Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 4:1—11

MÜNDƏRİCAT

  • Göydə Yehovanın hüzurunda (1—11)

    • Taxtda əyləşmiş Yehova (2)

    • Taxtlarda əyləşmiş 24 ağsaqqal (4)

    • Dörd məxluq (6)

4  Bundan sonra mən göydə bir açıq qapı gördüm. Eşitdiyim səs, mənimlə danışan birinci səs kərənay səsinə bənzəyirdi. O, mənə dedi: «Bura qalx, mən sənə baş verəcək hadisələri göstərəcəyəm».  Bundan dərhal sonra müqəddəs ruhun gücü məni bürüdü və budur: göydə bir taxt durub.  Taxtda bir nəfər əyləşmişdi.+  Onun görkəmi yəşəm daşına+ və sard daşına* bənzəyirdi. Taxt zümrüdə bənzər göy qurşağı ilə dövrələnmişdi.+  Həmin taxtın ətrafında iyirmi dörd taxt dururdu. Bu taxtlarda iyirmi dörd ağsaqqal+ əyləşmişdi. Onların əynində ağ libas, başlarında qızıl tac var idi.  Taxtdan ildırımlar+ və şimşəklər çaxır,+ səslər gəlirdi. Onun qarşısında yeddi məşəl yanırdı. Bu məşəllər Allahın yeddi ruhunu təmsil edir.+  Taxtın önündə, sanki, büllura bənzər şüşə dəniz+ var idi. Ortada, taxt duran yerdə, taxtın dörd tərəfində dörd məxluq durmuşdu.+ Onlar qabaqdan və arxadan gözlərlə örtülmüşdü.  Birinci məxluq şirə+, ikinci məxluq buğaya+, üçüncü məxluq sifətdən insana+, dördüncü məxluq+ uçan qartala+ bənzəyirdi.  Bu dörd məxluqun hər birinin altı qanadı vardı. Qanadların içi də, çölü də gözlərlə örtülmüşdü.+ Məxluqlar gecə-gündüz yorulmadan: «Var Olan, Var Olmuş və Zühur Edəcək,+ Qadir Allah Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»+ — deyirdilər.  Bu məxluqlar hər dəfə taxtda oturanı, əbədi yaşayanı+ şan, şərəf və şükranla alqışlayanda 10  iyirmi dörd ağsaqqal taxtda oturanın qarşısında diz çöküb+ əbədi yaşayana səcdə qılır, başlarındakı tacları taxtın qarşısına atıb deyirdilər: 11  «Allahımız Yehova, Sən şana+, şərəfə+, qüdrətə+ layiqsən! Çünki hər şeyin yaradanı Sənsən+ və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı».

Haşiyələr

Yaxud qırmızı rəngli qiymətli daşa.