Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 17:1—18

MÜNDƏRİCAT

  • «Böyük Babilə» çıxarılacaq hökm (1—18)

    • Al-qırmızı heyvanın belində oturmuş böyük fahişə (1—3)

    •  Vəhşi heyvan «əvvəllər olmuşdu, indi yoxdur, amma dibsiz quyudan çıxmaq üzrədir» (8)

    • On buynuz Quzu ilə vuruşacaq (12—14)

    • Fahişəyə nifrət edəcək (16, 17)

17  Yeddi camı+ olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: «Gəl, sənə çoxlu sular üstündə oturan böyük fahişəyə çıxarılacaq hökmü göstərim.+  Dünyanın padşahları onunla zina etmiş,+ yerdə yaşayanlar onun əxlaqsızlığının şərabından sərxoş olmuşlar».+  Mələk ruhun qüvvəsi ilə məni çöllüyə apardı. Mən yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan bir qadın gördüm.  Qadın bənövşəyi+ və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi.+ Onun əlində iyrənc şeylərlə və əxlaqsızlığının çirkabı ilə dopdolu qızıl cam var idi.  Qadının alnına sirli bir ad yazılmışdı: «Fahişələrin+ və dünyadakı murdarlığın anası Böyük Babil».+  Qadın müqəddəslərin və İsanın şahidlərinin+ qanından sərxoş idi. Qadını görəndə bərk təəccübləndim.  Onda mələk dedi: «Niyə təəccüblənirsən? Mən sənə qadının+ və onu belində gəzdirən yeddibaşlı, onbuynuzlu vəhşi heyvanın+ sirrini açacağam.  Gördüyün vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma dibsiz quyudan+ çıxmaq üzrədir və məhv ediləcək. Yerin sakinləri (adı bəşər nəsli dünyaya gələndən bəri həyat kitabına+ yazılmayanlar) görəndə ki, vəhşi heyvan əvvəllər olub, indi yoxdur, amma yenə olacaq, heyrətə gələcəklər.  Burada ağıl və hikmət gərəkdir. Yeddi baş+ yeddi dağı bildirir. Qadın bu dağların üstündə oturur. 10  Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq. 11  Əvvəllər olub, amma indi olmayan vəhşi heyvan+ səkkizinci padşahdır. O, yeddi padşahdan törəyəcək və məhv ediləcək. 12  Gördüyün on buynuz hələ padşahlıq almamış on padşahı təmsil edir. Onlar vəhşi heyvanla birlikdə padşahlıq hakimiyyəti alacaqlar, lakin bu hakimiyyət cəmi bir saat sürəcək. 13  Onların niyyəti birdir, buna görə də güc və səlahiyyətlərini vəhşi heyvana verirlər. 14  Onlar Quzu+ ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı+ olduğu üçün onları məğlub edəcək.+ Çağırılmışlar, seçilmişlər və sadiqlər də Quzu ilə birlikdə qələbə çalacaqlar».+ 15  O, mənə dedi: «Sən fahişənin sular üzərində oturduğunu görmüşdün. Həmin sular ümmətləri, kütlələri, xalqları və dilləri təmsil edir.+ 16  Gördüyün on buynuz+ və vəhşi heyvan+ fahişəyə+ nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək.+ 17  Bu fikri onların ürəyinə Allah qoyub.+ Allahın sözləri yerinə yetənədək onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana+ verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər. 18  Gördüyün qadın+ isə yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır».

Haşiyələr