Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Səfənya 3:1—20

MÜNDƏRİCAT

  • Qiyamçı və pozğun Yerusəlim (1—7)

  • Hökm və bərpa (8—20)

    • Saf dil (9)

    • Sadə və fağır adamlar sağ qalacaq (12)

    • Yehova Siona görə şadlanacaq (17)

3  Qiyamçı, murdar, zülmkar şəhərin vay halına!+   O, sözə qulaq asmadı,+ tərbiyəni qəbul etmədi,+ Yehovaya arxalanmadı,+ Allahına yaxınlaşmadı.+   Onun bəyləri nərildəyən aslan kimidir.+ Hakimləri axşam gəzən canavartək Səhərə qədər hər şeyi gəmirib qurtarar.   Peyğəmbərləri həyasız, xain adamlardır.+ Kahinləri müqəddəs şeyləri murdarlayır,+ Qanunu pozur.+   Adil Yehova səninlədir;+ O, haqsızlıq etmir. Hər gün sübh tezdən hökmlərini izhar edir,+ Onlar sübh şəfəqitək həmişə vardır. Pis adam isə abır-həya bilmir.+   «Ümmətləri qırdım, künc bürclərini viran etdim, Küçələrini bomboş qoydum, oradan gəlib-gedən yoxdur. Şəhərləri xarabazara dönüb, bir ins-cins qalmayıb.+   Günahlarına görə onunla haqq-hesab çəkəcəyəm.+ Yurdu dağılmasın deyə, Mən dedim:+ “Məndən qorx, tərbiyəmi qəbul et”. Onlar isə rəzil əməllərə daha da həvəsləndilər.+   Yehova bəyan edir: “Buna görə qənimət üçün* qalxacağım günə qədər Məni gözlə.+ Hökmüm budur ki, xalqları yığım, səltənətləri bir yerə toplayım, Hiddətimi, qəzəbimi bütün şiddəti ilə onların üzərinə töküm.+ Qeyrətimin alovundan bütün yer üzü yanacaq.+   Onda Mən xalqların dilini dəyişib onlara saf dil verəcəyəm ki, Hamısı Yehovanın adını çağırsın, Çiyin-çiyinə Ona qulluq etsin”.+ 10  Həbəş çayları bölgələrindən Mənə üz tutub yalvaranlar, yəni pərən-pərən düşmüş xalqımın qızı Mənə sovqat gətirəcək.+ 11  Əməllərinlə Mənə asilik etdiyinə görə O gün xəcalətli olmayacaqsan.+ Çünki lovğa-lovğa öyünənləri içindən götürəcəyəm. Sən bir daha müqəddəs dağımda lovğalanmayacaqsan.+ 12  Sənin içində sadə və fağır adamları sağ qoyacağam.+ Onlar Yehovanın adına pənah gətirəcəklər. 13  İsrailin sağ qalanları+ artıq haqsızlıq etməyəcək.+ Onlar yalan danışmayacaq, dillərində yalan olmayacaq. Onlar yeyib doyacaq, uzanıb dincələcəklər, onları ürküdən olmayacaq».+ 14  Qoy sevinc sədaların yüksəlsin, ey Sion qızı! Sevincdən hayqır, sən ey İsrail!+ Ey Yerusəlim qızı, qoy ürəyin sevincdən aşıb-daşsın!+ 15  Yehova sənin əleyhinə çıxardığı hökmləri ləğv etdi.+ Düşmənini geri döndərdi.+ İsrailin padşahı Yehova səninlədir.+ Dərd-bəla bir daha səni qorxutmayacaq.+ 16  O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion!+ Əllərin yanına düşməsin. 17  Allahın Yehova səninlədir.+ O, Qadir Allahdır, sənə nicat verəcək. Sənə görə şadlanacaq, sevinci yerə-göyə sığmayacaq.+ Sənə bəslədiyi məhəbbətdən məmnunluq duyacaq, Sənə baxıb şadlanacaq, sevinc sədaları ucaldacaq. 18  Bayramlarının həsrətini çəkənləri bir yerə yığacağam.+ Onlar xəcalət yükü daşıdıqları üçün səndən uzaq düşdülər.+ 19  O zaman sənə zülm edənlərin üstünə qalxacağam,+ Axsayanı qurtaracağam,+ Didərgin düşmüşləri toplayacağam.+ Üzüqara yaşadıqları ölkədə onların şəninə təriflər ucaltdıracağam, Onları şanlı, şöhrətli edəcəyəm. 20  O zaman sizi yurdunuza qaytaracağam, Sizi bir yerə toplayacağam. Əsirlikdə olanlarınızı geri qaytaranda bütün xalqların içində sizi şanlı, şöhrətli edəcəyəm,+ Sizin şəninizə təriflər ucaltdıracağam», — deyir Yehova.+

Haşiyələr

Digər variant: buna görə şahidtək.