Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 7:1—17

MÜNDƏRİCAT

  • Dörd mələk dağıdıcı küləkləri tutub saxlayır (1—3)

  • 144 000 möhürlənir (4—8)

  • Əyinlərində ağ libas olan böyük izdiham (9—17)

7  Bundan sonra yerin dörd küncündə durmuş dörd mələk gördüm. Onlar yerin dörd küləyini tutub saxlamışdılar ki, yerin, dənizin və ağacların üzərinə heç bir külək əsməsin.  Sonra gündoğandan qalxan başqa bir mələk gördüm. Bu mələkdə var olan Allahın möhürü vardı. O, yerə və dənizə zərər vurmaq tapşırığı almış dörd mələyə ucadan dedi:  «Biz Allahımızın qullarının alnına möhür basmayınca+ yerə, dənizə və ağaclara zərər vurmayın».+  İsrail oğullarının hər qəbiləsindən+ möhürlənmişlərin sayını eşitdim. Onların ümumi sayı 144 000 nəfər+ idi.  Yəhuda qəbiləsindən 12 000 nəfər; Rubən qəbiləsindən 12 000 nəfər; Cad qəbiləsindən 12 000 nəfər;  Aşir qəbiləsindən 12 000 nəfər; Niftalı qəbiləsindən 12 000 nəfər; Mənəssə+ qəbiləsindən 12 000 nəfər;  Şəmun qəbiləsindən 12 000 nəfər; Lavi qəbiləsindən 12 000 nəfər; Yəsakir qəbiləsindən 12 000 nəfər;  Zəbulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 nəfər möhürlənmişdi.  Sonra baxdım və budur: hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət,+ heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham. Onlar əyinlərində ağ libas,+ əllərində xurma budaqları taxtın və Quzunun qarşısında durmuşdular.+ 10  Bu adamlar ucadan deyirdilər: «Xilasımıza görə taxtda oturan+ Allahımıza və Quzuya borcluyuq».+ 11  Bütün mələklər taxtı, ağsaqqalları+ və dörd məxluqu dövrəyə almışdılar. Onlar taxtın qarşısında üzüstə qapanıb Allaha səcdə etdilər və 12  dedilər: «Amin! Alqış, calal, hikmət, şükran, şərəf, qüdrət və güc əbədiyyət boyu Allahımızın olsun!+ Amin!» 13  O zaman ağsaqqallardan biri məndən soruşdu: «Bu ağ libaslı adamlar kimdir,+ haradan gəliblər?» 14  Mən dərhal dedim: «Ağa, sən bilərsən». O dedi: «Bunlar böyük müsibətdən+ çıxanlardır. Onlar libaslarını Quzunun qanında yuyub ağardıblar.+ 15  Buna görə də onlar Allahın taxtı qarşısındadırlar və gecə-gündüz Onun məbədində Ona qulluq edirlər. Taxtda oturan+ çadırını onların üzərinə çəkəcək.+ 16  Onlar daha acmayacaq, heç vaxt susamayacaqlar. Onları gün vurmayacaq və qızmar isti yandırmayacaq.+ 17  Çünki taxtın yanında duran Quzu+ onları otaracaq+ və həyat suyu bulaqlarına aparacaq.+ Allah onların gözlərindən bütün yaşları siləcək».+

Haşiyələr