Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Səfənya 2:1—15

MÜNDƏRİCAT

  • Yehovaya can atın (1—3)

    • Salehliyə, həlimliyə can atın (3)

    • Bəlkə qurtula bildiniz (3)

  • Ətraf xalqlara hökm (4—15)

2  Toplaşın, toplaşın,+ Ey abırsız xalq!+   Fərman qüvvəyə minməmiş, Gün saman çöpü kimi uçub getməmiş, Yehovanın kükrəyən qəzəbi üstünüzə tökülməmiş,+ Yehovanın qəzəb günü sizi yaxalamamış   Yehovaya can atın,+ ey dünyanın həlimləri*, Onun adil hökmlərini icra edənlər, Salehliyə can atın, həlimliyə can atın. Bəlkə Yehovanın qəzəb günündə qurtula bildiniz.+   Qəzzə bomboş qalacaq, Aşkelon viran olacaq.+ Aşdod günün günorta çağı yurdundan qovulacaq, Ekron yerli-dibli yox olacaq.+   «Dəniz kənarında yaşayan xalqın, kəritilərin vay halına!+ Yehovanın sizin əleyhinizə sözü var. Ey Kənan, filiştlilər* diyarı, səni də məhv edəcəyəm, Bir nəfər də olsun sakinin qalmayacaq.   Dənizkənarı bölgə otlağa dönəcək, Orada çobanlar üçün su quyuları, qoyunlar üçün daş ağıllar olacaq.   Bura Yəhuda evindən sağ qalanların məskəni olacaq.+ Onlar orada bəslənəcək. Axşamlar Aşkelondakı evlərdə rahat uzanıb yatacaqlar. Çünki Allahları Yehova onlara nəzər salacaq, Əsirlərini geri qaytaracaq».+   «Muabın+ tənəsini, əmunilərin+ təhqirini eşitdim. Onlar xalqıma tənə edir, torpaqlarını almaqla hədələyib lovğalanırdılar».+   Ordular Allahı, İsrailin Allahı Yehova bəyan edir: «Varlığıma and olsun, Muab Sədum kimi,+ Əmunilər Əmurə kimi olacaq.+ Oranı gicitkən basacaq, ora duz çalası olacaq, həmişəlik viranə qalacaq.+ Xalqımın sağ qalanları onları talan edəcək, Xalqımın qalığı oraya sahib çıxacaq. 10  Onların təkəbbürünün əvəzi bu olacaq,+ Çünki onlar ordular Allahı Yehovanın xalqına tənə edib, qarşısında qürrələndilər. 11  Yehova onları dəhşətə salacaq, Yer üzündəki bütün allahları heç edəcək. Bütün adalardakı xalqlar, Hərəsi öz yerində Ona səcdə edəcək.+ 12  Ey həbəşlər, siz də qılıncıma yem olacaqsınız!+ 13  O, əlini şimala tərəf uzadacaq və Aşşuru məhv edəcək. O, Neynəvanı* viranəliyə, susuz bir səhraya çevirəcək.+ 14  Orada sürülər, hər cür vəhşi heyvan uzanacaq. Qutan və oxlu kirpi onun sütunları başında gecələyəcək. Pəncərədən səs gələcək. Kandar xaraba qalacaq, Sidrdən olan örtüklər çılpaq qalacaq. 15  “Yalnız mən varam, məndən başqası yoxdur!” — ürəyində deyirdi bu məğrur şəhər, Qorxu-hürkü bilmədən yaşayırdı. Gör nə acınacaqlı hala düşdü, Vəhşi heyvan yuvasına döndü! Yanından keçən hər kəs fit çalıb əlini yelləyəcək».+

Haşiyələr

Yaxud təvazökarları.
Bəzi mənbələrə əsasən, filistimlilər.
Nineviya.