacağı kərənayların səsinə görə yerdə yaşayanların vay halına, vay halına, vay halına!+ Çünki onlar kərənaylarını çalmağa hazırlaşırlar».+

Haşiyələr