Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vəhy 10:1—11

MÜNDƏRİCAT

  • Əlində balaca tumar olan güclü mələk (1—7)

    • «Artıq möhlət verilməyəcək» (6)

    • Müqəddəs sirr başa çatacaq (7)

  • Yəhya balaca tumarı yeyir (8—11)

10  Mən göydən enən digər bir güclü mələk gördüm. O, buluda bürünmüşdü, başı üzərində göy qurşağı vardı. Üzü günəş kimi,+ ayaqları alov sütunu kimi idi.  Əlində balaca, açıq bir tumar var idi. O, sağ ayağını dənizə, sol ayağını quruya qoydu və  şir nərəsinə bənzər gur səslə bağırdı.+ O, bağıranda yeddi göy gurultusunun səsi eşidildi.+  Yeddi göy gurultusu danışarkən mən yazmağa hazırlaşdım, lakin göydən bir səs mənə dedi:+ «Yeddi göy gurultusunun sözlərinə möhür vur, onları qələmə alma».  Dənizlə quruda durmuş mələk sağ əlini göyə qaldırdı,  əbədi yaşayana,+ göyü və oradakıları, yeri və onun üzərindəkiləri, dənizi və onun içindəki məxluqları yaradana and içdi:+ «Artıq möhlət verilməyəcək!  Əksinə, yeddinci mələk+ kərənayını çalmağa+ hazırlaşdığı günlərdə Allahın qulları peyğəmbərlərə+ müjdələdiyi müqəddəs sirr+ başa çatacaq».  Göydən eşitdiyim səs+ yenidən mənə dedi: «Get, dənizlə quruda durmuş mələyin əlindəki açıq tumarı götür».+  Mən mələyin yanına getdim və ondan balaca tumarı istədim. O, mənə dedi: «Götür, ye.+ Onu yeyəndə mədəndə acılıq hiss edəcəksən, ağzın isə bal kimi şirin olacaq». 10  Mən mələyin əlindəki balaca tumarı alıb yedim.+ Ağzım bal kimi şirin oldu,+ amma yeyib qurtarandan sonra mədəmdə acılıq hiss etdim. 11  Onda mənə dedilər: «Sən yenidən ümmətlər, xalqlar, dillər və çoxlu padşahlar haqqında peyğəmbərlik etməlisən».

Haşiyələr