Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Səfənya 1:1—18

MÜNDƏRİCAT

  • Yehovanın hökm günü yaxındır (1—18)

    • Yehovanın günü böyük sürətlə gəlir (14)

    • Qızıl-gümüş xilas etməyə qadir deyil (18)

1  Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin+ dövründə Hizqiyyə oğlu, Əmariyyə oğlu, Qədali oğlu, Kuşi oğlu Səfənyaya* Yehovanın sözü nazil oldu.   Yehova bəyan edir: «Bu torpaqdan hər şeyi silib atacağam.+   İnsanı da, heyvanı da silib atacağam. Göydəki quşları, dənizdəki balıqları,+ Büdrədən daşları*+ və şər adamları silib atacağam. İnsanı bu torpaqdan yox edəcəyəm», — deyə Yehova bəyan edir.   «Əlimi Yəhudanın və Yerusəlim Sakinlərinin üstünə qaldıracağam, Bu yerdə Baala sitayiş edənlərin izi-tozu qalmayacaq,+ Yad allahın kahinlərinin adını və bütlərin kahinlərini yox edəcəyəm.+   Damlarda asimandakı orduya səcdə qılanları,+ Yehovaya səcdə qılıb sədaqət andı içməklə yanaşı,+ Məlkuma sədaqət andı içənləri,+   Yehovanın ardınca getməyənləri,+ Yehovanı arayıb-axtarmayanları,+ Ondan məsləhət istəməyənləri məhv edəcəyəm».   Külli-İxtiyar Yehovanın önündə susun, çünki Yehovanın günü yaxındır,+ Yehova qurban hazırlayıb; O dəvət etdiyi kəsləri pak edib.   «Yehovanın qurban kəsəcəyi gün bəylərlə, Şahzadələrlə,+ əcnəbi qiyafəlilərlə haqq-hesab çəkəcəyəm.   O gün səkiyə* qalxanları, Ağalarının evini zorakılıq və fırıldaqla dolduranları haqq-hesaba çəkəcəyəm». 10  Yehova bəyan edir: «O gün Balıq darvazasından çığırtı,+ İkinci məhəllədən ah-fəğan,+ Təpələrdən gurultu səsi gələcək. 11  Ey Məhteş* sakinləri, hönkürün, Çünki bütün tacir-tüccarın səsi kəsildi, Gümüş ölçənlər məhv oldu. 12  O zaman əlimdə çıraq Yerusəlimi ələk-vələk edəcəyəm, Özündən razı adamlarla haqq-hesab çəkəcəyəm. Onlar ürəklərində deyirlər: “Yehova nə yaxşılıq edər, nə pislik”.+ 13  Onların var-dövləti talan olacaq, evləri viran qalacaq.+ Ev tikəcəklər, amma içində yaşamayacaqlar, Meynəlik salacaqlar, amma şərabını içməyəcəklər.+ 14  Yehovanın möhtəşəm günü yaxındır.+ O gün yaxındır və böyük sürətlə gəlir.+ Yehovanın gününün səsi dəhşətlidir.+ O gün igid də ağlayacaq.+ 15  O gün qəzəb günüdür,+ Zülm-zillət və sitəm,+ Tufan və viranəlik, Qaranlıq və zülmət,+ Bulud və zil qaranlıq günüdür.+ 16  İstehkamlı şəhərlərə və hündür künc bürclərinə qarşı şeypur çalınan,+ Döyüş nərəsi qopan gündür.+ 17  Mən insanları bəlaya düçar edəcəyəm, Onlar kor kimi gəzəcəklər,+ Çünki Yehovaya qarşı günah işləyiblər.+ Onların qanı toz kimi ayaq altda qalacaq, Bağırsaqları peyin kimi yerə töküləcək.+ 18  Qızıl-gümüşləri onları Yehovanın qəzəb günündə qurtara bilməyəcək.+ Onun qeyrətinin alovundan bütün yer üzü yanacaq.+ O, müdhiş bir qırğın göndərib bu torpağın bütün sakinlərini yox edəcək».+

Haşiyələr

Mənası: Yehova gizlətdi (qoruyub saxladı).
Görünür, söhbət bütpərəstliklə bağlı əşyalardan və ya əməllərdən gedir.
Ehtimal ki, padşah taxtı qoyulan səki.
Görünür, Yerusəlimin Balıq darvazası tərəfindəki məhəllə.