Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 5:1—21

MÜNDƏRİCAT

  • Məsih vasitəsilə Allahla barışırıq (1—11)

  • Ölüm Adəm vasitəsilə, həyat Məsih vasitəsilə gəldi (12—21)

    • Günah və ölüm hamıya keçdi (12)

    • Bir saleh əməlin nəticəsi (18)

5  Belə isə, imana görə+ saleh sayıldığımız üçün gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq*.+  Aldığımız bu lütfə də onun vasitəsilə və imanımız sayəsində yol açıldı. Ümid edirik ki, Allah bizi şərəfə çatdıracaq.+ Buna görə də gəlin sevinək*!  Həmçinin əziyyətlərlə üzləşəndə də sevinməliyik*,+ axı biz bilirik ki, əziyyətlər dözümlü olmağı öyrədir,+  dözüm Allahın razılığını qazandırır,+ Allahın razılığından ümid doğur.+  Ümid isə məyusluq gətirməz,+ çünki bizə verilmiş müqəddəs ruh+ vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur.  Biz hələ zəif olarkən Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü.+  Saleh adam uğrunda çətin ki, kimsə ölə, amma yaxşı adam uğrunda, ola bilsin, kimsə canından keçər.  Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü.+  Beləcə, onun qanı ilə saleh sayıldığımız+ üçün əmin ola bilərik ki, onun vasitəsilə Allahın qəzəbindən qurtulacağıq.+ 10  Əgər hələ düşmən ikən biz Allahın Oğlunun ölümü vasitəsilə Allahla barışmışıqsa,+ əmin ola bilərik ki, indi barışandan sonra onun həyatı vasitəsilə xilas olacağıq. 11  Üstəlik, bizi barışdıran Ağamız İsa Məsih sayəsində Allaha yaxınlaşdığımıza görə sevinirik.+ 12  Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi.+ Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib.+ 13  Axı günah Qanun verilməzdən əvvəl artıq dünyada idi. Amma qanun olmayan yerdə heç kəs günaha görə ittiham olunmur.+ 14  Buna baxmayaraq, ölüm Adəmdən Musaya qədər, Adəm kimi günah işləməmiş adamların üzərində də hökmranlıq edirdi. Adəmlə gəlişi vəd edilmiş şəxs arasında oxşarlıq var.+ 15  Ancaq ənamın nəticəsi günahın nəticəsindən tam fərqlidir. Əgər bir nəfərin günahı ucbatından çoxlu adam öldüsə, Allahın lütfü və ənamı sayəsində (bu ənam lütflə birlikdə tək bir insan+ — İsa Məsih vasitəsilə verildi) çoxları misilsiz fayda qazandı.+ 16  Ənamın xeyri həmin o bir nəfərin törətdiyi günahın nəticəsindən fərqlənir.+ Çünki o bir günaha görə çıxarılan hökm insanları məhkum etdi.+ Çoxlu günahdan sonra verilən ənama görə isə insanlar saleh sayıldı.+ 17  Əgər bir nəfərin günahı ucbatından və onun vasitəsilə ölüm hökmranlıq edirsə,+ əmin ola bilərik ki, bol lütf və salehlik ənamı alanlar+ da tək bir şəxs — İsa Məsih vasitəsilə+ yaşayıb padşahlıq edəcəklər.+ 18  Beləliklə, necə ki bir günahın ucbatından hər cür insan məhkum olunur,+ eləcə də bir saleh əməlin nəticəsində hər cür insan+ yaşamaq üçün saleh sayılır.+ 19  Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi,+ bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək.+ 20  Qanun isə günahların çoxluğunu göstərmək üçün gəlmişdi.+ Lakin günah çoxaldıqca Allahın lütfü də aşıb-daşırdı. 21  Nə üçün? Onun üçün ki, günahla ölüm bəşəriyyət üzərində hökmranlıq etdiyi kimi,+ lütf də Ağamız İsa Məsih sayəsində əbədi həyata+ aparan salehlik vasitəsilə hökm sürsün.

Haşiyələr

Digər variant: aramızda sülh var.
Digər variant: buna görə sevinirik.
Digər variant: sevinirik.