Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 6:1—17

MÜNDƏRİCAT

  • Quzu ilk altı möhürü açır (1—17)

    • Ağ atın belində oturan qalib (1, 2)

    • Kürən atın belində oturan yer üzündən sülhü götürür (3, 4)

    • Qara atlı aclıq gətirir (5, 6)

    • Solğun rəngli atın belində oturanın adı Ölümdür (7, 8)

    • Öldürülmüşlər qurbangahın altında (9—11)

    • Güclü zəlzələ (12—17)

6  Mən Quzunun+ yeddi möhürdən birini açdığını gördüm+ və dörd məxluqdan+ birinin ildırım səsinə bənzər gur səslə: «Gəl!» — dediyini eşitdim.  Sonra baxdım və budur: bir ağ at.+ Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi+ və o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi.+  Quzu ikinci möhürü açanda mən ikinci məxluqun:+ «Gəl!» — dediyini eşitdim.  Meydana kürən at çıxdı. Onun belində oturana insanların bir-birini qırması üçün yer üzündən sülhü götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi.+  Quzu üçüncü möhürü açanda+ mən üçüncü məxluqun:+ «Gəl!» — dediyini eşitdim. Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı.  Bu vaxt, sanki, dörd məxluqun arasından bir səs gəldi: «Bir kilo* buğda bir dinara*,+ üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə».+  Quzu dördüncü möhürü açanda mən dördüncü məxluqun:+ «Gəl!» — dediyini eşitdim.  Mən baxdım və budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar* addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı,+ ölümcül xəstəliklər və yerin vəhşi heyvanları vasitəsilə qırmalı idilər.+  Quzu beşinci möhürü açanda mən qurbangahın+ altında Allahın sözünə və şəhadət işinə görə+ öldürülmüşlərin qanını gördüm.+ 10  Onlar ucadan qışqırdılar: «Ey Külli-İxtiyar, ey müqəddəs və haqq olan,+ nə vaxta qədər yer üzündə yaşayanları mühakimə edib qanımızın qisasını almayacaqsan?»+ 11  Onların hər birinə ağ libas verildi+ və deyildi ki, özləri kimi qətlə yetiriləcək qul yoldaşlarının və qardaşlarının sayı tamamlanana qədər bir müddət istirahət etsinlər.+ 12  Mən Quzunun altıncı möhürü açdığını gördüm və bu vaxt güclü zəlzələ oldu. Günəş çul kimi qapqara qaraldı, ay da, sanki, al qana boyandı.+ 13  Güclü külək kal ənciri yerə tökdüyü kimi, ulduzlar da göydən yerə töküldülər. 14  Səma tumar kimi bürmələnib yoxa çıxdı,+ bütün dağlar və adalar yerindən qaldırıldı.+ 15  Yer üzünün padşahları, məmurları, sərkərdələri, varlıları və qüdrətliləri, hər bir qul və azad insan mağaralarda, dağların qayalarında gizləndi.+ 16  Onlar dağlara və qayalara yalvarırdılar: «Üstümüzə yıxılıb+ bizi taxtda oturandan+ və Quzunun+ qəzəbindən gizlədin, 17  çünki onların böyük qəzəb günü gəldi.+ Onların qarşısında kim dura bilər?»+

Haşiyələr

Yun. xiniks. B14 əlavəsinə bax.
Bir günlük əməkhaqqına bərabər 3,85 q ağırlığında olan Roma gümüş pulu. B14 əlavəsinə bax.
Yun. hades. Lüğətə bax.