Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 6:1—23

MÜNDƏRİCAT

  • Vəftiz və yeni həyat (1—11)

  • Günah fani bədəninizdə hökmranlıq etməsin (12—14)

  • Günahın qulu, Allahın qulu (15—23)

    • Günahın ödədiyi haqq ölümdür; Allahın ənamı həyatdır (23)

6  Onda nə deyək? Lütf çoxalsın deyə, günah işləməyə davam edək?  Əsla! Biz günah üçün ölmüşüksə,+ artıq günah içində necə yaşaya bilərik?+  Məgər bilmirsiniz ki, Məsih İsa ilə vəhdətdə olmaq üçün vəftiz* edilən bizlər+ onun ölümünə şərik olmaq üçün də vəftiz edilmişik?+  Deməli, biz onun ölümünə şərik edən vəftiz+ vasitəsilə onunla birlikdə dəfn edildik ki, Atanın əzəməti ilə dirilən Məsih kimi, biz də yeni həyata başlayaq.+  Əgər onun ölümünə bənzər bir ölümdə onunla birləşmişiksə,+ mütləq onun dirilməsinə bənzər bir dirilmədə+ də onunla birləşəcəyik.  Bir şeyi yaxşı bilirik: köhnə şəxsiyyətimiz onunla birlikdə dirəyə mıxlanıb+ ki, günahlı bədənimiz üzərimizdə ağalıq etməsin+ və artıq günahın qulu olmayaq.+  Çünki ölmüş adam günahdan azaddır.  Əgər Məsihlə ölmüşüksə, inanırıq ki, onunla birlikdə yaşayacağıq.  Axı bilirik ki, Məsih dirilmişdir+ və bir daha ölməyəcək,+ ölüm artıq onun üzərində ağalıq etmir. 10  O, öz ölümü ilə günahı birdəfəlik aradan götürdü,+ indi isə həyatını Allah üçün yaşayır. 11  Siz də özünüzü günah üçün ölmüş sayın və Məsih İsa vasitəsilə+ Allah üçün yaşayın. 12  Buna görə də qoymayın ki, günah fani bədəninizdə hökmranlıq etsin+ və siz bədəninizin istəklərinə tabe olasınız. 13  Həmçinin bədəninizi haqsızlıq silahı kimi günaha təqdim etməyin, özünüzü ölümdən həyata qayıtmış insanlar kimi, bədəninizi də salehlik silahı kimi Allaha təqdim edin.+ 14  Günah sizin üzərinizdə ağalıq etməməlidir, axı siz qanunun yox,+ lütfün tabeliyindəsiniz.+ 15  Bundan hansı nəticə hasil olur? Qanunun tabeliyində yox, lütfün tabeliyində olduğumuz üçün günah işləməliyik?+ Əsla! 16  Məgər bilmirsiniz ki, kimə qul kimi tabe olursunuzsa, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, onun qulusunuz:+ ya ölümə aparan günahın,+ ya da salehlik gətirən itaətkarlığın qulu olursunuz. 17  Allaha şükürlər olsun ki, vaxtilə günahın qulu olan sizlər, aldığınız təlimə ürəkdən itaət etdiniz. 18  Bəli, siz günahın əsarətindən qurtulub+ salehliyin qulu oldunuz.+ 19  Günahlı təbiətinizin zəifliyinə görə sizinlə sadə dildə danışıram: necə ki siz vaxtilə qanunsuz işlər görmək üçün bədəninizin üzvlərini qanunsuzluğun və natəmizliyin qulu edirdiniz, indi də müqəddəs olmaq üçün bədəninizin üzvlərini salehliyin qulu edin.+ 20  Çünki siz günahın qulu olanda salehliyə tabe deyildiniz. 21  O zaman bəhrəniz nə idi? İndi sizə xəcalət gətirən şeylər. O işlərin axırı ölümdür.+ 22  Ancaq indi siz günahın əsarətindən qurtulub Allahın qulları olduğunuz üçün müqəddəslik bəhrəsi gətirirsiniz+ və sonda əbədi həyata qovuşacaqsınız.+ 23  Çünki günahın ödədiyi haqq ölümdür,+ Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində+ əbədi həyatdır.+

Haşiyələr