Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 14:1—23

MÜNDƏRİCAT

  • Bir-birinizi mühakimə etməyin (1—12)

  • Başqalarının iman yolundan dönməsinə bais olmayaq (13—18)

  • Sülh və birlik naminə çalışın (19—23)

14  İmanı zəif olan adamı qəbul edin,+ fərqli fikirlərinə görə* onu mühakimə etməyin.  Kiminsə imanı hər şey yeməyə yol verir, imanı zəif olan isə ancaq tərəvəz yeyir.  Qoy hər şey yeyən adam yeməyənə yuxarıdan aşağı baxmasın və yeməyən də yeyən adamı mühakimə etməsin,+ çünki Allah onu qəbul edib.  Sən kimsən ki, başqasının qulunu mühakimə edirsən?+ Ağası bilir, qulu ayaq üstədir, yoxsa yıxılıb.+ O, ayaq üstə duracaq, çünki Yehova onu ayaq üstə saxlamağa qadirdir.  Kimsə bir günü o birisindən vacib sayır,+ digəri üçün isə bütün günlər eynidir.+ Qoy hər kəs inandığı şeyin doğru olub-olmadığına tam əmin olsun.  Hər hansı bir günü üstün tutan bunu Yehovadan ötrü edir. Həmçinin yeyən Yehovadan ötrü yeyir, çünki Ona şükür edir.+ Yeməyən də Yehovadan ötrü yemir, amma yenə də Ona şükür edir.+  Əslində, heç birimiz təkcə özümüz üçün yaşamırıq+ və təkcə özümüz üçün ölmürük.  Yaşayırıqsa, Yehova üçün yaşayırıq,+ ölürüksə, Yehova üçün ölürük. Bəli, yaşasaq da, ölsək də, Yehovaya məxsusuq.+  Məsih də həm ölülərin, həm dirilərin Ağası olmaq üçün öldü və sonra həyata qayıtdı.+ 10  Bəs sən niyə qardaşını mühakimə edirsən?+ Nəyə görə qardaşına yuxarıdan aşağı baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsü qarşısında duracağıq,+ 11  necə ki yazılıb: «Yehova belə deyir: “Varlığıma and içirəm+ ki, hər diz qarşımda büküləcək, hər dil Allah olduğumu açıq-aşkar etiraf edəcək”».+ 12  Beləliklə, hər birimiz özümüzə görə Allaha cavab verəcəyik.+ 13  Buna görə də gəlin indən belə bir-birimizi mühakimə etməyək.+ Əksinə, qarşınıza məqsəd qoyun ki, heç bir qardaşın yıxılmasına, iman yolundan dönməsinə bais olmayasınız.+ 14  Ağamız İsanın xidmətçisi kimi, bilirəm, həm də əminəm ki, öz-özlüyündə murdar heç nə yoxdur,+ əgər adam nəyi isə murdar hesab edirsə, həmin şey onun üçün murdardır. 15  Buna görə də əgər yediyin yeməyə görə qardaşın pis olursa, sən artıq məhəbbətlə hərəkət etmirsən.+ Bir qarın yeməyə görə qardaşını məhv etmə, axı bu qardaşına görə Məsih canından keçib.+ 16  Qoymayın ki, insanlar yaxşı işlərinizi pisləsinlər. 17  Çünki Allahın Padşahlığına girmək yemək-içməkdən yox,+ müqəddəs ruhdan hasil olan salehlik, sülh və sevincdən asılıdır. 18  Kim Məsihə bu cür xidmət edirsə, Allahın da, insanların da rəğbətini qazanır. 19  Buna görə də gəlin sülhə+ aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq.+ 20  Yeməkdən ötrü Allahın işini dağıtma!+ Düzdür, hər şey təmizdir, ancaq yemək başqalarının imanını sarsıdırsa, bu, yeyən üçün pisdir.+ 21  Yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də qardaşının imanını sarsıdan başqa bir iş gör.+ 22  İmanın qoy Allahla sənin aranda qalsın. Gördüyü işə görə özünü qınamayan xoşbəxtdir. 23  Ancaq yeyərkən onun ürəyində şübhə varsa, o özünü məhkum edir, çünki imana əsasən hərəkət etmir. İmana əsasən görülməyən hər bir iş isə günahdır.

Haşiyələr

Digər variant: qəlbindəki şübhələrə görə.