Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 34:1—12

MÜNDƏRİCAT

  • Yehova diyarı Musaya göstərir (1—4)

  • Musa ölür (5—12)

34  Musa Muab çöllüyündən Nəba dağına+ gedib, Əriha+ ilə üzbəüz olan Fizqənin təpəsinə çıxdı.+ Yehova ona bütün ölkəni, Giladdan tutmuş Dana+ qədər hər yanı,  bütün Niftalı, Əfraim, Mənəssə torpaqlarını, qərbdəki dənizə* qədər uzanan bütün Yəhuda torpağını,+  Negevi+, xurma ağacları şəhəri Ərihanın yerləşdiyi düzənliyi, ta Sohara+ qədər bütün İordan bölgəsini+ göstərdi.  Yehova ona dedi: «İbrahimə, İshaqa, Yaquba and içib “övladlarına* verəcəyəm” dediyim diyar budur.+ Bu diyarı görməyə sənə izin verdim, ancaq ora qədəm basmayacaqsan».+  Bundan sonra Yehovanın qulu Musa Yehovanın dediyi kimi, Muab diyarında vəfat etdi.+  O, Musanı Muab diyarındakı vadidə, Beyt-Faurun qarşısında torpağa tapşırdı. Onun qəbrinin yeri bu günə qədər heç kimə məlum deyil.+  Musa dünyadan köçəndə yüz iyirmi yaşında idi.+ Onun gözləri nurunu itirməmişdi, canı hələ gümrah idi.  İsrail xalqı otuz gün Muab çöllüyündə Musanı ağladı.+ Axırda, Musa üçün tutulan yas və ağlaşma günləri başa çatdı.  Nun oğlu Yuşə dərin hikmətə sahib idi*, çünki Musa əlini onun üzərinə qoymuşdu.+ İsraillilər ona tabe olmağa başladılar. Yehova Musaya necə əmr etmişdisə, onlar elə də etdilər.+ 10  Lakin İsraildə daha heç vaxt Musa kimi,+ Yehovanın üzbəsurət tanıdığı+ peyğəmbər peyda olmadı. 11  Musa Misirdə firona, xidmətçilərinə və ölkəsinə Yehovanın tapşırdığı bütün möcüzə və əlamətləri göstərmişdi.+ 12  O həm də bütün İsrailin gözü qarşısında güclü əli ilə möhtəşəm, heyrətamiz işlər görmüşdü.+

Haşiyələr

Böyük dəniz, yəni Aralıq dənizi.
Hərfən: toxumlarına.
Hərfən: ruhun hikməti ilə dolu idi.