Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 18:1—24

MÜNDƏRİCAT

  • «Böyük Babil yıxıldı» (1—8)

    • «Ey xalqım, ondan çıxın» (4)

  • Babilə görə yas tutanlar (9—19)

  • Babilin yıxılmasına görə göydəki sevinc (20)

  • Babil daş kimi dənizə atılacaq (21—24)

18  Bundan sonra mən əlində böyük səlahiyyət olan başqa bir mələyin göydən endiyini gördüm. Onun calalından bütün yer üzü işıqlandı.  O, gur səslə bəyan etdi: «Yıxıldı! Böyük Babil yıxıldı!+ O, cinlərin məskəninə, hər cür murdar ruhun*, hər cür napak və mənfur quşun yuvasına çevrildi!+  Çünki bütün xalqlar onun əxlaqsızlıq şəhvətinin şərabının qurbanı oldu.+ Dünyanın padşahları onunla zina etdilər,+ dünyanın tacirləri onun abırsızlıqla sürdüyü dəbdəbəli yaşayışı sayəsində varlandılar».  Mən göydən gələn başqa bir səs eşitdim: «Ey xalqım,+ ondan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun başına gələcək bəlalar sizin başınıza gəlməsin.+  Çünki onun günahları qalaqlanıb göyə çatıb.+ Allah onun haqsızlıqlarını yadına saldı.+  Qoy başqalarına nə edibsə,+ əvəzini ikiqat alsın, bəli, əməlləri ikiqat başına qayıtsın.+ Qoy şərabı qarışdırdığı camda+ onun üçün ikiqat artıq qarışdırılsın.+  Ona özünü ucaltdığı qədər, abırsız, dəbdəbəli yaşayışı boyda əzab, dərd verin. Çünki o, ürəyində deyir: “Mən taxtda oturmuş bir məlikəyəm, dul qalmamışam, heç vaxt da dərd bilməyəcəyəm”.+  Buna görə də bütün bəlalar, ölüm, dərd və qıtlıq bir gün içində onun başına gələcək və o, odda yanıb kül olacaq,+ çünki ona hökm kəsmiş Yehova Allah qüdrətlidir.+  Onunla zina etmiş və abırsız dəbdəbə içində yaşamış dünya padşahları, o yanarkən çıxan tüstüyə baxıb onun üçün ağlayacaq və kədərdən başlarına döyəcəklər. 10  Onlar onun çəkdiyi əzabdan qorxaraq qıraqda dayanıb deyəcəklər: “Heyif, heyif səndən, ey böyük şəhər,+ ey qüdrətli Babil! Çünki hökmün bir an içində gəldi”. 11  Həmçinin dünyanın tacirləri də ağlaşır, onun üçün yas tuturlar, çünki artıq mallarını alan yoxdur. 12  Onlarda olan qızılı, gümüşü, daş-qaşı, mirvariləri, zərif kətanı, ipəyi, bənövşəyi və al-qırmızı qumaşı, ətirli ağacdan, şirmayıdan, hər cür qiymətli ağacdan, misdən, dəmirdən, mərmərdən düzəldilmiş malları, 13  darçını, hili, buxuru, ətirli yağı, kündürü, şərabı, zeytun yağını, əla unu, buğdanı, mal-qaranı, qoyun-quzunu, atları, arabaları, qulları və insanları alan yoxdur. 14  Bəli, ürəyinin arzuladığı dadlı meyvələr əlindən çıxdı, ləziz təamlar və dəbdəbəli şeylər yoxa çıxdı və daha heç vaxt tapılmayacaq. 15  Bu malları alıb-satan və Böyük Babilin sayəsində varlanan tacirlər onun çəkdiyi əzabdan qorxaraq qıraqda duracaq. Onlar yas tutub ağlaşacaq 16  və belə deyəcəklər: “Heyif, heyif səndən, zərif kətana, bənövşəyi və al-qırmızı qumaşa bürünmüş, təmtəraq içində qızıl, daş-qaş və mirvarilərlə bəzənmiş+ böyük şəhər! 17  Çünki bu boyda sərvət bir an içində məhv edildi!” Bütün gəmi kapitanları, dəniz səyahətçiləri, dənizçilər, dolanışığı dənizdən çıxan bütün adamlar qıraqda durub, 18  o yanarkən qalxan tüstüyə baxıb qışqırırdılar: “Bu böyük şəhərin tayı-bərabəri varmı?” 19  Onlar başlarına toz-torpaq tökür, ağlaşıb şivən qopararaq deyirdilər: “Heyif, heyif səndən, ey böyük şəhər! Bir an içində məhv oldun!+ Axı sənin təmtəraqlı yaşayışın sayəsində dənizdə gəmisi olan hər kəs varlanmışdı”. 20  Ey göylər+, müqəddəslər+, həvarilər və peyğəmbərlər, şadlanın! Çünki Allah sizdən ötrü ona hökm kəsdi».+ 21  Onda bir güclü mələk böyük dəyirman daşına oxşar bir daşı qaldırıb dənizə atdı və dedi: «Böyük şəhər Babil də bu cür sürətlə yıxılacaq və daha heç vaxt tapılmayacaq.+ 22  Səndə daha çəng çalıb-oxuyanların, ney, kərənay çalanların və digər musiqiçilərin səsi eşidilməyəcək. Artıq səndə sənətkar tapılmayacaq və dəyirman daşının səsi eşidilməyəcək. 23  Səndə bir daha çıraq yanmayacaq, bəy-gəlin səsi eşidilməyəcək. Axı sənin tacirlərin dünyanın nüfuzlu adamları idi və sən öz cindarlığınla+ bütün xalqları yoldan çıxartmışdın. 24  Bəli, bu şəhərdə peyğəmbərlərin, müqəddəslərin+ və yer üzündə qətlə yetirilmişlərin hamısının qanı tapılıb».+

Haşiyələr

Digər variant: nəfəsin; vəhyin.