Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Romalılara 10:1—21

MÜNDƏRİCAT

  • Allahın salehlik meyarları (1—15)

    • İmanını dili ilə bəyan etmək (10)

    • Yehovanın adını çağıran hər kəs qurtulacaq (13)

    • Müjdəçilərin qədəmləri gözəldir (15)

  • Müjdəyə boyun əymədilər (16—21)

10  Qardaşlar, onların xilasını sidqi-ürəkdən arzu edirəm, bundan ötrü gecə-gündüz Allaha yalvarıram.+  Allahın qeyrətini çəkdiklərinə özüm şahidəm,+ ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər.  Onlar Allahın salehlik meyarlarına tabe olmadılar,+ çünki Onun salehlik meyarlarını dərk etmədilər,+ əvəzində öz salehlik meyarlarını təsis etmək istədilər.+  Məsih Qanunun sonu oldu+ ki, iman edən hər kəs salehliyə yetişə bilsin.+  Musa Qanun vasitəsilə qazanılan salehlik barədə yazır: «Onlara riayət edən adam onların sayəsində yaşayacaq».+  İmandan doğan salehlik isə belə deyir: «Ürəyində demə:+ “Kim göyə çıxacaq?”+ Yəni Məsihi gətirmək üçün ora çıxacaq.  Yaxud “Kim dibsiz quyuya* enəcək?”+ Yəni Məsihi ölülərin arasından çıxarmaq üçün ora enəcək».  Bəs Müqəddəs Yazılarda nə deyilir? «O söz sənin yanındadır, dilində, ürəyindədir».+ Təbliğ etdiyimiz iman «sözü» də elə budur.  Əgər sən dilinlə İsanın Ağa olduğunu+ hamıya bəyan edirsənsə və ürəyində Allahın onu diriltdiyinə iman edirsənsə, xilas olacaqsan. 10  Çünki insan ürəyində iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə+ isə xilasa yetişir. 11  Müqəddəs Yazılar deyir: «İmanını onun üzərində quran heç vaxt peşman olmayacaq».+ 12  Yəhudi ilə yunan arasında fərq qoyulmur,+ çünki hamının Rəbbi* birdir və O, Onu çağıranlara bol-bol xeyir-dua verir. 13  Axı «Yehovanın adını çağıran hər kəs qurtulacaq».+ 14  Bəs iman etmədikləri o Kəsin adını necə çağırsınlar? Barəsində heç vaxt eşitmədikləri o Kəsə necə iman etsinlər? Təbliğ edən olmasa, haradan eşitsinlər? 15  Əgər göndərən olmasa, kim təbliğ edər?+ Axı yazılıb: «Yaxşı şeylər müjdələyənlərin qədəmləri nə gözəldir!»+ 16  Ancaq müjdəyə hamı boyun əymədi. Çünki Əşiya belə deyir: «Yehova, kim bizdən eşitdiyinə iman gətirdi?»+ 17  Deməli, iman insanda sözü eşidəndən sonra yaranır.+ Söz isə Məsih haqqında danışılanda eşidilir. 18  Amma mən soruşuram: məgər onlar eşitməmişdilər? Axı «sədaları dünyaya yayıldı, şəhadətləri yerin ucqarlarına çatdı».+ 19  Bir də soruşuram: məgər İsrail bilmirdi?+ İlk əvvəl Musa deyir: «Mən sizi xalq adına layiq olmayanlarla pərt edəcəyəm. Sizi axmaq bir xalqla bərk qəzəbləndirəcəyəm».+ 20  Əşiya isə cəsarətlə Allahın sözlərini bəyan edir: «Məni axtarmayanlar Məni tapdılar.+ Mənim haqqımda soruşmayanlar Məni tanıdılar».+ 21  İsrail haqqında isə bunları deyir: «Bütün günü əlim itaətsiz, dikbaş xalqa sarı uzanıb».+

Haşiyələr

Yaxud Ağası. Yun. Kirios.