Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 5:1—14

MÜNDƏRİCAT

  • Yeddi möhürlü tumar (1—5)

  • Quzu tumarı götürür (6—8)

  • Quzu möhürləri açmağa layiqdir (9—14)

5  Mən taxtda oturanın+ sağ əlində bir tumar gördüm. Tumar o üz-bu üz yazılı idi və yeddi möhürlə bərk-bərk möhürlənmişdi.  Sonra mən güclü bir mələk gördüm. O, gur səslə soruşdu: «Tumarı açmağa, möhürlərini qoparmağa kim layiqdir?»  Lakin nə göydə, nə yerdə, nə də yerin altında tumarı açıb ona baxmağa qadir olan bir kimsə tapılmadı.  Mən çox ağladım, çünki tumarı açıb ona baxmağa layiq bir kimsə yox idi.  Onda ağsaqqallardan biri mənə dedi: «Bəsdir, daha ağlama. Yəhuda qəbiləsindən+ olan Şir, Davudun+ kökü+ qalib gəldi.+ O, tumarı və yeddi möhürü açmağa layiqdir».  Mən taxtın, dörd məxluqun və ağsaqqalların arasında+ durmuş bir quzu+ gördüm. Quzu, sanki, öldürülmüşdü.+ Onun yeddi buynuzu və yeddi gözü var idi. Bu gözlər Allahın dünyaya göndərilmiş yeddi ruhunu təmsil edir.+  O, cəld gedib taxtda oturanın+ sağ əlindən tumarı aldı.  Tumarı götürəndə dörd məxluq və iyirmi dörd ağsaqqal+ Quzunun qarşısında diz çökdülər. Onların hər biri əlində çəng və buxurla dolu qızıl cam tutmuşdu. Buxur müqəddəslərin dualarını təmsil edir.+  Onlar yeni mahnı oxuyurdular:+ «Sən tumarı götürüb onun möhürlərini açmağa layiqsən, çünki sən öldürüldün və hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan insanları+ öz qanınla Allah üçün satın aldın,+ 10  onları Allahımıza məxsus+ padşah+ və kahin etdin. Onlar yer üzərində padşahlıq edəcəklər».+ 11  Mən taxtın, məxluqların və ağsaqqalların ətrafında durmuş çoxlu mələyi gördüm və onların səsini eşitdim. Onların sayı minlərlə minlər, on minlərlə on minlər idi.+ 12  Onlar gur səslə deyirdilər: «Öldürülmüş Quzu+ qüdrət, sərvət, hikmət, güc, şərəf, şöhrət və alqış almağa layiqdir!»+ 13  Mən eşitdim ki, bütün göydə, yerdə, yerin altında+ və dənizdə olanlar, hər bir məxluq deyir: «Taxtda oturana+ və Quzuya+ əbədiyyət boyu alqış, şan,+ şərəf, qüdrət məxsus olsun!»+ 14  Dörd məxluq «amin» dedi və ağsaqqallar diz çöküb Allaha səcdə etdilər.

Haşiyələr