Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 22:1—21

MÜNDƏRİCAT

  • Həyat suyu axan çay (1—5)

  • Yekun (6—21)

    • Gəl! Həyat suyunu havayı götür (17)

    • Gəl, Ağamız İsa (20)

22  O, mənə həyat suyu+ axan, büllur kimi şəffaf bir çay göstərdi. Çay Allahın və Quzunun+ taxtından çıxıb  şəhərin baş küçəsi ilə axırdı. Çayın hər iki sahilində həyat ağacları bitirdi. Bu ağaclar ildə on iki dəfə bar gətirir, hər ay meyvə verirdilər. Onların yarpaqları xalqların şəfa tapması üçündür.+  Artıq heç bir lənət olmayacaq. Allahın və Quzunun+ taxtı şəhərdə olacaq və Allahın qulları Ona qulluq edəcəklər.  Onlar Allahın üzünü görəcəklər,+ alınlarında Onun adı yazılacaq.+  Artıq gecə olmayacaq.+ Onların nə çıraq işığına, nə gün işığına ehtiyacı olmayacaq, çünki onların Allahı Yehova üzərlərinə işıq saçacaq+ və onlar əbədiyyət boyu padşahlıq edəcəklər.+  Mələk mənə dedi: «Bu sözlər doğru+ və etibarlıdır. Bəli, peyğəmbərləri ilhamlandıran Yehova Allah+ yaxın gələcəkdə baş verəcək hadisələri qullarına göstərmək üçün mələyini göndərdi.  Mən tezliklə gələcəyəm.+ Bu tumardakı peyğəmbərlik sözlərinə əməl edən nə bəxtiyardır!»+  Mən Yəhya bunları görürdüm və eşidirdim. Bunları görüb eşidəndə bunları mənə göstərən mələyin ayaqlarına yıxılıb ona səcdə etmək istədim.  Lakin o, mənə dedi: «Dayan! Bunu etmə! Mən sadəcə sənin kimi, peyğəmbər qardaşların kimi və bu tumardakı sözlərə əməl edənlər kimi bir qulam. Allaha səcdə qıl».+ 10  Sonra dedi: «Bu tumardakı peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. 11  Nasaleh adam nasalehliyində qalırsa, qalsın; murdar adam iyrənc əməllərindən əl çəkmirsə, çəkməsin. Ancaq qoy saleh salehliyindən dönməsin və müqəddəs adam müqəddəsliyini qorusun. 12  “Bax, mən tezliklə gələcəyəm. Mükafat da Özümlədir. Hər kəsə əməlinə görə mükafat verəcəyəm.+ 13  Mən Alfa və Omeqayam*,+ birinci və axırıncı, əvvəl və axır Mənəm. 14  Həyat ağaclarının meyvəsindən yemək+ və şəhərə darvazadan+ girmək ixtiyarını almaq üçün libaslarını yuyanlar+ nə bəxtiyardır! 15  Murdar adamlar*, cindarlar, əxlaqsızlar, qatillər, bütpərəstlər, yalanı sevən və həlləm-qəlləm adamlar isə çöldə qalacaq”.+ 16  “Mən İsa mələyimi göndərdim ki, yığıncaqların xeyri üçün bütün bunlar haqqında sizə şəhadət versin. Mən Davudun kökü+ və övladıyam. Parlaq dan ulduzu mənəm”».+ 17  Ruh və gəlin+ deyirlər: «Gəl!» Bunu eşidən hər kəs qoy: «Gəl!» — desin. Qoy susayan hər kəs gəlsin.+ İstəyən qoy həyat suyunu havayı götürsün.+ 18  «Bu tumardakı peyğəmbərlik sözlərini eşidən hər kəsi xəbərdar edirəm: kim bunlara bir şey əlavə etsə,+ Allah bu tumarda yazılmış bəlaları onun başına gətirəcək.+ 19  Kim bu tumardakı peyğəmbərlik sözlərindən nə isə çıxarsa, Allah da bu tumarda yazılmış həyat ağacından+ və müqəddəs şəhərdən+ onun payını çıxaracaq. 20  Bunlara şəhadət edən deyir: “Bəli, mən tezliklə gələcəyəm”».+ «Amin! Gəl, Ağamız İsa». 21  Qoy Ağamız İsanın lütfü müqəddəslərə yar olsun.

Haşiyələr

Yunan əlifbasında birinci və axırıncı hərflərin adı.
Hərfən: itlər.