Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 12:1—21

MÜNDƏRİCAT

  • Bədəninizi diri qurban kimi Allaha təqdim edin (1, 2)

  • Ənamlar müxtəlif, bədən birdir (3—8)

  • Məsihi həyatı ilə bağlı məsləhətlər (9—21)

12  Buna görə də qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram: bədəninizi+ diri, müqəddəs+ və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş* olacaqsınız.+  Bundan sonra bu zəmanəyə* uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin+ ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz.+  Mənə göstərilmiş lütf sayəsində hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin.+ Hər kəs özü haqqında Allahın ona verdiyi iman+ çərçivəsində düşünsün və sağlam düşüncəni qoruyub saxlasın.  Necə ki bədənimizdə çox üzv var,+ amma bütün üzvlər eyni işi icra etmir,  eləcə də biz, çox olsaq da, Məsihlə vəhdətdə bir bədən təşkil edirik, ayrı-ayrılıqda isə bir-birimizə bağlı üzvlərik.+  Aldığımız lütfdən doğan ənamlar müxtəlifdir. Əgər bu, peyğəmbərlik ənamıdırsa,+ gəlin bizə verilmiş iman çərçivəsində peyğəmbərlik edək,  xidmət ənamıdırsa, xidmətlə məşğul olaq. Qoy təlim verən təlim verməklə,+  ruhlandıran ruhlandırmaqla*+ məşğul olsun, paylayan səxavətlə paylasın*,+ rəhbərlik edən canla-başla rəhbərlik etsin,+ mərhəmət göstərən isə qoy sevinclə mərhəmət göstərsin.+  Qoy məhəbbətiniz riyasız olsun.+ Pislikdən ikrah edin,+ yaxşılığa sarılın. 10  Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.+ 11  Tənbəl olmayın*,+ çalışqan olun. Ruhla* coşun.+ Yehovaya canla-başla* xidmət edin.+ 12  Ümidinizə sevinin. Çətinliklərə sinə gərin.+ Daima dua edin.+ 13  Müqəddəslərə ehtiyaclarına görə yardım edin.+ Qonaqpərvər olun.+ 14  Sizi təqib edənlər üçün xeyir-dua diləyin,+ lənət yox, xeyir-dua diləyin.+ 15  Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16  Başqaları haqqında özünüz barədə düşündüyünüz kimi düşünün, lovğa xülyalara qapılmayın, təvazökarlığı əldə rəhbər tutun.+ Öz gözünüzdə ağıllı olmayın.+ 17  Heç kimə pislik əvəzinə pislik etməyin.+ Hamının gözündə yaxşı sayılan şeyləri nəzərə alın. 18  İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın.+ 19  Əzizlərim, siz qisasınızı almayın, Allahın qəzəbinə yer verin.+ Çünki yazılıb: «Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”».+ 20  Amma «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver, beləcə, onun başına köz yığacaqsan*».+ 21  Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl.+

Haşiyələr

Hərfən: müqəddəs xidməti icra etmiş.
Yaxud nəsihət verən nəsihət verməklə.
Yaxud bölüşən səxavətlə bölüşsün.
Yaxud işinizdə ləng olmayın.
Müqəddəs ruhla.
Yaxud qul kimi.
İnsanı yumşaltmaq, qəlbindəki buzu əritmək nəzərdə tutulur.