Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 32:1—52

MÜNDƏRİCAT

  • Musanın nəğməsi (1—47)

    • Yehova qayadır (4)

    • İsrail öz Qayasını unudub (18)

    • «Qisas Mənimdir» (35)

    • «Onun xalqı ilə şadlanın» (43)

  • Musa Nəba dağında öləcək (48—52)

32  «Qulaq verin, ey göylər, görün nə deyirəm;Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri.   Nəsihətim yağmur olub yağacaq,Sözlərim şeh olub damacaq,Çəmənliyə çisələyən narın yağışlar kimi,Yaşıllığa tökülən leysanlar kimi.   Yehovanın adını bəyan edərəm.+ Allahımızın böyüklüyünü vəsf edin!+   Qayadır O, hər işi mükəmməl,+Bütün yolları haqq,+ Nahaq iş görməyən+ etibarlı+ Allah.Adildir, haqdır O.+   Onlar isə rəzillik etdilər;+ Yox, onlar Onun övladları deyil. Özləri qüsurludur.+ Yolunu azmış, pozğun nəsil!+   Budur sizin Yehovaya şükranınız,+Ey axmaq, səfeh qövm?+ Məgər sizi yoxdan var edən Atanız O deyil?+O deyilmi sizi xəlq edən, ayağa qaldıran?   Keçmiş çağları yada salın,Ötən nəsillərin yaşadığı illərə boylanın, Atalarınızdan xəbər alın, sizə desinlər,+Ağsaqqallarınızdan sorun, danışsınlar.   Haqq-Taala xalqlara miras verəndə,+Adəm övladlarını* bir-birindən ayıranda,+Sərhədlərini elə cızdı ki,+İsrail oğulları saylarına görə pay alsın.+   Axı bu xalq Yehovanın payıdır,+Yaqub Onun irsidir.+ 10  Onu çöl-biyabanda gördü,+Kimsəsiz, qurd-quş ulaşan səhrada tapdı.+ Onun başına dolandı, nazını çəkdi,+Göz bəbəyi kimi qorudu.+ 11  Yuvasını silkələyən,Balalarının üstündə süzən,Qanadlarını gərib onları tutan,Pərlərinin üstündə aparan qartal kimi,+ 12  Yehova onu apardı.+Tək apardı, Onunla özgə bir allah olmadı.+ 13  Yer üzünün hündür zirvələrini ona ram etdi,+Onu zəmilərin neməti ilə bəslədi,+ Qayalardan süzülən bal,Daşlardan çəkilən yağ canına qüvvət verdi, 14  Naxırın yağı ilə, qoyun-keçi südü ilə,Piyli qoyunlarla,Başan qoçları ilə, təkələrlə,İri dənli buğdalarla onu bəslədi.+Üzümün qanından, şərabdan içdin. 15  Yeşurun* piy bağlayanda höcətlik edib şıllaq atdı. Piy bağlamısan, şişib dərinə sığmırsan!+ O, Yaradanını, Allahı atdı,+Onu xilas edən Qayaya xor baxdı. 16  Onlar yabançı allahlarla Onu acıqlandırdılar.+İyrənc əməllərlə Onu təhqir etdilər.+ 17  Allaha yox, cinlərə,Tanımadıqları allahlara,Təzəlikcə peyda olmuş,Ata-babalarınızın eşidib-bilmədiyi allahlara qurban gətirdilər.+ 18  Sənə atalıq edən Qayanı unutdun,+Sənə həyat verən Allahı yada salmadın.+ 19  Yehova bunu görüb onları rədd eylədi,+Axı oğul-qızları Onu təhqir elədi. 20  O dedi: “Onlardan üzümü döndərəcəyəm,+Onda görəcəyəm aqibətlərini. Pozğun nəsil,+Vəfasız övladlar.+ 21  Məni allah olmayan şeylərlə acıqlandırdılar.+Puç bütləri ilə məni təhqir etdilər.+ Mən də onları xalq adına layiq olmayanlarla pərt edəcəyəm,+Axmaq bir xalqla təhqir edəcəyəm.+ 22  Qəzəbim od püskürür,+Bu odun atəşi Məzarın* dərinliklərinədək çatır,+Yeri, onun bütün bəhrəsini yandırıb-yaxacaq,Dağların özülü zəbanə çəkərək yanacaq. 23  Bəlalarının üstünə bəla göndərəcəyəm,Oxdanımı onların üstünə boşaldacağam. 24  Aclıq onlarda hal qoymayacaq,+Qızdırma içində qovrulacaqlar, tar-mar ediləcəklər.+ Onları yırtıcı heyvanların dişinə verəcəyəm,+Torpaqda sürünənlərin zəhərli dişinə tuş edəcəyəm. 25  Bayırda qılınc əhədlərini kəsəcək,+Evdə dəhşət tüğyan edəcək.+Gənc oğlanın da, cavan qızın da,Çağanın da, ahılın da payı bu olacaqdır.