Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 7:1—25

MÜNDƏRİCAT

  • Qanundan azad olmaq (1—6)

  • Qanun günahı aşkar edir (7—12)

  • Günahla mübarizə (13—25)

7  Qardaşlar, (qanunu bilənlərə müraciət edirəm) məgər bilmirsiniz ki, insan sağ ikən Qanun onun üzərində ağalıq edir?  Misal üçün, ər sağ ikən ərli qadın qanunla ona bağlıdır. Əgər əri ölsə, o, ərinin qanunundan azaddır.+  Buna görə də o, əri sağ ikən başqa kişinin arvadı olsaydı, zinakar hesab edilərdi.+ Ancaq əri ölsə, qadın onun qanunundan azaddır və başqa kişiyə ərə gedəndə artıq zinakar olmur.+  Qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanun üçün öldünüz ki, başqasına — ölüb dirilən kəsə+ məxsus olasınız.+ Bu yolla biz Allaha bar gətirə bilərik.+  Biz bədənimizin istəkləri ilə yaşayanda Qanunun oyatdığı günahlı ehtiraslar bədənimizdə fəaliyyət göstərirdi və biz ölümə aparan bar gətirirdik.+  İndi isə biz Qanunun tabeliyindən azad edilmişik+ və əl-qolumuzu bağlayan Qanun üçün ölmüşük ki, əvvəllər olduğu kimi, yazılı qanunlar toplusuna əsasən yox, ruha+ əsasən yeni mənada Allahın qulu olaq.+  Bəs onda nə deyək? Qanun qüsurludur? Qətiyyən yox! Qanun olmasaydı, mən günahın nə olduğunu bilməzdim.+ Misal üçün, Qanun: «Başqasının malına tamah salma»,+ — deməsəydi, mən tamahkarlığın nə olduğunu haradan bilərdim?  Ancaq günah əmr sayəsində yaranan fürsətdən istifadə edib məndə hər cür tamahkarlıq oyatdı, çünki qanun olmayanda günah da ölü idi.+  Əslinə qalsa, mən bir vaxtlar qanun olmayanda sağ idim, ancaq əmr ortaya çıxanda günah dirildi, mən isə öldüm+ 10  və dərk etdim ki, həyata aparmalı olan əmr+ ölümə aparır. 11  Çünki günah əmr sayəsində yaranan fürsətdən istifadə edib məni tovladı və əmr vasitəsilə öldürdü. 12  Beləliklə, Qanun öz-özlüyündə müqəddəsdir, əmr də müqəddəsdir, salehdir, yaxşıdır.+ 13  Onda elə çıxır ki, yaxşı şey mənə ölüm gətirdi? Qətiyyən yox! Ölümü günah gətirdi. Günah yaxşı şey vasitəsilə ölüm gətirdi ki, günahın nə olduğu üzə çıxsın.+ Beləliklə, əmr günahın nə qədər mənfur olduğunu göstərdi.+ 14  Biz bilirik ki, Qanun Allahdandır, mən isə günaha satılmış adi insanam.+ 15  Nə etdiyimi özüm də anlamıram. İstədiyim şeyi etmirəm, nifrət etdiyim şeyi edirəm. 16  Əgər istədiyim şeyi etmirəmsə, razılaşıram ki, Qanun üstündür. 17  Deməli, bunu artıq mən yox, daxilimdə yaşayan günah edir.+ 18  Bilirəm ki, məndə, yəni cismimdə yaxşı bir şey yoxdur. Yaxşı iş görmək istəyim var, amma onu edə bilmirəm.+ 19  İstədiyim yaxşı şeyi etmirəm, istəmədiyim pis şeyi isə dönə-dönə edirəm. 20  Əgər istəmədiyim şeyi edirəmsə, bunu mən yox, daxilimdə yaşayan günah edir. 21  Beləliklə, özümlə bağlı belə bir qanunauyğunluğu müşahidə edirəm: düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur.+ 22  Daxili varlığımla Allahın Qanunundan həzz alıram.+ 23  Amma cismimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm.+ O, məni cismimdə yaşayan günah qanununun əsiri edir.+ 24  Necə də yazıq adamam! Ölümə mübtəla olan bu cisimdən məni kim xilas edəcək? 25  Allah! Ona Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun! Beləliklə, mən ağlımla Allahın Qanununun, cismimlə isə günah qanununun quluyam.+

Haşiyələr