Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 4:1—25

MÜNDƏRİCAT

  • İbrahim imana görə saleh sayıldı (1—12)

    • İbrahim iman gətirənlərin atasıdır (11)

  • Vəd imana görə verilmişdi (13—25)

4  Elə isə, əcdadımız İbrahim haqqında nə deyək? O, nə qazandı?  Əgər İbrahim əməllərinə görə saleh sayılsaydı, onun öyünməyə əsası olardı, ancaq Allahın qarşısında yox.  Müqəddəs Yazılar nə deyir? «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı».+  İşçiyə verilən maaş lütf yox, zəhmət haqqıdır.  Ancaq insan əməllərə arxalanmırsa, günahkarı saleh sayana iman gətirirsə, imanına görə saleh sayılır.+  Davud da əməllərdən asılı olmayaraq, Allah tərəfindən saleh sayılan adamı xoşbəxt adlandırır:  «Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib.  Xoşbəxtdir o kəs ki, Yehova onun günahlarını hesaba almır».+  Bəs bu xoşbəxtlik yalnız sünnətlilər üçündür, yoxsa sünnətsizlərə də aiddir?+ Axı biz deyirik ki, «İbrahim imanına görə saleh sayıldı».+ 10  O, nə vaxt saleh sayıldı? Sünnət olunandan sonra, yoxsa əvvəl? Sünnət olunandan sonra yox, əvvəl saleh sayıldı. 11  İbrahim hələ sünnət edilməmişdən əvvəl imanı ilə qazandığı salehliyin möhürü kimi* bir nişan aldı.+ Bu nişan sünnətdir. Beləcə, o, sünnətsiz halda iman gətirənlərin atası oldu+ ki, onlar da saleh sayılsınlar. 12  O həmçinin sünnət edilmiş nəslin: həm sünnətə sadiq qalmış, həm də özünün hələ sünnət edilməmişdən əvvəl sahib olduğu imanın yolunda yeriyənlərin atası oldu.+ 13  Çünki dünyanın varisi olmaq vədi+ İbrahimə və onun övladlarına qanun vasitəsilə yox, imandan doğan salehlik vasitəsilə vəd edilmişdi.+ 14  Əgər qanuna riayət edənlər varis olsaydılar, onda iman mənasını itirər, vəd də ləğv olunardı. 15  Əslində, Qanun insanı Allahın qəzəbinə düçar edir,+ qanun olmayan yerdə cinayət də yoxdur.+ 16  Buna görə də vəd imana görə lütf ilə verilmişdi+ ki, İbrahimin bütün övladları üçün:+ həm Qanuna riayət edənlər, həm də hamımızın atası olan İbrahim+ kimi iman gətirənlər üçün dəyişməz olsun. 17  (Axı yazılıb: «Mən səni seçdim ki, çoxlu xalqların atası olasan».)+ Bütün bunlar onun inandığı, ölülərə həyat verən, var olmayanı varmış kimi adlandıran* Allahın qarşısında baş verdi. 18  Vəziyyət ümidsiz görünsə də, o, ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq. O, bu sözlərə inanırdı: «Övladların o qədər olacaq».+ 19  İmanı zəifləməsə də, həm öz bədəninin ölü olduğunu (çünki təxminən yüz yaşında idi),+ həm də Saranın bətninin ölü olduğunu hesab edirdi.+ 20  Amma Allahdan vəd aldığına görə şəkk-şübhə etmədi, iman etdi. İmanı ona güc verdi və o, Allaha alqış etdi. 21  İbrahim tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə qadirdir.+ 22  Buna görə də «o,  saleh sayıldı».+ 23  «Saleh sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb,+ 24  bu sözlər həm də saleh sayılacaq bizlərdən ötrü yazılıb, çünki biz Ağamız İsanı dirildən Allaha inanırıq.+ 25  O, bizim günahlarımızdan ötrü ölümə təslim edildi+ və Allah onu bizim saleh bilinməyimiz üçün diriltdi.+

Haşiyələr

Yaxud təsdiqi kimi.
Digər variant: var olmayanı var edən.