Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 19:1—21

MÜNDƏRİCAT

  • Hökmlərinə görə Yaha alqış edin (1—10)

    • Quzunun toy günü (7—9)

  • Ağ atın belindəki atlı (11—16)

  • Allahın böyük ziyafəti (17, 18)

  • Vəhşi heyvan məğlub edilir (19—21)

19  Bundan sonra mən göydə böyük bir izdihamın səsinə oxşar bir gur səs eşitdim. Səs belə deyirdi: «Yaha* alqış edin!+ Qurtuluş, şan və qüdrət Allahımıza məxsusdur!  Çünki Onun hökmləri doğru və ədalətlidir.+ Axı O, bütün dünyanı öz əxlaqsızlığı ilə pozmuş böyük fahişəyə hökm kəsdi, əlləri Onun qullarının qanına bulaşmış bu fahişədən qisas aldı».+  Səs təkrar etdi: «Yaha alqış edin!+ Şəhərin tüstüsü əbədiyyət boyu göyə qalxacaq!»+  İyirmi dörd ağsaqqal+ və dörd məxluq+ taxtda oturmuş Allahın qarşısında diz çöküb səcdə etdilər və dedilər: «Amin! Yaha alqış edin!»+  Taxtdan bir səs gəldi: «Ey Allahımızın qulları,+ Ondan qorxan kiçiklər və böyüklər,+ Ona alqış edin!»  Sonra böyük bir izdihamın, gur suların, güclü göy gurultusunun səsinə oxşar bir səs eşitdim. Səs deyirdi: «Yaha alqış edin!+ Çünki Qüdrət Sahibi,+ Allahımız Yehova padşahlıq etməyə başladı!+  Bir yerdə sevinək, şadlanaq və Onu ucaldaq, çünki Quzunun toy günüdür, gəlin də hazırlaşıb.  Gəlinə zərif kətandan biçilmiş təmiz, parlaq libas geyinməyə izin verildi. Zərif kətan müqəddəslərin saleh əməllərini bildirir».+  Mələk mənə dedi: «Yaz! Quzunun toy ziyafətinə+ dəvət alanlar xoşbəxtdirlər». Sonra o əlavə etdi: «Bunlar Allahın doğru sözləridir». 10  Onda mən ona səcdə etmək üçün ayaqlarına yıxıldım. Lakin o, mənə dedi: «Dayan! Bunu etmə!+ Mən sadəcə sənin kimi və İsa haqqında şəhadət verən qardaşların kimi bir qulam.+ Allaha səcdə qıl,+ çünki İsa haqqında şəhadət peyğəmbərliklərin məğzidir».+ 11  Sonra mən açılmış göyü gördüm və budur: bir ağ at.+ Atın belində oturan Sadiq+ və Həqiqi+ adlanır. O, ədalətlə hökm edir və döyüşür.+ 12  Onun gözləri alov saçır,+ başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb. 13  O, üstü qanlı* libas geyinib, ona «Allahın sözü+» adı verilib. 14  Səmavi qoşunlar ağ atların belində onun arxasınca gəlirlər. Onların əynində ağ, zərif kətandan təmiz libas var. 15  Onun ağzından xalqları vurmaq üçün uzun, iti qılınc+ çıxır. O, xalqlara dəmir çomaqla çobanlıq edəcək.+ Üstəlik, o, Qadir Allahın şiddətli qəzəbinin üzümsıxanında üzüm tapdalayır.+ 16  Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdır.+ 17  Sonra mən günəşin ortasında durmuş bir mələk gördüm. O, göy üzü ilə uçan bütün quşlara gur səslə dedi: «Buraya uçun, Allahın böyük ziyafətinə toplaşın!+ 18  Padşahların, sərkərdələrin, qüdrətlilərin+, atların və atlıların ətini — istər azad, istər qul, istər kiçik, istər böyük olsun — hamısının ətini yeyin».+ 19  Mən gördüm ki, vəhşi heyvan və dünya padşahları ilə qoşunları atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşıb.+ 20  Vəhşi heyvan yaxalandı. Onun qabağında əlamətlər göstərib üzərində vəhşi heyvanın+ nişanı olanları və onun surətinə sitayiş edənləri+ yoldan çıxaran yalançı peyğəmbər+ də onunla birlikdə tutuldu. Onların ikisi də kükürdlə yanan alovlu gölə diri-diri atıldı.+ 21  Qalanlarını isə atın belində oturan ağzından çıxan uzun qılıncla öldürdü.+ Bütün quşlar onların ətini yeyib doydular.+

Haşiyələr

Yehova adının qısa forması.
Digər variant: üstünə qan çilənmiş.