Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 26:1—19

MÜNDƏRİCAT

  • Nübarın təqdimi (1—11)

  • İkinci ondabirlər (12—15)

  • İsrail Yehovanın xüsusi mülküdür (16—19)

26  Allahınız Yehovanın irs olaraq verdiyi diyara daxil olub onu tutanda və orada məskən salanda  Allahınız Yehovanın sizə verdiyi torpaqdan götürdüyünüz bütün məhsulun nübarından səbətə yığıb Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerə getməlisiniz.+  Həmin günlərdə xidmət edən kahinin yanına gəlib deməlisiniz: “Bu gün mən bildirirəm ki, Allahımız Yehovanın vədi, həqiqətən də, yerinə yetdi. Mən artıq Yehovanın ata-babalarımıza söz verib bizə verməyi and içdiyi torpaqdayam”.+  Kahin səbəti əlinizdən alıb Allahınız Yehovanın qurbangahının önünə qoyacaq.  Onda siz Allahınız Yehovanın önündə ərz etməlisiniz: “Mənim atam köçəri* arami+ idi. O, Misirə+ köçüb orada öz kiçik ailəsi ilə qərib kimi yaşayırdı.+ Orada ondan böyük, qüdrətli və çoxsaylı bir xalq əmələ gəldi.+  Misirlilər bizə zülm edib qan uddurur, kölə edib ağır işlərdə işlədirdilər.+  Onda biz ata-babalarımızın Allahı Yehovaya ah-nalə etməyə başladıq, Yehova səsimizi eşitdi və bizim əzab-əziyyətimizə, çəkdiyimiz sitəmlərə nəzər saldı.+  Yehova güclü əli,+ qüdrətli qolu ilə, zəhmli işləri, möcüzə və əlamətlərilə bizi Misirdən çıxardı.+  Sonra O, bizi bu yerə gətirdi və bu məmləkəti, süd-bal axan diyarı bizə verdi.+ 10  Mən də indi Yehovanın verdiyi torpağın məhsulunun nübarını gətirmişəm”.+ Səbəti Yehovanın, Allahınızın önünə qoymalı və Allahınız Yehovanın qarşısında səcdə qılmalısınız. 11  Beləliklə, hamınız, siz də, lavililər də, aranızda yaşayan yadellilər də Allahınız Yehovanın özünüzə və ailənizə verdiyi bütün nemətlərə görə sevinib-şadlanacaqsınız.+ 12  Ondabirlər+ ili olan üçüncü ildə bütün məhsulunuzun onda birini ayırandan sonra onu aranızda yaşayan lavililərə, qəriblərə, yetimlərə və dullara verin. Qoy onlar da yeyib doysunlar.+ 13  Onda Allahınız Yehovanın önündə belə deyin: “Evimdə müqəddəs paydan heç nə saxlamadım, hamısını əmr etdiyin kimi, lavililərə, qəriblərə, yetimlərə və dullara+ payladım. Sənin əmrlərindən çıxmadım, onların heç birini pozmadım. 14  Yas saxlayanda ondan yemədim, murdar halda ona toxunmadım, ondan ölü üçün işlətmədim. Mən Allahım Yehovanın səsinə qulaq asdım və Onun əmr etdiyi hər şeyi yerinə yetirdim. 15  İndi isə, ey Allahım, Öz müqəddəs məskənindən, göylərdən bizə nəzər sal,+ ata-babalarımıza and içdiyin kimi,+ verdiyin bu torpağa, süd-bal axan diyara+ və xalqın İsrailə ruzi-bərəkət bəxş elə”. 16  Bu gün Allahınız Yehova sizə bu qanun və hökmlərə əməl etməyi tapşırır. Onları bütün qəlbinizlə+, bütün varlığınızla yerinə yetirməlisiniz. 17  Bu gün Yehova sizə bəyan etdi ki, Onun yolları ilə getsəniz,+ Onun əmrlərinə,+ qanun və hökmlərinə riayət etsəniz,+ sözünə qulaq assanız, O, sizin Allahınız olacaq. 18  Siz də, öz növbənizdə, Yehovaya bildirdiniz ki, vəd etdiyi kimi, Onun xalqı, xüsusi mülkü+ olacaq, Onun bütün əmrlərinə riayət edəcəksiniz. 19  Allahınız Yehovanın müqəddəs xalqı olaraq qalsanız,+ O vəd etdiyi kimi, sizi yaratdığı bütün xalqlardan üstün tutacaq,+ siz Ona tərif, şan-şöhrət gətirəcəksiniz».

Haşiyələr

Digər variant: fani.