Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 15:1—8

MÜNDƏRİCAT

  • Yeddi bəla gətirən yeddi mələk (1—8)

    • Musanın və Quzunun mahnısı (3, 4)

15  Mən göydə möhtəşəm və heyrət doğuran başqa bir əlamət gördüm: yeddi bəla gətirən yeddi mələk.+ Bunlar axırıncı bəlalar idi, çünki Allahın qəzəbi bunlarla tamamlanırdı.+  Sonra mən, sanki, alovla şüşənin qarışığından bir dəniz+ gördüm. Dənizin qırağında vəhşi heyvanın, onun surətinin+ və adının+ rəqəmi üzərində qələbə çalanlar+ durmuşdular. Onların əlində Allahın çəngləri vardı.  Onlar Allahın qulu Musanın+ və Quzunun+ mahnısını oxuyurdular: «Ey Yehova Allah, ey Qüdrət Sahibi!+ İşlərin möhtəşəm+ və heyrətamizdir. Ey Əbədiyyət Padşahı,+ yolların haqq+ və doğrudur.  Kim Səndən qorxmaz, kim adını ucaltmaz, ey Yehova, axı təkcə Sən sədaqətlisən?!+ Bütün xalqlar gəlib qarşında baş əyəcək,+ çünki haqq hökmlərin aşkar oldu».  Bundan sonra mən göylərdə Şəhadət çadırının+ müqəddəs məkanının açıldığını+ gördüm.  Müqəddəs məkandan yeddi bəla gətirən+ yeddi mələk çıxdı. Onlar əyinlərinə təmiz, parlaq kətandan libas geymiş, sinələrini qızıl kəmərlə qurşamışdılar.  Dörd məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın qəzəbi+ ilə dolu yeddi qızıl cam verdi.  Müqəddəs məkan Allahın calalından+ və qüdrətindən tüstü ilə doldu. Yeddi mələyin gətirdiyi yeddi bəla+ başa çatmayınca heç kəs müqəddəs məkana girə bilmədi.

Haşiyələr