Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 8:1—20

MÜNDƏRİCAT

  • Yehovanın verdiyi nemətlər xatırlanır (1—9)

    • «İnsanı yaşadan yalnız çörək deyil» (3)

  • Yehovanı unutmayın (10—20)

8  Bu gün sizə verdiyim bütün əmrlərə dəqiqliklə əməl edin ki, sağ qalıb+ çoxalasınız, Yehovanın ata-babalarınıza and içib vəd etdiyi diyara gedib ora sahib olasınız.+  Allahınız Yehovanın sizi qırx il boyunca səhrada gəzdirdiyi o uzun yolu yadınızdan çıxarmayın.+ Bunu ona görə etdi ki, sizə təvazökarlığı öyrətsin, sizi sınağa çəkib+ ürəyinizdəkiləri bilsin,+ görsün Onun əmrlərinə riayət edəcəksiniz, ya yox.  Bəli, O, sizə təvazökarlığı öyrətdi, sizi ac saxladı,+ nə özünüzün, nə də atalarınızın görmədiyi manna+ ilə qidalandırdı ki, biləsiniz: insanı yaşadan yalnız çörək deyil, Yehovanın ağzından çıxan hər kəlmədir.+  Bu qırx il ərzində əyninizin paltarı süzülmədi, ayaqlarınız şişmədi.+  Çox yaxşı bilirsiniz ki, ata oğlunu necə tərbiyə edirsə, Allahınız Yehova da sizi elə tərbiyə etdi.+  Allahınız Yehovanın əmrlərinə riayət edin, Onun yolu ilə gedin, Ondan qorxun.  Çünki Allahınız Yehova sizi gözəl diyara+ — qoynunda çaylar çağlayan, dağlarında, düzlərində bulaqlar, çeşmələr qaynayan,  buğdası, arpası, meynəsi, ənciri, narı,+ balı və zeytun yağı bol olan,+  yemək qıtlığı nədir bilməyən, sizə heç nədən korluq çəkdirməyəcək diyara aparır, o diyara ki, daşından dəmir çıxır, dağlarında mis yatır. 10  Orada yeyib doyanda bu gözəl diyarı sizə verdiyi üçün Allahınız Yehovaya şükür edin.+ 11  Diqqətli olun ki, Yehovanı, Allahınızı unutmayasınız, bu gün sizə verdiyim əmrlərindən, hökm və qanunlarından kənara çıxmayasınız. 12  Yeyib doyanda, gözəl-gözəl evlər tikib orada sakin olanda,+ 13  mal-qaranız, qoyun sürüləriniz artanda, qızıl-gümüşünüz çoxalanda, bolluğa yetişəndə 14  qoymayın ki, ürəyiniz qürrələnsin,+ Allahınız Yehovanı sizə unutdursun. O Allahı ki sizi Misir diyarından, köləlik evindən çıxarıb,+ 15  böyük, vahiməli səhrada, zəhərli ilanların, əqrəblərin arasında, susuzluqdan cadar-cadar olmuş torpaqda dolaşdırıb,+ sərt qayadan su çıxarıb,+ 16  gələcək rifahınız naminə təvazökarlıq öyrətmək üçün,+ sınağa çəkmək üçün sizi səhrada, nə özünüzün, nə də atalarınızın görmədiyi manna+ ilə qidalandırıb.+ 17  Əgər ürəyinizdə: “Bu var-dövləti öz gücümlə, öz əlimin zəhmətilə qazanmışam”,+ — deyə fikirləşsəniz, 18  onda yadınıza salın ki, sizə bu varı, bu dövləti qazanmaq üçün güc verən Allahınız Yehovadır.+ O, bunu ona görə edib ki, and içib ata-babalarınızla bağladığı əhdi yerinə yetirsin, necə ki bu gün edir.+ 19  Ancaq əgər Allahınız Yehovanı unudub başqa allahların dalınca getsəniz, onlara səcdə qılıb qulluq etsəniz, bu gün sizə qarşı şahid dururam ki, hökmən məhv olacaqsınız.+ 20  Yehovanın önünüzdə məhv etdiyi xalqlar kimi, siz də yox olacaqsınız, çünki Allahınız Yehovanın səsinə qulaq asmadınız.+

Haşiyələr