Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 2:1—29

MÜNDƏRİCAT

  • Allahın yəhudilərə və yunanlara kəsdiyi hökm (1—16)

    • Vicdanın fəaliyyəti (14, 15)

  • Yəhudilər və Qanun (17—24)

  • Qəlbdə edilmiş sünnət (25—29)

2  Ey insan, kim olursan ol, əgər başqalarını mühakimə edirsənsə,+ sən üzrsüzsən. Başqasını mühakimə etməklə sən özünü məhkum edirsən, çünki bir tərəfdən mühakimə edirsən, digər tərəfdən də özün eyni işləri görürsən.+  Biz isə yaxşı bilirik ki, Allah belə işlərlə məşğul olanlara hökm kəsəcək və Onun hökmü həqiqətə əsaslanır.  Ey insan, elə bilirsən ki, belə işlərlə məşğul olanları mühakimə edib, özün bu işləri görürsənsə, Allahın hökmündən qaça biləcəksən?  Yoxsa Onun xeyirxahlığının,+ təmkininin+ və səbrinin+ bolluğuna həqarətlə baxırsan? Məgər bilmirsən ki, Allah Öz xeyirxahlığı ilə səni tövbəyə çəkmək istəyir?+  Ancaq sən tərsliyinlə və tövbə etməyən ürəyinlə Allahın ədalətli hökmünün icra olunacağı qəzəb günü üçün öz əleyhinə qəzəb üstündən qəzəb yığırsan.+  O, hər kəsə əməllərinə görə verəcək.+  Mətanətlə yaxşı iş görüb şərəfə, hörmətə, çürüməzliyə+ can atanlara əbədi həyat,  öcəşkənlərə, həqiqətə itaət etməyib haqsızlığa boyun əyənlərə isə hiddət və qəzəb nəsib olacaq.+  Pislik edən hər kəsin: əvvəlcə yəhudinin, sonra yunanın payına əziyyət, ağrı-acı düşəcək. 10  Ancaq yaxşı iş görən hər kəsə: əvvəlcə yəhudiyə,+ sonra yunana+ şərəf, hörmət və sülh bəxş ediləcək. 11  Çünki Allah ayrı-seçkiliyi sevmir.+ 12  Allahın qanununun tabeliyində olmayıb günah işləyənlərin hamısı qanunun tabeliyində olmasa da,+ öləcək. Qanunun tabeliyində olub günah işləyənlərin hamısı isə qanun vasitəsilə məhkum ediləcəklər.+ 13  Çünki Allahın qarşısında saleh kəs qanunu eşidən deyil. Qanuna əməl edənlər saleh sayılacaq.+ 14  Çünki Allahın qanunundan xəbərsiz olan digər xalqların adamları+ qanunun tələblərinə sövqi-təbii əməl edəndə qanunun ürəklərində olduğunu göstərirlər, halbuki qanundan xəbərsizdirlər. 15  Bu adamların vicdanı onlarla bərabər şahidlik edir, düşüncələri onları ya ittiham edir, ya da onlara haqq qazandırır. Beləcə, onlar göstərirlər ki, qanunun mahiyyəti ürəklərində yazılıb. 16  Təbliğ etdiyim müjdəyə əsasən, bütün bunlar Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi+ gün baş verəcək. 17  Madam ki sən özünü yəhudi adlandırır,+ qanuna arxalanır, Allahla öyünür, 18  Onun iradəsini bilir və Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd etməyi bacarırsan,+ 19  sən korların bələdçisi, zülmətdə olanlar üçün çıraq olduğuna əminsən, 20  ağılsızlara tərbiyəçi və körpələrə müəllim olduğuna, Qanunda ifadə olunan biliyin və həqiqətin əsaslarına yiyələndiyinə inanırsan, 21  elə isə başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən?+ «Oğurlama»+ deyə təbliğ edib niyə özün oğurluq edirsən? 22  «Zina etmə»+ deyə-deyə niyə zina edirsən? Bütlərə nifrət edə-edə niyə məbədləri çapıb-talayırsan? 23  Qanunla öyünə-öyünə niyə Qanunu pozub Allahı hörmətdən salırsan? 24  Hər şey yazıldığı kimidir: «Sizə görə başqa xalqlar arasında Allahın adına küfr edilir».+ 25  Sünnətin+ ancaq o vaxt faydası olur ki, sən qanuna əməl edəsən.+ Yox əgər qanunu pozursansa, sənin sünnətin mənasını itirir. 26  Bəs onda sünnətsiz adam+ Qanunun adil tələblərinə riayət edirsə, məgər onun sünnətsiz olması sünnətli olmağa bərabər deyil?+ 27  Sən, sünnətli adam, yazılı qanun toplusuna sahib ola-ola Qanunu pozursansa, sünnətsiz adam Qanuna riayət etməklə səni məhkum edir. 28  Çünki zahirən yəhudi olan əsil yəhudi deyil,+ eynilə də bədəndə edilmiş zahiri sünnət əsil sünnət deyil.+ 29  Daxilən yəhudi olan əsil yəhudidir+ və onun sünnəti yazılı Qanun toplusu əsasında yox,+ müqəddəs ruhla qəlbdə edilmiş sünnətdir.+ Belə adam insanlardan yox, Allahdan tərif alır.+

Haşiyələr