Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 33:1—29

MÜNDƏRİCAT

  • Musa qəbilələrə xeyir-dua verir (1—29)

    • Yehovanın «əbədi qolları» (27)

33  Allah adamı Musa ölümündən qabaq israillilərə xeyir-dua verib+  dedi: «Yehova! O, Sinadan gəldi,+Sairdən üstlərinə şəfəq saçdı, Fəran dağlarından həşəmətlə nur saçdı,+Yanında müqəddəs ordusu*,+Sağ tərəfində cəngavərləri.+   Xalqını əziz tutdu.+Xalqın müqəddəsləri Onun əlindədir,+ Dizinin yanında oturublar,+Sözlərini dinləyirlər.+   (Musa bizə buyruq verdi, qanun verdi,+Bunu Yaqub icmasına miras qoydu.)+   Xalqın başçıları toplaşanda,+Cəmi İsrail qəbilələri bir yerə yığılanda,+O, Yeşuruna+ hökmdar oldu.   Rubən min yaşasın, ölüm görməsin.+Adamlarının sayı əskilməsin».+   Yəhudaya isə bu sözlərlə xeyir-dua verdi:+ «Eşit, ey Yehova, Yəhudanın səsini,+Onu xalqına geri qaytar. Özününkünü öz əlləri qoruyur,Düşmənini yenməyə ona kömək ol».+   Lavi üçün dedi:+ «Tummim və Urimin+ Sənin sadiq qulundadır,+Masahda sınağa çəkdiyin bəndəndədir.+ Məriba suyu yanında Sən onunla çəkişdin.+   Ata-ana bilmədi, Qardaş tanımadı,+Öz belindən gələn oğullarından keçdi, Çünki Sənin sözlərinlə yaşadı,Sənin əhdinə vəfadar oldu.+ 10  Yaquba Sənin hökmlərini,+İsrailə Qanununu öyrədəcək.+ Qoy Sənə xoş ətir kimi buxur təqdim etsin,+Qurbangahında yandırma qurbanı yandırsın.+ 11  Ey Yehova, onun gücünü birə-beş artır,Əllərinin işindən razı qal. Onun üstünə qalxanların ayaqlarını qır,Qoy ona nifrət edənlər bir də baş qaldırmasın». 12  Binyamin üçün dedi:+ «Qoy Yehovanın sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın.Bütün günü Onun kölgəsinə sığınsın,Kürəyinin ortasında məskən salsın». 13  Yusif üçün belə dedi:+ «Qoy Yehova onun torpağına bərəkət versin+Göyün neməti ilə,Şehlə, şəbnəmlə, qaynayan bulaqların suyu ilə,+ 14  Günəşin böyütdüyü ən gözəl barlarla,Hər ay yetişən ən nəfis bəhərlərlə,+ 15  Ulu dağların* lətif töhfələrilə,+Qocaman təpələrin ruzisilə, 16  Yer üzünün naz-nemətilə, cəmi sərvətilə,+Kolda zühur Edənin+ xeyir-duasıyla. Qoy bunlar Yusifin başından tökülsün,Qardaşlarından seçilib ayrılanın başından yağsın.+ 17  İlk doğulan buğa kimi əzəmətlidir.Buynuzları vəhşi öküz buynuzlarıdır. Onlarla xalqları buynuzlayacaq,Hamısını dünyanın qurtaracağına qovacaq. Onlar Əfraimin on minləri,+Mənəssənin minləridir». 18  Zəbuluna belə dedi:+ «Şadlan, ey Zəbulun, hər yola çıxanda,Sən də, ey Yəsakir, çadırında şad-xürrəm yaşa.+ 19  Onlar xalqları “haydı dağa” deyib səsləyəcəklər. Orada salehlik qurbanları kəsəcəklər. Onlar dəryaların sərvətini,Qumda gizlədilmiş xəzinələri çəkib çıxaracaqlar». 20  Cada dedi:+ «Cadın sərhədlərini genişləndirənə alqış olsun!+ O, şir kimi marığa yatıb,Şikarının qolunu, başını qoparmağa hazırdır. 21  Ən yaxşı yeri özünə götürür,+Qanunverənin ayırdığı pay oradadır.+ Xalqın başçıları bir yerə cəm olacaq. O, İsrail üçün Yehovanın ədalətini bərqərar edəcək,Onun hökmlərini həyata keçirəcək». 22  Dana dedi:+ «Dan bala şirdir.+ Başandan sıçrayıb çıxacaq».+ 23  Niftalı üçün dedi:+ «Yehovanın lütfü,Nemətləri başından tökülən Niftalı, Qərbə, cənuba sahib ol!» 24  Aşir üçün dedi:+ «Oğullarından yarıyan Aşir... Qoy qardaşları ona hüsn-rəğbət göstərsin.Qoy o, ayaqlarını yağda yusun*. 25  Darvazanın kilidi misdir, dəmirdir.+Dincliyin ömrünün günləri ilə qoşa addımlayacaq. 26  Sənə kömək etmək üçün göyləri yarıb keçən,+Buludlara əzəmətlə süvar olan Allahın,Yeşurunun+ Allahının+ tayı-bərabəri yoxdur. 27  Ta bineyi-qədimdən Allah pənah yeridir,+Səni əbədi qolları üstündə gəzdirir.+ Önündən düşmənlərini qovacaq,+“Yox edin onları!” hayqıracaq.+ 28  İsrail arxayınçılıq içində yaşayacaq.Taxıl, şərab diyarında,+Göylərindən şeh daman torpaqda+Yaqubun çeşməsinə dəyib-dolaşan olmayacaq. 29  Nə bəxtəvərsən, ey İsrail!+ Hanı sənin kimisi?+Qurtuluşun Yehovadandır,+O, sənin qalxanındır,+Möhtəşəm qılıncındır. Düşmənlərin önündə diz çökəcək+,Onların kürəyini* tapdalayacaqsan».

Haşiyələr

Yaxud on minlərlə müqəddəsi.
Digər variant: şərqdəki dağların.
Yaxud yağa salsın.
Digər variant: səcdəgahlarını.