Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 27:1—26

MÜNDƏRİCAT

  • Qanun daş üzərində yazılmalı (1—10)

  • Qərizim və Eybal dağlarında (11—14)

  • Lənətlər oxunur (15—26)

27  Sonra Musa İsrail ağsaqqalları ilə birlikdə xalqa tapşırdı: «Bu gün sizə verdiyim hər bir əmrə riayət edin.  İordanı keçib Allahınız Yehovanın sizə verdiyi torpağa qədəm basanda iri daşlar seçib üstünə əhəng çəkin.+  O taya keçəndə bu Qanunun bütün sözlərini həmin daşların üstünə yazın ki, ata-babalarınızın Allahı Yehovanın söz verdiyi kimi, süd-bal axan diyara, Allahınız Yehovanın verdiyi ölkəyə daxil ola biləsiniz.+  İordanı keçəndə bu gün sizə əmr etdiyim kimi, bu daşları Eybal+ dağında qoyub üstünü əhəngləyərsiniz.  Həmçinin orada Allahınız Yehovanın adına daşlardan qurbangah düzəldərsiniz. Amma daşlara dəmir alət dəyməməlidir.+  Allahınız Yehovanın adına olan bu qurbangahı yonulmamış daşlardan düzəltməli, üstündə Allahınız Yehovaya yandırma qurbanları təqdim etməlisiniz.  O yerdə ünsiyyət qurbanları+ da kəsib yeyin və Allahınız Yehovanın önündə sevinib-şadlanın.+  Qanunun bütün sözlərini daşların üstünə aydın yazın».+  Sonra Musa və lavili kahinlər bütün İsrailə xitab edib dedi: «Ey İsrail, sus və dinlə! Bu gün siz Allahınız Yehovanın xalqı oldunuz.+ 10  Siz Allahınız Yehovanın sözünə qulaq asmalı, bu gün sizə çatdırdığım əmrlərinə+ və qanunlarına riayət etməlisiniz». 11  Həmin vaxt Musa xalqa tapşırıb dedi: 12  «İordanın o tayına keçəndə Şəmun, Lavi, Yəhuda, Yəsakir, Yusif və Binyamin qəbilələri xalqa xeyir-dua vermək üçün Qərizim+ dağında durmalıdırlar. 13  Rubən, Cad, Aşir, Zəbulun, Dan və Niftalı qəbilələri lənətləri bəyan etmək üçün Eybal+ dağında durmalıdırlar. 14  Lavililər isə ucadan bütün israillilərə söyləməlidirlər:+ 15  “Yehovanın ikrah etdiyi,+ sənətkarın əl işi olan oyma+ büt, tökmə+ büt düzəldənə və gizlədənə lənət olsun! (Hamı “amin” deyə cavab versin.) 16  Ata-anasına sayğısızlıq göstərənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 17  Qonşusunun sərhədini dəyişdirənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 18  Koru azdırana lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 19  Qəribin, yetimin, dulun+ işinə baxarkən ədaləti+ pozana lənət olsun! (Hamı “amin” deyə cavab versin.) 20  Atasının arvadı ilə yaxınlıq edib atasının şərəfini ləkələyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 21  Heyvanla cinsi əlaqəyə girənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 22  Doğma bacısıyla, atabir bacısıyla, anabir bacısıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 23  Qayınanasıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 24  Pusqu qurub soydaşını öldürənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 25  Rüşvət alıb günahsız qan tökənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.) 26  Bu Qanunda deyilənlərə riayət etməyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)”

Haşiyələr