+ 26  Mən çoxdan deyərdim: “Qalxıb onları pərən-pərən edəcəyəm,Adlarını yaddaşlardan siləcəyəm”. 27  Ancaq düşmənlərin rişxəndini göz önünə gətirdim,+Yağıların yanlış yerə yozmağını istəmədim.+ Yoxsa deyərdilər: “Biz güclü çıxdıq,+Bu işdə Yehovanın əli yoxdur”. 28  Onlar düşüncəsiz* xalqdır,Hamısı qanmazdır.+ 29  Kaş ki ağılları olaydı!+ Onda bir az düşünərdilər.+ Axırlarını fikirləşərdilər.+ 30  Bir nəfər min nəfəri necə təqib edə bilər?İki nəfər on min adamı necə qova bilər?+ Çün onların Qayası onları atdı,+Yehova onları tərk etdi. 31  (Yağıların qayası Qayamıza tay deyil,+Bunu özləri də dərk edirlər.)+ 32  Tənəkləri Sədum tənəklərindən,Əmurə bağlarındandır.+ Üzümlərinin hər giləsi zəhər tuluğu,Salxımları zəqqumdur.+ 33  Şərabları zəhrimar,Amansız ilan* ağısı. 34  Bunu möhür altında,Anbarımda saxlayıram.+ 35  Qisas Mənimdir, əvəzi Mən çıxacağam,+Vaxtı çatanda ayaqları sürüşəcək.+Onların fəlakət günü yaxındır.Aqibətləri astanadadır”. 36  Yehova Öz xalqını sorğu-suala çəkəcək.+Lakin güclərinin tükəndiyini,Yalnız biçarələrin, zavallıların qaldığını görəndəQullarına rəhmi gələcək.+ 37  Sonra deyəcək: “Hanı allahları,+Pənah apardıqları qayalar, 38  Qurbanlarının piyi ilə bəslədikləri,Şərab təqdimələrini içirdikləri allahlar?+ Qoy qalxıb dadınıza yetişsinlər, Pənahgahınız olsunlar. 39  İndi bilin, Allah Mənəm.+Məndən başqa yoxdur allah.+ Öldürən də Mənəm, həyat verən də.+ Yaralayan da,+ şəfa verən də.+Əlimə düşəni qurtaran olmaz.+ 40  Əlimi göylərə qaldırıbƏbədi varlığıma and içirəm,+ 41  Əgər parlayan qılıncımı itiləyirəmsə,Əlim hökmün icrası üçün qalxıbsa,+Demək, düşmənlərimi intiqam haqlayacaq,+Mənə asi düşənlərdən əvəz çıxacağam. 42  Oxlarımı qanla məst edəcəyəm,Ölənlərin, əsirlərin qanı ilə.Qılıncımı doyuracağamDüşmən rəhbərlərinin başı ilə, cismi ilə”. 43  Ey xalqlar, Onun xalqı ilə şadlanın.+O, qullarının qanını yerdə qoymayacaq.+Düşmənlərindən qisas alacaq,+Xalqının torpağı üçün kəffarə verəcək*». 44  Beləcə, Musa gəlib Nun oğlu Huşə*+ ilə birlikdə bu nəğmənin sözlərini bütün xalqa söylədi.+ 45  Söyləyib qurtarandan sonra 46  dedi: «Bu gün sizə söylədiyim xəbərdarlıq sözlərini ürəyinizə həkk edin+ ki, övladlarınıza qanunun bütün tələblərinə cidd-cəhdlə əməl etməyi aşılayasınız.+ 47  Bu, boş söz deyil, ölüm-dirim məsələsidir.+ Bu sözün sayəsində İordanı keçib tutacağınız torpaqda uzun ömür sürəcəksiniz». 48  Elə həmin gün Yehova Musa ilə danışıb dedi: 49  «Əriha ilə üzbəüz, Muab ölkəsində olan Abarimdəki+ Nəba dağına+ qalx, israillilərə verəcəyim Kənan diyarını seyr elə.+ 50  Sonra Harun Hur dağında+ ölüb ata-babalarına qovuşduğu* kimi, sən də bu dağda gözlərini həyata yumub ata-babalarına qovuşacaqsan. 51  Çünki Sin səhrasında, Qədisdəki Məriba suyunun+ yanında ikiniz də İsrail xalqının qarşısında Mənə hörmətsizlik etdiniz, israillilərin önündə müqəddəsliyimi uca tutmadınız.+ 52  İsrail xalqına verəcəyim diyarı uzaqdan görəcəksən, amma ayağını ora basmayacaqsan».+

Haşiyələr

Digər variant: bəşəri.
Mənası: dürüst. İsrailə verilən şərəfli ad.
İbr. şeol. Lüğətə bax.
Digər variant: nəsihətə kar.
Hərfən: kobra.
Yaxud torpağını təmizləyəcək.
Yuşənin əsil adı. Huşə Yahın xilas etdiyi, Yah xilas etdi mənasını verən Huşiyyə adının qısa formasıdır.
İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.