Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 3:1—31

MÜNDƏRİCAT

  • Allah doğrudur (1—8)

  • Yəhudilər də, yunanlar da günahın əsarəti altındadırlar (9—20)

  • İman vasitəsilə salehlik (21—31)

    • Heç kəs Allahın calalını əks etdirə bilmir (23)

3  Belə isə, yəhudi olmağın hansı üstünlüyü, yaxud sünnətin hansı faydası var?  Hər cəhətdən böyük üstünlüyü və faydası var. Əvvəla, ona görə ki, yəhudilərə Allahın müqəddəs sözləri əmanət edilmişdir.+  Bəs bu, necə olur? Axı bəzi yəhudilər iman etmədilər. Onda elə çıxır ki, daha Allaha etibar etmək olmaz?  Əsla! Hər kəs yalançı çıxsa+ da, Allah doğrudur.+ Necə ki yazılıb: «Odur ki, Sənin sözlərin haqdır və Sən məhkəmədə qələbə qazanacaqsan».+  Bəs bizim haqsızlığımız Allahın doğruluğunu təsdiq edirsə, onda nə deyək? Məgər Allah qəzəbini yağdıranda ədalətsizlik edir? (Bunu bir insan kimi deyirəm.)  Əsla! Allah ədalətsiz olsa, dünyanı necə mühakimə edə bilər?+  Bir də ki əgər mənim yalanım Allahın həqiqətini daha aydın büruzə verib Ona şərəf gətirirsə, onda mən niyə günahkar kimi mühakimə olunmalıyam?  Nə üçün belə deməyək: «Gəlin pislik edək ki, axırı yaxşı olsun»? Bəziləri bizə şər atır ki, guya biz belə deyirik. O adamlara kəsilən hökm ədalətlidir.+  Belə isə, nə deyək? Bizim nədə isə üstünlüyümüz varmı? Xeyr! Yuxarıda dediyimiz kimi, hamı: yəhudilər də, yunanlar da günahın əsarəti altındadır.+ 10  Necə ki yazılıb: «Bir nəfər də olsun saleh adam yoxdur.+ 11  Dərk edən, Allahı axtaran bir kimsə yoxdur. 12  Hamı yolunu azıb, heç kimdən bir xeyir gəlmir. Bir nəfər də olsun yaxşılıq edən yoxdur».+ 13  «Boğazları açıq qəbirdir, dillərində doğru söz yoxdur».+ «Ağızlarında gürzə zəhəri var».+ 14  «Onlar acıdildirlər, ağızları lənətlə doludur».+ 15  «Ayaqları qan tökməyə tələsir».+ 16  «Yollarında ancaq viranəlik, dərd-bəla var, 17  onlar sülh yolunu tanımırlar».+ 18  «Allah qorxusu bilmirlər».+ 19  Bildiyimiz kimi, Qanunda deyilən hər şey Qanunun tabeliyində olanlara ünvanlanır. Belə ki, hər dil susdurulsun, bütün dünya Allahın qarşısında təqsirkar çıxsın.+ 20  Buna görə də Qanunun tələblərini icra edən heç bir adam Allahın qarşısında saleh bilinməyəcək,+ çünki qanun günahın nə olduğunu tam açıqlayır.+ 21  Lakin indi aydın oldu ki, qanuna riayət etmədən də Allahın nəzərində saleh sayılmaq mümkündür.+ Bu barədə Tövratda* və Peyğəmbərlərin kitabında da deyilir.+ 22  Bəli, İsa Məsihə iman gətirməklə hər kəs Allahın nəzərində saleh sayıla bilər. Çünki insanlar arasında heç bir fərq yoxdur.+ 23  Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir.+ 24  Lakin onlar Məsih İsanın ödədiyi fidyə vasitəsilə+ qurtulub saleh sayılırlar.+ Bu, Allahın Öz lütfü sayəsində verdiyi bir ənamdır.+ 25  Allah Oğlunu qurban verdi ki, onun axıdılmış qanına+ gətirilən iman sayəsində insanları Özü ilə barışdırsın.+ Allah bunu Öz ədalətini nümayiş etdirmək üçün etdi, çünki Allah səbir göstərib keçmişdə işlənmiş günahları bağışlayırdı. 26  Bu, həm də onun üçün idi ki, İsaya iman gətirən adamı saleh+ sayarkən bu dövrdə də Öz ədalətini nümayiş etdirsin.+ 27  Beləliklə, öyünməyə əsasımız varmı? Yoxdur! Hansı qanuna əsasən yoxdur? Əməllərin icrasını tələb edən qanuna görə?+ Xeyr, iman tələb edən qanuna görə. 28  Biz belə qənaətə gəldik ki, insan qanunun tələb etdiyi əməllərdən asılı olmayaraq, imana əsasən saleh sayılır.+ 29  Məgər Allah yalnız yəhudilərin Allahıdır?+ Məgər O, digər xalqların da Allahı deyil?+ Bəli, digər xalqların da Allahıdır.+ 30  Əlbəttə, Allah təkdir+ və O, sünnətliləri imana əsasən,+ sünnətsizləri imanları sayəsində+ saleh sayacaq. 31  Onda elə çıxır ki, biz imanımızla qanunu ləğv edirik? Əsla! Əksinə, biz qanunu təsdiq edirik.+

Haşiyələr